“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Vergilər Nazirliyi ölkənin tanınmış iqtisadçılarını görüşə çağırdı - Nələr müzakirə edildi?

Tarix 15.11.19, 21:11

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Vergilər Nazirliyində iqtisadçı ekspertlərlə növbəti görüş keçirilib. 

AzFakt.com nazirliyə istinadla xəbər verir ki, görüş Vergi Məcəlləsinə nəzərdə tutulan yeni dəyişikliklərə həsr olunmuş görüş iqtisadçı ekspertlərin məlumatlandırılması, habelə onların dəyişikliklər barədə təkliflərinin dinlənilməsi məqsədi daşıyıb.

Görüşün əvvəlində Vergi Məcəlləsində 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklər barədə məlumat verən Vergilər nazirinin müavini İlkin Vəliyev həmin dəyişikliklərin vergi ödəyicilərinin stimullaşdırılması, vergitutma bazasının genişləndirilməsi və "kölgə iqtisadiyyatı”nın azaldılması kimi mühüm istiqamətləri əhatə etdiyini xatırladıb. Ümumilikdə vergi inzibatçılığının gücləndirilməsi ilə bağlı tədbirlərə toxunan nazir müavini bildirib ki, Vergi Məcəlləsinə yeni təklif olunan dəyişikliklər mahiyyət etibarilə vergi sistemində aparılan islahatların davamıdır.

Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov isə "2019-cu ilin yanvar-oktyabr ayları üzrə vergi sisteminin göstəriciləri” mövzusunda təqdimatla çıxış edib. İnteraktiv formada keçirilən təqdimat sektorlar üzrə vergi daxilolmalarının icra vəziyyəti və strukturu (əvvəlki il ilə müqayisədə), məcburi sosial sığorta haqları üzrə daxilolmaların icra vəziyyəti, əməkhaqqı fondunun dinamikası və s. istiqamətləri əhatə edib. Vergi sistemində aparılan islahatları xarakterizə edən əsas göstəricilər diqqətə çatdırılaraq, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində vergi ödəyicilərinin və aktiv obyektlərin sayının artdığı bildirilib.

Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Vergi Məcəlləsinə təklif edilən yeni dəyişikliklər və onların mahiyyəti, məqsəd və hədəfləri barədə məlumat verib.

Mövzu ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspertlər islahatların istiqamətləri, Vergi Məcəlləsinə dəyişikliklərin uçotun stimullaşdırılmasına təsiri, "kölgə iqtisadiyyatı”nın azaldılması istiqamətində görülməsi vacib olan digər tədbirlər, əmək münasibətlərinin leqallaşdırılmasının əhəmiyyəti və s. məsələlərə toxunublar.

Görüşdə ekspertlərin yeni dəyişikliklərlə bağlı qaldırdıqları məsələlər dinlənilib, onların sualları cavablandırılıb, irəli sürdükləri təkliflər qeydə alınıb.



Xəbərin oxunma sayı : 631




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap