Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Vətən müharibəsinin daha bir qəhrəmanı – Şəhid İlqar İsmayılov

Tarix 26.01.21, 23:19

Font ölçüsü : - / +
bitmap-img6


Vətən müharibəsinin daha bir qəhrəmanı İsmayılov İlqar Mehdi oğlu haqqında yazacağıq. Ömrünün 12 ilini hərb sənətinə sərf edən, Aprel döyüşlərində şücaəti ilə seçilən, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan İlqardan.

İsmayılov İlqar Mehdi oğlu 1988-ci il avqustun 23-də Beyləqanda dünyaya göz açıb. Vətən müharibəsindən bir neçə gün əvvəl İlqar evə gəlib sanki sonuncu dəfə gəldiyini bilərək ailəsi ilə görüşüb. İlqarın bu gəlişi sanki şəhadəti kimi tarixə yazılacaqmış. Ailəsi onu qarşılayan övladı ilə görüşünü də telefonla qeydə alıb. Bu kadrlar İlqardan geriyə qalan son görüntülər olub. Çünki o, 30 illik torpaq həsrətinə öz qanı, canı ilə son qoyan şəhidlərimizdən birinə çevrildi.

Şəhidin qaynı Emil Salahov deyir ki, İlqar orta məktəbdə oxuyandan vətənpərvərliyi, hərbi yarışlara marağı və qabiliyyəti ilə seçilib. İlqar həqiqi hərbi xidməti də layiqli yerinə yetirib və bir çox fəxri fərmanla təltif olunub. O, xidmətini bitirdikdən sonra müddətdən artıq kiçik çavuş kimi ordu sıralarına daxil olub. Peşəkarlığı ilə seçilən İlqar çavuş rütbəsi alıb. Vətən müharibəsində piyada döyüş maşınının tuşlayıcısı olaraq düşmənə vurulan zərbələrdə igidlik göstərib. Onun döyüş yolu Füzuli istiqamətindən başlayıb, düşmənin illərdir qurduğu sədlərin yarılmasında iştirak edib.

Döyüşlərin ikinci günü – sentyabrın 28-də Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində hücum zamanı İlqarın da içərisində olduğu PDM düşmən tərəfindən vurulub. Ailəsi 20 gündən çox İlqardan xəbər ala bilməyib. Oktyabrın 23-də İlqarın qəhrəmancasına şəhidlik zirvəsinə ucaldığı məlum olub.

Qardaşı haqqında danışan Nuranə İsmayılova söyləyir ki, onun şəhidlik zirvəsinə ucaldığı gün - 23 rəqəmi İlqar üçün sanki seçilmiş bir rəqəm olub. İlqar özü avqustun 23-də dünyaya gəlib. Şəhidlik zirvəsinə ucalması barədə məlumatı isə oktyabrın 23-də aldıq. Onun həyatında əlamətdar olan bu rəqəm 3-cü dəfə isə şəhidin ölümündən 1 ay sonra yaşanıb. İlqarın ikinci qız övladı noyabrın 23-də dünyaya gəlib. “Biz İlqarın sağlığında da hər zaman onunla fəxr etmişik. O, şərəfli ömür yolu keçdiyi kimi, şəhadəti ilə bu dünyadan da şərəflə köçdü”, - deyə şəhid bacısı bildirir.

Qeyd edək ki, şəhid İlqar İsmayılov Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.












Xəbərin oxunma sayı : 1222




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap