Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Vətən müharibəsində tarix yazan şəhidimiz – FOTOLAR

Tarix 25.01.21, 13:51

Font ölçüsü : - / +
bitmap-img6


Vətən müharibəsində tarix yazan şəhidlərdən biri də Cabbarov Akif Elxan oğludur.

AZƏRTAC xəbər verir ki, A.Cabbarov 1997-ci il sentyabrın 20-də Gədəbəy rayonunda dünyaya göz açıb. Orta məktəbi Şəmkir rayonu Könüllü kəndində bitirən Akif anası ilə birgə 2014-cü ildə Sumqayıt şəhərinə köçüb. 

Akif uşaq vaxtından zəhmətə qatılıb, Sumqayıtda fəhləlik edərək anasına yardımçı olub. 2016-cı ildə əsgərliyə çağırılıb və elə həmin il anası Ayşanı itirib. Qəhrəmanımızın yaşadığı həyat heç də asan olmayıb, lakin hər bir igid oğul kimi qəlbi vətən eşqi ilə döyünüb.

General Polad Həşimovun ölümü onu çox sarsıdıb. Avqust ayında Akif könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılır və doğum gününü qeyd edib, sentyabrın 21-də Daşkəsəndə təlimlərə cəlb olunur. Sentyabrın 27-də Vətən müharibəsi başlayır. Akif də vətən borcunu ödəmək üçün döyüşə qatılır.

Onun dostları Sumqayıtdakı “İnşaatçılar” yaşayış massivində evinin yanında xatirə bulağı yaradıblar.

Akif Cabbarov oktyabrın 25-də Füzulinin Alıxanlı kəndində həlak olub. O, Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunub. “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilib.








Xəbərin oxunma sayı : 496




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap