Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Vətəndaş həmrəyliyindən siyasi həmrəyliyə doğru

Tarix 07.03.21, 10:46

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə ulu öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salınmalı, orada Heydər Əliyevin qurmaq istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıyıq. 

Azərbaycanın böyük tarixi şəxsiyyəti, ümummilli lider Heydər Əliyevin ideyaları 21-ci əsrdə onun layiqli varisi, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan partiyası təkcə ölkəmizdə deyil, regionda ən güclü, monolit siyasi təşkilatdır. Ötən müddətdə yüksək nüfuz qazanmış Yeni Azərbaycan Partiyası siyasi mübarizələrlə dolu şərəfli bir yol keçmişdir. İqtidar
partiyası olaraq Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini vermiş və bundan sonra da verəcəkdir.

Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Partiyanın sıraları getdikcə genişlənir. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və
ehtiramdan irəli gəlir. Artıq monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir siyasi təşkilata çevrilən, öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirir.
Yarandığı gündən Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların
dinc və firəvan həyatının təmin edilməsidir.

Ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası regionda ən iri siyasi təşkilata çevrilmişdir. Partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin söylədiyi kimi,
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır Partiyanın dünəni zəngin və şərəflidir, bu günü fəal quruculuq və xalqa xidmət qayğılarından ibarətdir. Biz gələcəyə aydın proqramla, güclü rəhbərimiz, partiyanın sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək iri addımlarla irəliləyirik. Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından
iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir.

Hələ ötən ilin sentyabr ayında Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin təxribatına dair birgə bəyanat yayaraq ölkədə yaranmış vətəndaş həmrəyliyinə öz töhfələrini vermişdi. “Gücümüz birlikdədir” prinsipinə əməl etməklə mənfur düşmənə və onların havadarlarına verilən layiqli cavabdan bəhrələnərək Yeni Azərbaycan Partiyası ölkənin siyasi sistemində bu həmrəyliyin yaradılmasında əvəzsiz rol oynamışdı. İqtidar partiyası olan Yeni Azərbaycan Partiyasına digər siyasi partiyalar tərəfindən göstərilən etimad ilk növbədə partiyalar arasında formalaşan sağlam münasibətlərin təsdiqidir. Vətən müharibəsi dövründə özünün ən yüksək həddinə
çatan milli birlik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilən, “Biz birlikdə güclüyük”, fikrinin siyasi münasibətlərdə də öz əksini tapması ilə
nəticələndi.

Bu günlərdə isə, Yeni Azərbaycan Partiyasının VII Qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qəbul etdikləri qərar ölkədəki sabit siyasi vəziyyətin mövcudluğunu bir daha təsdiq etdi. 6 siyasi partiyanın YAP-a qoşulması ölkədəki siyasi sistemin yeni formada inkişafı kimi
vurğulanması ilə yanaşı nisbətən zəif, məhdud imkan və resuslara malik partiyaların qüvvətli siyasi partiyanın gücündən yaralanması kimi də qeyd oluna bilər. İlk addım kimi 6 siyasi partiyanın siyasi həmrəyliyindən nümunə götürərək digər partiyaların da yeni Azərbaycan Partiyasına qoşulacağına heç kimin şübhəsi ola bilməz. Vahid siyasi həmrəylik ölkədəki milli həmrəyliyin davamı kimi xalqımızı, dövlətimizi daha böyük vəzifələrin icrasında mütəşəkkil şəkildə irəli aparacaq.

Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar şurasının sədri



Xəbərin oxunma sayı : 292




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap