Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Vergi Məcəlləsinə dəyişiklik tikinti şirkətləri üçün sərfəli olacaq- Detallar

Tarix 19.11.19, 21:58

Font ölçüsü : - / +
bitmap-img6


2020-ci ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergiödəyicisi ola bilməyəcəklər. Həmin şəxslər vahid vergi rejimində (əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi metodu) fəaliyyət göstərəcəklər.

Azərtac Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsinə istinadla bildirir ki, bunu Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, dəyişiklik tikinti şirkətlərinin mühasibat uçotunun nizamlanması zərurətindən irəli gəlir.

N.İbrahimov hesab edir ki, Vergi Məcəlləsinə təklif olunan dəyişiklik tikinti şirkətlərinin mühasibat hesabatının düzgün aparılmasına şərait yaradacaq. Ola bilər ki, bu, keçid dövründə şirkətlər üçün bir az çətin olsun, amma sonradan şirkətlərin özü üçün sərfəli olacaq: “Tikinti şirkətlərinin çoxu sadələşdirilmiş vergiödəyicisi olmağı seçir. Bunun iki səbəbi var. Birincisi, burada mühasibat hesabatı çox dəqiq tələb edilmir. İkincisi, sadələşdirilmiş verginin hesabatı asandır, yəni yaşayış sahəsinin 1 kvadratmetrini 45 manata vurmaqla, qeyri-yaşayış sahəsinin isə hər kvadratmetrini 1,5 əmsalına və zona əmsalına vurmaqla hesablayırlar. Burada şirkətlər müəyyən qədər vergidən yayınmalara meyil edə bilirlər”.

Həmçinin nəzərə çatdırılıb ki, hazırda maya dəyəri ilə satış qiyməti arasındakı marja kiçik olan şirkətlər daha çox ƏDV ödəyicisi olmağı seçir. Marja böyük olan şirkətlərə isə ƏDV ödəyicisi olmaq sərf eləmir, ona görə vergidən müəyyən qədər yayınmaq üçün sadələşdirilmiş vergiyə keçirlər. Vergi Məcəlləsində dəyişiklik bu proseslərin qarşısını almaq, mühasibat hesabatını sahmana salmaq üçün nəzərdə tutulub.

Ekspert əlavə edib ki, dəyişiklik tikinti şirkətlərində maya dəyərinin düzgün hesablanmasına və bunun nəticəsində satış qiymətlərinin ucuzlaşmasına gətirib çıxaracaq.



Xəbərin oxunma sayı : 403




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap