Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Vüqar Zifəroğlu: “Amulinin verdiyi açıqlama Ermənistanla imzalanan

Tarix 04.08.17, 20:52

Font ölçüsü : - / +
bitmap-img6


İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Həsən Amulinin Azərbaycan-İran münasibətləri və Dağlıq Qarabağ məsələsi ətrafında səsləndirdiyi fikirlər artıq neçə gündür ki, mətbuatın əsas müzakirə mövzularından biridir. 

Musavat.com-a açıqlamasında Amulinin açıqlamasını dəyərləndirən Yaxın Şərq ölkələri üzrə siyasi analitik Vüqar Zifəroğlu bu açıqlamanın məqsədli xarakter daşıdığını bildirdi: “İranın ali rəhbəri ayətullah Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Amulinin İranla Azərbaycanın münasibətlərini şərh edən açıqlaması, əslində çox düşündürücü oldu. Açıqlamadan cəmi bir neçə gün sonra, İran İslami Şura Məclisi Ermənistanla aralarındakı sərhədyanı əməkdaşlığa dair razılaşmanı təsdiqlədi”.

Ekspert vurğuladı ki, Amuli öz açıqlamasında Azərbaycan və İranı “bir millət - iki dövlət” adlandırır: “Əslində bizim bir millət - iki dövlət olaraq bildiyimiz Türkiyə İrandan fərqli olaraq Ermənistanla nəinki diplomatik münasibətlər qurmur, işğalçıya göstərilən beynəlxalq təzyiqdə aktiv iştirak edir. İran isə nəinki bunları edir, hətta Ermənistanla ticari dövriyyəsini artırmağı planlaşdırır. H. Amuli qeyd edir ki, hazırda Qarabağın işğalda olmasından istifadə edən Rusiya Azərbaycan və Ermənistana istədiyi təzyiqi göstərir. Bəli, bütün bu məqamlar bilinən həqiqətdir. Çünki Ermənistan müstəqil xarici siyasət həyata keçirdiyini iddia etsə də, açıq şəkildə Rusiyanın Qafqazdakı avanpostu funksiyasını yerinə yetirir. Lakin Ermənistandan ölkəmizə qarşı təzyiq metodu kimi istifadə edən tək ölkə Rusiya deyil. Eyni metoddan İranın özü də yararlanır”.

V.Zifəroğlu onu da diqqətə çatdırdı ki, bölgədə yürütdüyü qeyri-konstruktiv siyasətlə bağlı üzləşdiyi iqtisadi çətinliklər zəminində İrəvan üçün İranın son dərəcə ciddi əhəmiyyəti var: “İran regionda ermənilərlə münasibətlərinə önəm verir. Bu təbiidir. Hər ölkə üçün onun dövlət maraqları öndə gəlir. Lakin bütün bu bilinənlərin fonunda, qardaşlıq “nəğmələrinə” ehtiyac yoxdur. Amulinin verdiyi açıqlama isə, sadəcə olaraq bir neçə gün sonra imzalanacaq razılaşmaya istər İranın öz içində soydaşlarımızın, istərsə də Azərbaycandan verilə biləcək mümkün mənfi reaksiyaların dərəcəsini maksimum azaltmağa hesablanmışdı. Lakin düşünmürəm ki, buna nail olundu...”.



Xəbərin oxunma sayı : 457




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap