Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Vahan Martirosyanı hansı erməni avtoritet təhdid edib? – Şok faktlar

Tarix 29.05.17, 20:28

Font ölçüsü : - / +
bitmap-img6


2015-ci ildə ailəsiylə bərabər Azərbaycana sığınan, daha sonra öz istəyi ilə üçüncü ölkəyə mühacirət edən hüquq müdafiəçisi və jurnalist Vahan Martirosyanın bu gün Ermənistan kütləvi informasiya vasitələrilə ölkəmizin əleyhinə çıxış etməsinin və erməni xalqından üzr istəməsinin əsl səbəbi barədə mühüm məlumatlar əldə etmişik.

Ovqat.com–u məlumatlandıran “RAKİB” Analitik-İnformasiya Mərkəzinin adının çəkilməsini istəməyən üzvünün bildirdiyinə görə, Martirosyan uzun müddətdən bəri erməni kriminal aləminin basqılarına məruz qalırmış. Vahan Martirosyan bu bəyanatı verməyəcəyi təqdirdə, öldürülə bilərdi.
Mənbəmiz hüquq müdafiəçisi barədə ölüm fitvası verən erməni kriminal avtoritetinin adını da açıqlayıb. Bu, “Robson” ləqəbiylə tanınan Ruben Tatulyandır.
Bildirildiyinə görə, Robsonun istər Ermənistan, istərsə də Rusiya hakimiyyət orqanlarında çox ciddi dayaqları var və o, əsasən Krasnodar vilayətində kriminal fəaliyyətini davam etdirir. Kriminal aləmə nəzarətin Ermənistan siyasi hakimiyyətinin başlıca strategiyalarından olduğunu bildirən mənbəmiz deyir:


Şəkildə: “Robson” ləqəbli kriminal avtoritet Ermənistan prezidenti Sərkisyanla bir yerdə (soldan birinci)

“Ermənistanın Rusiyadakı kriminal aləmin numayəndələriylə dövlət səviyyəsində əlaqələri var. Hətta bu əlaqələr elə səviyyədədir ki, kriminal avtoritetlərə diplomatik pasport da verirlər. Kriminal ünsürlərin içində Ermənistan hökumətinin göstərişlərini birə-bir yerinə yetirən “Robson” ləqəbli Ruben Tatulyan Rusiyada Ermənistanın diplomatik korpusuna aid 138 D 307 77 RU dövlət nömrə nişanlı avtomobillə gəzir”.
Məlumata görə, “Robson”un əsas hədəflərindən biri Azərbaycan kökənli iş adamları və kriminal avtoritetlərdir. Azərbaycanlı kriminal avtoritet Rövşən Caniyevin ölüm sifarişini verənlərdən birinin də “Robson” olduğunu vurğulayan mənbəmizin fikrincə, bunu bəzi araşdırmalar da təsdiqləyir:
“Bu haqda “Prestupnaya Rossiya” media quruluşu dəfələrlə araşdırma yazıları dərc edib”.
Maraqlıdır ki, Robsonun gəlir qaynaqları arasında Rusiyada yaşayan azərbaycanlı iş adamlarının da alın təri var. Mənbəmizin bildirdiyinə görə, bəzi azərbaycanlı iş adamları buna sadəcə məhkum ediliblər:
“Krasnodar vilayətində azərbaycanlı iş adamları ilə yanaşı gürcü iş adamlarını da nəzarətə götürüb haqq yığan “Robson” bu yaxınlarda Ermənistan bas naziri Karen Karapetyanın Ermənistana investisiya cəlb etmək məqsədilə təşkil etdiyi “İnverstorlar Klubu” nun da aparıcı üzvlərindəndir”.



Şəkildə: Ermənistan MTX-nin sədri Georgi Kutoyan
“Robson”un bu qədər ciddi qüvvəyə çevrilməsində onun hazırkı Ermənistan hakimiyyətinin ən yüksək orqanlarında təmsil olunanların yetişdirilməsində oynadığı rol da öz sözünü deyib. Məlumata görə, bir çox erməni naziri və komitə rəhbəri “Robson”un himayəsilə ali təhsil alıb və indiki zirvəyə yüksəlib:
“Məsələn, Ermənistan MTX-nin indiki rəhbəri Georgi Kutoyan 1997-2002-ci illərdə Rostov Dövlət Universitetinin hüquq fakültəsində “təhsil” alıb. Kutoyanın məzun diplomu bilavasitə “Robson”un əməyinin məhsuludur”.
Mənbəmiz onu da bildirdi ki, Vahan Martirosyanın birbaşa “Robson” kimi güclü erməni tərəfindən təhdid olunması və sındırılması Ermənistanın bu məsələyə nə qədər ciddi əhəmiyyət verdiyini göstərir və Martirosyanın Azərbaycandan öz xoşuyla Ukraynaya getdiyini nəzərə alsaq, onun asanlıqla kriminal aləmin hədəfinə çevrilməsi gözlənilməz deyildi.
Araşdırmamız davam edəcək. RAKİB Analitik –İnformasiya Mərkəzi ilə birgə bu bəyanatın hansı şəkildə verildiyinin sirlərini ortaya çıxaracağıq.
Gözünüzü bizdən ayırmayın!



Xəbərin oxunma sayı : 226




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap