Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Vaşinqtondan Pakistana sərt tələb –Ağ ev Hindistan əsgərlərini öldürənləri cəzalandırmağa çağırır

Tarix 20.02.19, 10:33

Font ölçüsü : - / +
bitmap-img6


Birləşmiş Ştatlar Pakistanı hindistanlı əsgərlərə hücuma görə məsuliyyət daşıyanları cəzalandırmağa çağırıb. Bu çağırış İslamabadla Nyu Dehli arasında gərginliyin artdığı bir dönəmə təsadüf edir.

Fevralın 14-də mübahisəli Kəşmir regionunda törədilmiş hücumda 40-da artıq hindistanlı əsgər öldürülüb. Bu hücuma görə məsuliyyəti Pakistanda mənzillənən Xalis Məhəmməd (JeM) yaraqlı qrupu üzərinə götürüb. Hindistan Pakistana bu intiharçı hücuma cavab verəcəyi ilə hədələyib.

“Hindistan hökumətilə sıx kommunikasiya yaradırıq, təkcə başsağlığı deyil, Hindistanın terrorçuluqla mübarizəsində ona güclü dəstəyimizi də ifadə edirik”, – Dövlət Departamentinin sözçüsü Robert Palladino fevralın 19-da jurnalistlərə deyib. “Pakistanı hücumun təhqiqatı ilə tam əməkdaşlıq etməyə, məsuliyyət daşıyanları cəzalandırmağa çağırırıq”, – o, sözlərinə əlavə edib.

Hindistan da Pakistanı hücumun arxasında duranlara qarşı tədbir görməyə çağırıb. Pakistanın Baş naziri Imran Xan Nyu Dehlinin təqdim etdiyi istənilən dəlili araşdırmağı təklif etsə də, Hindistan bunu rədd edib. (azadliq.org)



Xəbərin oxunma sayı : 376




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap