Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Vətən müharibəsinin qəhrəman qardaşları - biri şəhidlik zirvəsinə yüksəldi, digəri qazi oldu (VİDEO)

Tarix 11.01.21, 17:35

Font ölçüsü : - / +
bitmap-img6


Qırx dörd günlük Vətən müharibəsində Füzuli rayonundan olan Fəqan və Nicat Zalov qardaşları da qəhrəmanlıqları ilə fərqləniblər. Biri şəhidlik zirvəsinə ucalıb, digəri isə ağır yaralanaraq qazi olub.

AzFakt.com xəbər verir ki, Zalovlar ailəsi 1993-cü ildə Füzuli rayonunun Aşağı Güzlək kəndindən məcburi köçkün düşüb. Evin kiçik övladı Fəqan 1997-ci ildə çadır şəhərciyində dünyaya göz açıb. Sonradan ailə Babı kəndinə, qohumlarının evinə köçüb.

Amil Zalov oğlanları ilə qürur duyduğunu deyib. Bildirib ki, çadır şəhərciyində doğulan Fəqanı daim Vətənin azadlığı düşündürüb. O, hərbi xidmətini başa vurduqdan sonra hərbi dəniz qüvvələrində xidmətini davam etdirib. Aprel döyüşlərində də iştirak edib. Vətən müharibəsi başlayanda Murov və Goranboy istiqamətində, sonra isə Füzuli və Cəbrayıl rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Cəbrayıl rayonunun Şükürbəyli kəndində gedən döyüşdə qəlpə yarası alıb. Həkimlər 15 gün qalmasını təkid etsələr də, beş gündən sonra yenidən ön cəbhəyə qayıdıb və müharibənin sonuncu gününə kimi döyüşüb.

"Ürəyinin üstündə üçrəngli bayrağımızı gəzdirirdi. Deyirdi ki, ən böyük istəyi bu bayrağı azad edilmiş hər hansı bir yüksəkliyə sancmaqdır. Noyabrın 9-da Xocavənd rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu", - deyə atası bildirib.

Azərbaycan Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə kiçik miçman Fəqan Zalova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Cəsur döyüşçü, həmçinin Prezidentin digər Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Ailənin böyük oğlu Nicat Zalov da xüsusi təyinatlı qüvvələrdə xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərərək yaralanıb, müalicəsi bitdikdən sonra yenidən xidmətə qayıdıb. Bu il sentyabrın 27-də Vətən müharibəsi başlayanda da döyüşlərə qatılıb. Düşmənin canlı qüvvəsini məhv edib və ağır döyüşlərin birində snayperdən açılmış güllə nəticəsində ağır yaralanıb. Döyüş meydanından çıxarılaraq xəstəxanaya çatdırılıb. Qardaşının şəhid olması xəbərini də xəstəxanada eşidib. Yaralı halda Fəqanın yas mərasimində iştirak edib və yenidən müalicə üçün xəstəxanaya dönüb. Hazırda xəstəxanada müalicəsini davam etdirir.

Qəhrəman qardaşların anası Səridə xanım oğlanlarının uşaq yaşlarından vətənpərvər ruhda böyüdüklərini bildirib: "Mən özüm məktəbi Şuşada oxumuşam. Mən Şuşanı onlara sevdirmişəm. Oranın havası, suyu, təbiəti, gözəlliyi barədə danışmışam. Şəkillərə baxıb heyfisləniblər. Ona görə də uşaq vaxtından Vətənə, bayrağa bağlı idilər. Hər ikisində də torpaqlarımızı işğaldan azad etmək arzusu var idi".

Gültəkin Mehrəliyeva qardaşları haqqında qürurla bəhs edib: "Qardaşımın qəhrəmanlıqları çox olub ki, Prezidentimiz onu təltif edib. "Vətən müharibəsi qəhrəmanı" adı verib. Amma o, heç vaxt öz qəhrəmanlığı ilə öyünmürdü. Sonuncu dəfə Bakıda xəstəxanaya qardaşımın yanına getmişdik. Mərkəzi xəstəxanadan hospitala kimi piyada getdik. Yaxşı ki, gəzə-gəzə getdik, xeyli söhbət elədik...". Gözləri dolan Gültəkin sözünü davam etdirə bilmir. O, nə qədər ağır olsa da, qardaşlarının qəhrəmanlıqları ilə qürur duyduğunu, şəhid və qazi bacısı olması ilə fəxr etdiyini vurğulayıb.(azərtac)



Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.




Xəbərin oxunma sayı : 1198




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap