Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ulu Öndərin heykəlini təmizləmək istəyən fəhlə yıxıldı - Beyləqanda

Tarix 16.06.19, 21:24

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqanda 14 iyun 2019-u il tarixdə istehsalatda bədbəxt hadisə baş verib. Qurtuluş Günü ərəfəsində rayon mərkəzindəki Heydər Əliyev Parkında aparılan bayrama hazırlıq işləri çərçivəsində Ulu Öndərin parkda ucaldılmış abidəsini-heykəlini təmizləyərkən rayon sakini 62 yaşlı Əsədov Nürəddin İsa oğlu hündürlükdən yıxılıb. Bu zaman onun sağ qıçı, qaraciyəri və böyrəkləri sıradan çıxıb.

Bu barədə Nürəddin Əsədovun qızı Rəmziyyə Əsədova RealMedia.az-a bildirib ki, atası rayonda idarələrin birində fəhlə işləyir. Ona tapşırıq veriblər ki, çıxıb heykəlin üstünü təmizləsin. O da işinin xətrinə nəridivan qoyub hündürlüyə çıxıb  heykəli təmizləyədiyi vaxt ehtiyatsızlıqdan yıxılıb və sağlamlığına zərər yetirən xəsarət alıb.

Nürəddin Əsədovu əvvəlcə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına aparsalarda, vəziyyətinin ağırlaşdığını görüb Bakıya – 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko” xəstəxanası) götürüblər. Rəmziyyə Əsədovanın sözlərinə görə, atasının iş vaxtı xəsarət almasından sonrakı aqibəti ilə nə rayon rəhbərliyi, nə də ki, aidiyyəti qurumlar –prokurorluq maraqlanmayıb.

Nürəddin Əsədovun hansı idarədə fəhlə işləməsini dəqiqləşdirə bilmədik.Zəng etdiyimiz ünvanlar isə, bu barədə bizə dəqiq məlumat verilmədi. Əldə etdiyimiz, hələlik təsdiq olunmamış məlumata görə, o, rayon Suvarma Sistemləri İdarəsində bağban işləyir.İnanmaq istərdik ki, bu yazımızdan sonra rayonun hüquq – mühafizə, prokurorluq orqanları araşdırmalara başlayacaq, onun hansı idarədə fəhlə işləməsini, tapşırılan işi yerinə yetirərkən işəgötürən tərəfindən əməyinin təhlükəsizliyinin qorunması üçün lazımi tədbirlərin görülüb-görülmədiyini aydınlaşdıracaqlar. 










Xəbərin oxunma sayı : 334




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap