“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

USQ Kurskda irəliləyir, dünən 100-dən çox rus əsgəri əsir götürülüb - Zelenski

Tarix 14.08.24, 16:45

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna hərbçiləri son sutka ərzində Kursk vilayətinin müxtəlif yerlərində bir kilometrdən iki kilometrə qədər irəliləyib, həmçinin 100-dən çox rus əsgərini əsir götürüblər.

AzFakt.com xəbər bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Səhər Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski bütün əsas istiqamətlər üzrə vəziyyət, eləcə də Kursk vilayətində keçirilən əməliyyat barədə Ukrayna prezidentinə məruzə edib. 

Zelenski Baş komandana hazırda beynəlxalq tərəfdaşlar tərəfindən çatdırılan yardım paketləri ilə şərq istiqamətlərini gücləndirməyi tapşırıb.

"Biz Kursk vilayətində daha da irəliləyirik. Günün əvvəlindən müxtəlif ərazilərdə bir kilometrdən iki kilometrə qədər. Eyni dövr ərzində daha 100-dən çox rus əsgəri əsir götürülüb. Əməyi keçən hər kəsə minnətdaram. Bu, oğlan və qızlarımızın evə qayıtmasını sürətləndirəcək”, - Zelenski Teleqram-da yazıb.



Xəbərin oxunma sayı : 574




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap