Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Varlıların benzini bahalaşdı – Növbədə dizeldi?!

Tarix 06.09.17, 20:52

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda “Aİ-98 Super” markalı benzinin qiyməti bahalaşıb. “Aİ-98 Super” benzinin qiyməti 10 qəpik artaraq 1,2 manatdan 1,3 manata yüksəlib.

Qeyd edək ki, ötən aylarda Azərbaycanda Aİ-92 markalı benzin də 20 qəpik bahalaşaraq, 90 qəpik olmuşdu. Artıq bununla digər yanacaq növlərinin qiymətinin artması da gündəmə gəlib. Növbədə “Premium” markalı benzinin və dizelin qiyməti də ola bilər.

İqtisadçı ekspert Qubad İbadoğlu da “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Aİ-92 markalı benzinin bahalaşmasından sonra bütün bunlar gözlənilən idi: “Aİ-92 markalı benzinin bahalaşmasını dəyərləndirərkən də biz demişdik ki, bu bazardakı digər benzin növlərinin və neft məhsullarının qiymətinə təsir göstərəcək. Təbii ki, bazarlarda bir məhsulun qiyməti artıbsa, alternativ məhsulların da qiymətinin artması iqtisadi qanunauyğunluqdur. Hazırki bahalaşma da sonuncu deyil. ”Premium” markalı benzinin qiymətində də bahalaşma olacaq. Bu məhsulların qiymətinin formalaşması əsasən məsrəf elementləri üzərində qurulur. Bir markalı avtomobil benzininin bahalaşması digər markalı benzinin qiymətinin isə sabit qalması iqtisadi qanunlara ziddir”.

Image result for qubad ibadoğlu

Q.İbadoğlu hesab edir ki, yaxın zamanlarda dizel yanacağının da qiyməti arta bilər: “Mümkün deyil ki, dizel yanacağı ilə Aİ-92 və ya Aİ-98 benzininin qiyməti arasında bu qədər fərq olsun. Təbii ki, Azərbaycan hakimiyyəti dizelin bahalaşması üçün kənd təsərrüfatında əkin-biçin mövsümünün başa çatmasını gözləyir. Mövsüm başa çatandan sonra bunu həyata keçirəcək. Çünki dizel yanacağı həm də kənd təsərrüfatı maşınlarında əhəmiyyətli yanacaq növü hesab olunur”.

İqtisadçı onu da vurğulayıb ki, Aİ-98 və “Premium” benzininin bahalaşması regionda və dünya bazarında baş verənlərlə əlaqəlidir: “Son günlər dünya bazarında neftin qiymətində cüzi də olsa artım var. Azərbaycan hökuməti o qiyməti tənzimləmək üçün müxtəlif vasitələrə malikdir. Aksiz dərəcələrini artırıb -azaltmaqla qiymətə təsir göstərə bilər. Bu halda da yanacaq məhsulları bazarında əsas qiymət artımı gözləntisi dizel yanacağı ilə bağlı olacaq. Yəqin ki, müəyyən müddətdən sonra biz dizelin qiymətinin artması ilə qarşılaşacağıq”.

Bütün bunların avtomobil bazarına təsirinə gəlincə, iqtisadçı bildirib ki, orada vəziyyət onsuz da dəyişib: “Avtomobil bazarında bir vaxtlar mühərrikinin gücü yüksək olan maşınların qiyməti daha sürətlə bahalaşırdı. Ancaq son proseslərdən sonra, hətta Aİ-92 markalı benzinin bahalaşmasının ardından mühərrikinin gücü yüksək olan avtomobillərin qiyməti ucuzlaşmasa da, onların satışında durğunluq yaratdı. İndiki halda ”Aİ-98″ həmin avtomobil sahiblərinin ən çox istifadə etdiyi benzin markasıdır. Düşünürəm ki, bu həmin avtomobillərin ucuzlaşmasına səbəb olacaq. Bu da əks təsir effekti yarada bilər, mühərrikinin gücü az olan ikinci əl avtomobillərin satış qiymətinin artmasına gətirib çıxara bilər. Daha az benzin sərfiyyatı olan, “ekonom” maşınlara tələbat arta bilər”.








Xəbərin oxunma sayı : 322




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap