Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Uyğur qanunu Çinə necə təsir edir? – “Wall Street Journal”-ın ŞƏRHİ

Tarix 11.07.22, 12:42

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın “Wall Street Journal” qəzetində prezident Cozef Baydenin imzaladığı, bir aya yaxındır qüvvəyə minən, Çində uyğurların məcburi əməyə cəlb olunmasının qarşısını almağa yönəlmiş qanun şərh edilib.

Qanunu ABŞ Konqresinin aşağı palatası (Nümayəndələr Palatası) 2021-ci ilin dekabr ayının 14-də, yuxarı palatası (Senat) dekabrın 16-da qəbul edib. Prezident Cozef Bayden qanunu 2021-ci il dekabrın 23-də imzalayıb. Qanun 2022-ci il iyunun 21-də qüvvəyə minib.

Uyğurların məcburi əməyə cəlb olunması yolu ilə istehsal edilən məhsullara qadağa qoyan qanunun tələbinə görə, Amerika şirkətləri xaricdən aldıqları malların qul əməyi ilə hazırlanmadığına dair sübut təqdim etməlidir. Qanun Amerika şirkətlərinin nəinki tam, qismən məcburi əməkdən istifadə olunmaqla hazırlanmış məhsullar almasını da yasaqlayır. Belə bir qanunun qəbulu insan hüquqları sahəsində ciddi uğurlardan sayılır.

Uyğurlar əsasən Çinin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonunda yaşayırlar. Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.

Dünyanın bir sıra demokratik dövlətləri, o cümlədən ABŞ uyğurlara qarşı hərəkətləri soyqırımına cəhd kimi qiymətləndirir.

Novator.az-ın məlumatına görə, “Wall Street Journal”ın şərhində qeyd edilir ki, uyğurların qul kimi işlədilməsi yolu ilə hazırlanan məhsulların ticarətinə görə cəzaları nəzərdə tutan yeni qanun ABŞ-ın iqtisadi təsir gücünün əhatə dairəsinin nə qədər geniş olduğunu bir daha nümayiş etdirir.

Bildirilir ki, qanun artıq Sincanın əsas iqtisadi sahələrindən birinə – pambıqçılığa nəzərəçarpacaq dərəcədə təsir göstərir və bu, dünyada ən böyük tekstil sənayesinə malik Çinə ciddi ziyan vurur: “Ancaq qanunun Sincanda istehsal edilən digər əsas məhsula – günəş batareyalarının hazırlanmasında istifadə olunan polisilikona təsir göstərməməsi qanunun əhatə dairəsində məhdudiyyətlərin mövcudluğundan da xəbər verir. Məsələ burasındadır ki, ABŞ hökumətinin rəsmi məlumatına görə, hər iki sahədə fəaliyyət göstərən istehsalçılar uyğurları məcburi əməyə cəlb edirlər”.

“Wall Street Journal” bildirir ki, dünya üzrə pambığın təqribən dörddə birini Çin istehsal edir və bu istehsalın 90%-ə qədəri Sincan bölgəsinin payına düşür. Sincan pambığı son on ilə yaxın dövrdə dünyanın ən bahalı pambıq növlərindən sayılıb. 2022-ci ilin əvvəlindən isə fərqli tendensiya ortaya çıxıb: pambıq bazarında böyük canlanma müşahidə olunsa da, 2016-cı ildən bəri ilk dəfə Çinin pambıq istehsalçılarının reytinqi Nyu-York birjasında xeyli aşağı düşüb.

Qəzet yazır ki, Sincanda pambıq satışı kəskin azalıb. Çinin pambıqçılıq üzrə Milli İnformasiya Mərkəzinin məlumatına görə, 2022-ci ilin əvvəlindən iyun ayının ortalarına qədər Sincanda təmizlənmiş xam pambığın satışı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 41% azalıb. Sincanda satış məqsədilə toplanan, amma anbarlarda qalan pambığın həcmi mayın sonunda 3,3 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon ton çoxdur.

Bu rəqəmləri yada salan “Wall Street Journal” qeyd edir ki, sanksiyalar və idxal qadağaları artıq öz təsirini göstərməkdədir: “ABŞ, ümumiyyətlə Qərb Çinin ixrac etdiyi geyimlərin əsas alıcısıdır. Çin əsas pambıq istehsalçısı sayılsa da, inhisarçı ölkə hesab edilmir. Çinin rəsmi məlumatına görə, 2021-ci ilin sentyabrından 2022-ci ilin aprelinə qədər ABŞ Çindən ən çox geyim alan ölkə olub. Amerika Çindən 106 milyard dollarlıq geyim idxal edib ki, bu da Çinin ixrac etdiyi geyimlərin 22%-i deməkdir.

Alıcılar siyahısına Böyük Britaniya, Almaniya və Avstraliyanı da əlavə etdikdə Çin geyimlərinin üçdə birinin dörd ölkəyə (ABŞ, Böyük Britaniya, Almaniya və Avstraliya) ixrac olunduğu aydınlaşır.

İndi isə Çinin Qərb müştərilərinə xidmət göstərmək istəyən tekstil fabriklərinin Sincan pambığının istehsalını dayandırmaqdan başqa çarəsi qalmır. Digər bir yan təsir də Çində polyesterin qiymətində kəskin artımın olmasıdır”.

Bütün bunlarla bərabər “Wall Street Journal” günəş panelləri üçün enerji tutumlu tikinti materialı olan polisilikonla bağlı vəziyyətin tamamilə fərqləndiyini bildirir. Qəzet yazır ki, həm ucuz, həm də çoxlu kömürün, eyni zamanda bol külək və günəş enerjisinin varlığı Çin şirkətlərinin bir çoxunun Sincanda yerləşməsinin əsas səbəblərindən biridir: “Bu şirkətlər isə Çin sənayesində hakim mövqe tutur. Çin dünyada günəş panellərinin ən iri bazarı hesab olunur. Yüksək keyfiyyətli polisilikonun orta qiyməti isə bugünlərdə son 11 ilin ən yüksək səviyyəsinə qalxaraq 273,1 yuana çatıb. Yəni bir kiloqram polisilikonun qiyməti 40,83 dollar olub”.

ABŞ-ın günəş batareyaları ehtiyatını artırmağa çalışdığını, iyun ayında Bayden administrasiyasının Cənub-Şərqi Asiyanın dörd ölkəsindən günəş panellərinin idxalını iki il müddətinə rüsumlardan azad etdiyini xatırladan “Wall Street Journal” vurğulayır ki, Amerika ucuz istehlak mallarının həvəskarıdır və uzun müddət inkişaf etmiş ölkələr arasında ekoloji cəhətdən təmiz enerjiyə etinasız yanaşıb: “İndi Vaşinqton Sincanda məcburi əməyə qarşı sərt mövqe tutduğuna görə tekstil tədarükü zəncirini dəyişir. Mövcud vəziyyət həm də Amerikanın diqqətdən kənarda saxladığı sənaye sahələrinə təsirinin nə qədər məhdud olduğundan xəbər verir”.



Xəbərin oxunma sayı : 661




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap