Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Vətən müharibəsində tarix yazan cəsur döyüşçü - FOTO

Tarix 30.09.21, 12:55

Font ölçüsü : - / +
bitmap-img6


44 günlük haqq savaşında Vətəni canından daha üstün tutan igidlərdən biri də Sərxan Mirzəmmədovdur. Qanı ilə tarix yazan Sərxan Vətən müharibəsinin ilk günlərindən düşmənə qarşı döyüşüb. Ağdərə istiqamətində gedən şiddətli döyüşdə şəhidlik zirvəsinə ucalan qəhrəman, ölümündən sonra dörd medalla təltif edilib.

AzFakt.com AZƏRTAC-a istinadən bildirir ki, Sərxan Osman oğlu Mirzəmmədov 1998-ci il avqustun 3-də Xaçmazın Mirzəmmədkənd kəndində anadan olub. Sərxangil ailədə 3 qardaş, bir bacı idilər. Qardaşlar arasında ən kiçiyi olan Sərxanı hamı mehriban, qayğıkeş, eyni zamanda, cəsur və vətənpərvər biri kimi xatırlayır.

Hərbçi peşəsinə yiyələnən Sərxan Vətən müharibəsinin ilk günlərindən silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atılıb. Xüsusi təyinatlı kiçik çavuş Sərxan Mirzəmmədov həmlə qruplarında yer alıb. Murov silsiləsindəki yüksəkliklərin, Talış və Suqovuşanın, Xocavəndin düşmən tapdağından azad olunmasında şücaət göstərib.

"Sərxan qəhrəmanlıqla savaşıb. Döyüş yoldaşlarının dediyinə görə, onun şəhid olduğu yerdə ermənilərin yüksək rütbəli zabitlərinin meyitləri tapılıb. Son damla qanınadək vuruşaraq erməni zabitlərini məhv edib. Mən oğlumla fəxr edirəm", - deyə şəhidin atası Osman Mirzəmmədov söyləyib.

Cəsur döyüşçü oktyabrın 10-da şəhidlik zirvəsinə ucalıb. Sərxan Mirzəmmədov uzun müddət itkin düşmüş sayılırdı. Ölümündən iki ay sonra şəhidin yerini müəyyən etmək mümkün olub. O, boya-başa çatdığı Mirzəmmədkənd kəndində dəfn edilib.

Şəhid anası Bibixanım Mirzəmmədova deyib: "Sərxan yuxuma gəlmişdi. Onun şəhid olduğunu gördüm. Yuxudan ayıldım. Səsimi çıxara bilmədim. Evdən çıxıb bağa getdim. Allah dua edirdim ki, Sərxana bir şey olmasın. Amma yuxum çin çıxdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin".

Sərxan Mirzəmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.




Xəbərin oxunma sayı : 529




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap