Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Vergi daxilolmaları nə qədər artıb?

Tarix 21.03.19, 21:40

Font ölçüsü : - / +
bitmap-img6


Vergiler.az büdcə daxilolmalarının 2019-cu ilin yanvar ayında necə artmasına nəzər salıb. Qeyd olunur ki, daxilolmaların 20,1 faizi əlavə dəyər vergisi, 16,3 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 4,7 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,2 faizi fiziki şəxslərin gəlir vergisi, 2,3 faizi aksizlər, 2,1 faizi sadələşdirilmiş vergi, 1,6 faizi vergilərin digər növləri, 49,7 faizi vergi olmayan gəlirlər hesabına təmin edilib.

Hesabata görə, ən böyük artım aksiz vergisi üzrə daxilolmalarda müşahidə edilib: “Ötən ilin ilk ayı ilə müqayisədə bu vergidən büdcəyə daxil olan vəsaitin həcmi 2,5 dəfə artaraq 49,3 milyon manata çatıb. 2018-ci ilin ilk ayında bu rəqəm 19,4 milyon manat olmuşdu.

Artımların həcmi sarıdan ikinci yerdə əlavə dəyər vergisidir. Bu növ üzrə daxilolmalar yanvarda ötən ilin müvafiq dövrü ilə müqayisədə 145,5 faiz artaraq 423,2 milyon manat olub. 2018-ci ilin ilk ayında bu rəqəm 290,8 milyon manat göstərilmişdi.

Yanvar ayında mədən vergisindən daxil olan vəsaitin həcmi 10,8 milyon manata (ötən il 8,5 milyon manat), xarici iqtisadi fəaliyyətlə bağlı vergilər isə 98,5 milyon manata çatıb (ötən il 85,7 milyon manat).

Bu ilin ilk ayında sadələşdirilmiş vergi və gəlir vergisinin həcmində də artım müşahidə edilib. Statistikaya əsasən, fiziki şəxslərin gəlir vergisinin həcmi ötən ilin yanvarındakı 62,9 milyon manatdan 66,4 milyon manata çatıb, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi isə 344,8 milyon manat olub (ötən ilin yanvarında 296,3 milyon manat).

Sadələşdirilmiş verginin həcmi 44 milyon manata yüksəlib (2018-ci ilin yanvarında 39,4 milyon manat).

2019-cu ilin yanvar ayında yığılmış əmlak vergisinin həcmi də artaraq 12,1 milyon manata çatıb.

Digər daxilolmalar da ötən ilin ilk ayı ilə müqayisədə təxminən 2 dəfə artaraq 1 milyard 49,3 milyon manat olub. 2018-ci ilin yanvarında bu rəqəm 565,2 milyon manat təşkil etmişdi”.



Xəbərin oxunma sayı : 187




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap