Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Vahid Əhmədov hökumət səsləndi: “Gəlir deklarasiyası ilə bağlı sənədi hazırlansın, tenderlər...“

Tarix 12.11.19, 17:15

Font ölçüsü : - / +
bitmap-img6


"Qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılmalıdır".

Bunu Milli Məclisin bu gün keçirilən və büdcə müzakirələrinə həsr olunmuş plenar iclasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, bu sahədə əsaslı vəsait qoyuluşuna daha geniş imkan yaradılmalıdır: "Qeyri-neft sektorunun inkişafında imkanlar həddən artıq böyükdür. Son illər ölkəmizdə sənaye parkları istifadəyə verilib. Bu sənaye parklarının istifadəsinə 3,3 milyard dollar vəsait xərclənib. Bu parklarda 1,5 milyard manata yaxın məhsul istehsal edilib, 306 milyon manata yaxın məhsul isə xaricə ixrac edilib. Biz sənaye müəssisələrini 7 il müddətinə vergidən azad etmişik. Yeni İqtisadiyyat naziri bu müəssisələri daha 3 il müddətinə vergidən azad edilməsini təklif edir. Düşünürəm ki, 7 il bəs edər ki, həmin sənaye müəssisələri kifayət qədər effektiv işləsinlər və Azərbaycanın dövlət büdcəsinə vergi versinlər. Bu, çox ciddi məsələdir və Azərbaycan hökumətinə bu məsələnin üzərində işləməyi təklif edirəm”.

Millət vəkili satınalmalarla bağlı bildirib ki, Azərbaycanda tenderler düzgün keçirilmir: "Bu sahəyə ciddi nəzarət olmalı, şəffaflıq təmin edilməlidir". 

Bununla yanaşı V. Əhmədov hesab edir ki, hökumət gəlir deklarasiyası ilə bağlı sənədi hazırlayıb təqdim etməlidir: "O cümlədən maliyyə amnistisiyası məsələsi də ciddi məsələ olaraq qalır”.



Xəbərin oxunma sayı : 160




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap