Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Uyğur qərarının əks-sədası – “Vaşinqton Post”

Tarix 03.02.23, 16:42

Font ölçüsü : - / +
bitmap-img6


Kanada parlamentinin ölkədə 10 min uyğur qaçqına sığınacaq verilməsi qərarı parlamentin özündə olduğu kimi kənarda da alqışlanır.

Fevralın 1-də Kanada parlamenti Çindən qaçıb başqa ölkələrə sığınmış, amma o ölkələrdən geri deportasiya olunmaq təhlükəsi ilə üzləşmiş 10 min uyğurun və digər müsəlman türklərin Kanadada yerləşdirilməsi haqda qərar qəbul edib.

Novator.az-ın məlumatına görə, “Vaşinqton Post” qəzeti yazır ki, səsvermədə iştirak edən 322 deputatın hamısı qərar layihəsinin lehinə səs verib. Layihə keçəndə isə zaldan gurultu qopub, deputatlar ayağa qalxaraq siyasi baxışından, partiya mənsubiyyətindən asılı olmayaraq heç bir kanadalının uyğur xalqının taleyinə biganə qalmadığından xəbər verən qərarı sürəkli alqışlayıblar.

“Vaşinqton Post”un bildirdiyinə görə, Dünya Uyğur Konqresinin prezidenti Eysa Dolğun Kanada parlamentinin hər iki palatasının təklifi yekdilliklə dəstəkləməsini yüksək qiymətləndirib.

Eysa Dolğunun fikrincə, bu qərar həm də başqa dövlətlərə örnəkdir: “Uyğur soyqırımına necə reaksiya vermək lazımdır? Həyatı təhlükə altında olan uyğur qaçqınlara necə yardım etmək olar? Kanadanın qərarı bu suallara cavab axtaran dövlətlər üçün ən gözəl nümunədir”.

Mərkəzi ofisi Vaşinqtonda yerləşən İnsan Hüquqları üzrə Uyğur Layihəsinin (Uyghur Human Rights Project) icraçı direktoru Ömər Kanat deyib ki, sözdən əmələ keçmək vaxtıdır: “Çinin uyğurlara qarşı soyqırımı törətdiyini rəsmən tanıyan hər bir parlament köçürülməyə ehtiyacı olan uyğur qaçqınlara dəstək verməli, konkret proqramlarla çıxış etməlidir”.

“Human Rights Watch” beynəlxalq insan hüquqları təşkilatının Asiya bölməsinin direktor müavini Mayya Van Kanada parlamentinin mövqeyini dəstəkləməklə bərabər onu da qeyd edib ki, qərarın necə icra olunacağından da çox şey asılıdır.

Mayya Vanın fikrincə, qərarı yaxşı yerinə yetirə bilmək üçün təqibə məruz qalan uyğur qaçqınların tez bir zamanda təhlükəsiz sığınacaq tapmasına imkan yaradcaq sistem hazırlanmalı, lazımi resurslar işə salınmalıdır.

“Vaşinqton Post” yazır: “Başqa fəallar da Kanada parlamentinin uyğurlarla bağlı qərarını alqışlayıblar. Vaşinqtonda yerləşən, qeyri-kommersiya təşkilatı olan Honkonq Demokratiya Şurası bəyan edib ki, demokratik ölkələr Çin Kommunist Partiyasının təqibindən qaçanlara kömək etmək məsələsində Kanadadan nümunə götürməlidir.

Avstraliyalı fəal İntizar Elham Kanadanın qəbul etdiyi qərarın Avstraliya hökumətini də oxşar addımlar atmağa ruhlandıracağına ümidvar olduğunu vurğulayıb. Amerika Uyğur Assosiasiyası isə Kanadanın qərarını tarixi hadisə kimi qiymətləndirib”.

Çindən başqa ölkələrə qaçmış, amma o ölkələrdən geri deportasiya olunmaq təhlükəsi ilə üzləşmiş 10 min uyğura və digər müsəlman türklərə sığınacaq verilməsi qərarı Kanadanın hakim Liberal Partiyasından deputat Samir Zuberinin təklifi əsasında qəbul edilib.

43 yaşlı Samir Zuberi pakistanlı mühacir oğludur. O, 2019-cu ildən Kanada parlamentinin deputatıdır.

Deputat təklifi irəli sürərkən Kanada parlamentinin 2021-ci il bəyanatına əsaslanıb. Həmin bəyanatda Çindəki kommunist rejiminin uyğurlara və digər müsəlman türklərə qarşı soyqırımı törətdiyi vurğulanıb. Sənəddə Miqrasiya, Qaçqınlar və Vətəndaşlıq Departamentinə tövsiyə edilib ki, müdafiəyə ehtiyacı olan 10 min uyğurun və digər müsəlman türklərin Kanadaya girişi 2024-cü ildən başlayaraq intensivləşdirilsin.

Uyğurlar əsasən Çinin şimal-qərbində yerləşən, rəsmən Sincan Uyğur Muxtar Rayonu adlandırılan, tarixi adı Şərqi Türküstan olan bölgədə yaşayırlar. Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.

2021-ci ilin fevralında Kanada parlamenti Çində uyğurlara və digər müsəlman türklərə qarşı törədilənlərin soyqırımı kimi tanınması haqda qərar qəbul edib.

Böyük Britaniya, Niderland, Belçika, Fransa, Litva, Çexiya, İrlandiya parlamentləri və ABŞ hökuməti də Çin hökumətinin uyğurlara qarşı hərəkətlərini soyqırımı və ya soyqırımına cəhd kimi tanıyıb.



Xəbərin oxunma sayı : 379




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap