Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Vaksin vurdurmayan müəllimlərə dərs saatı və maaş verilməyəcək? - AÇIQLAMA

Tarix 20.09.21, 13:48

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 22-də 2021-2022-ci tədris ilinə start veriləcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yoluxma sayının azaldılması, epidemioloji vəziyyətə nəzarətin gücləndirilməsi məqsədilə vaksinasiya prosesinin sürətləndirilməsinə başlanılıb.

Təhsil naziri Emin Əmrullayev "Artıq təhsil işçilərinin 80 faizi peyvənd olunub. Az sayda vaksin vurdurmayan təhsil işçiləri var və inanıram ki, məktəblərin açılmasına qədər peyvənd olunacaqlar” açıqlamasını versə də, konkret olaraq, vaksinasiyadan keçməyən müəllimlərlə bağlı hansı qərar veriləcəyini bildirməyib.

Qaynarinfo xəbər verir ki, Bakıdakı müxtəlif məktəblərdən Modern.az-a daxil olan məlumata görə, direktorlar müəllimlərlə birgə yeni tədris ilinə dair məsələləri müzakirə ediblər. COVID-19 vaksini vurdurmayan müəllimlərə sonuncu xəbərdarlıq edilib. Tədris ili başlayan günədək 1 doza vaksin vurdurmayan müəllimlərə dərs saatı və maaş verilməyəcəyi bildirilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, pandemiya şəraitində vaksin vurdurmayan şəxsin məktəbdə dərs deməsi, hər kəs üçün təhlükəli və yolverilməzdir.



Xəbərin oxunma sayı : 463




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap