|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Vətənimizin simayi-möhtərəmi- Qulu Məhərrəmlinin Rəsulzadə haqqında yazısı
Tarix 31.01.19, 14:25 |
|
Cümhuriyyətin banisi M.Ə.Rəsulzadənin anadan olmasının 135 illiyinə
1955-ci il martın 7-də şaxtanın iliyə işlədiyi soyuq havada Ankaranın Əsri məzarlığında dərdli və üzücü bir hüzn hökm sürürdü. Səmadakı tutqun buludlar sanki matəm içində imiş kimi ağır-ağır məzarlığa tərəf axışırdı. Azərbaycan Cümhuriyyətinin banisi, türk dünyasının böyük mütəfəkkiri, ədib və publisist, dünyanın müxtəlif yerlərinə səpələnmiş minlərlə azərbaycanlı mühacirin ümid yeri kimi baxdığı Məhəmməd Əmin Rəsulzadə burada son mənzilə yola salınırdı. Dəfndə Türkiyənin dövlət və hökumət adamları, mərhumun yaxınları, məsləkdaşları ilə yanaşı, həm də SSRİ-dən və Şərqi Avropa ölkələrindən olan siyasi mühacirlər də iştirak edirdi.
Dəfn mərasimində çıxış edənlər M.Ə.Rəsulzadənin öz xalqının azadlığı, milli haqları və demokratiya uğrundakı dönməz mübarizəsindən, dühasının qüdrətindən danışır, onu bütün ömrü boyu ictimai ideallara sadiq görkəmli siyasi xadim, böyük düşüncə adamı və kristal şəxsiyyət kimi səciyyələndirirdilər. Bu çıxışlar tarixin yaddaşına həkk olunub və onların arasında tatar icmasının liderlərindən olan Abdulla Taymasın həqiqət dolu bu sözləri indi tez-tez sayrışır: “Rəsulzadə öz xalqının azadlığı və istiqlalı uğrunda mübarizədə hər şeyini – rahatlığını, sağlamlığını, ailəsini, nəhayət, bütün həyatını qurban verdi…”
* * *
XX əsrin böyük siyasi fırtınaları dövründə yaşamış M.Ə.Rəsulzadənin kəskin dramatik epizodlarla, siyasi yüksəliş və çarpışmalarla dolu olan zəngin həyatı böyük romanların, əsl Hollivud filmlərinin mövzusudur. O, mətbəədə çalışdığı 17-18 yaşlarından siyasi fəaliyyətə başlamış, artıq 19 yaşında ikən “milli hissləri oyatmaq, rus məktəblərində oxudulmayan türkcəni öyrətmək, çarlıq əleyhinə yazılmış bəyannamələri yaymaq“ məqsədilə Bakıda “Müsəlman Gənclik təşkilatı”nı yaratmışdı. Bir il sonra – 1904-cü ilin payızında Cənubi Qafqazda ilk müsəlman sosial-demokrat təşkilatı “Hümmət”in yaradıcılarından biri və eyni adlı partiya qəzetinin redaktoru olmuşdu.
Bakıda böyük neft bumu ilə yanaşı, həm də ciddi ictimai oyanışın başlandığı bir dövrdə, xüsusən 1905-ci il inqilabından sonra siyasi fəaliyyətini genişləndirən M.Rəsulzadə mətbuatda da maraqlı yazılarla çıxış etməyə başlayır. “Şərqi-Rus”, “Hümmət”, “İrşad”, “Nicat”, “Dəvəti-Qoç”, “Təkamül”, “Yoldaş”, “Füyuzat” kimi aparıcı nəşrlərdə çap olunan publisitik və bədii yazıları ilə cəmiyyətdəki mövcud problemlərə toxunur, toplumun ağır dərdlərini dilə gətirir, o cümlədən milli geriliyin səbəblərini açıb göstərirdi. Bu yazılarda açıq ifadə olunan siyasi baxışlar, o cümlədən milli kimlik, türkçülük məsələlərinə müasir yanaşmalar, eləcə də xeyriyyə cəmiyyətlərinin işindəki fəal iştirakı, açıq diskussiyalara qoşulması, tərcüməçilik və naşirlik fəaliyyəti Məhəmməd Əmini geniş dairələrdə tanıtmağa başlayır. Təsadüfi deyildir ki, böyük maarifçi H.B.Zərdabinin dəfnində (30 noyabr 1907) Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Qara bəy Qarabəyov kimi böyük nüfuz sahibləri ilə yanaşı, 23 yaşlı M.Ə.Rəsulzadə də çıxış etmişdir. “Cəmaətin gözlərini açmaq, onu ayıltmaq, insanları dərrakəli etməyin vacibliyi”ndən danışan Rəsulzadə göstərirdi ki, hər hansı “xalq hüquq və ixtiyarını, öz bacarıq və gücünü bilsə, o zaman heç kəs onu sıxıntı altında saxlaya bilməz”.
“Millət güclənməli və öz haqqına sahib olmalıdır” tezisini sonralar siyasi və ideoloji çalarlarla zənginləşdirən, bunun üçün milli partiya yaradılmasını zəruri sayan Rəsulzadə milli-ictimai tərəqqinin ən yüksək zirvəsini hədəf götürmüşdü. Amma bu zirvənin yolları istibdada qarşı mübarizədən, təqiblərdən, həbslərdən, İrana mühacirətdən, oradakı siyasi fəaliyyətdən, o cümlədən müasir tipli “İrane-nou” (Yeni İran) gündəlik qəzetinə rəhbərlikdən, Müsavat Partiyasının yaradılmasından, Türkiyəyə sürgündən, orada iki il “Türk Yurdu” dərgisində çalışmaqdan, “Türk Ocaqları” təşkilatında yeni türklərlə siyasi mükalimələrdən, yenidən Bakıya qayıdıb siyasi və mətbu fəaliyyəti dirçəltməkdən, “Açıq söz” kimi milli məfkurəni yayan qəzeti nəşr etməkdən keçirdi.
Rusiyadakı Fevral burjua (1917) inqilabı və mütləqiyyətin devrilməsi Cənubi Qafqazda da siyasi şəraiti dəyişir. Azərbaycan istiqlalına uzanan yolun daha çətin bir mərhələsi başlanır. Hələ İkinci Dünya müharibəsinin ilk aylarında Rəsulzadənin söylədiyi “bu müharibə bizim kimi basqı altında olan kiçik xalqlara nicat gətirəcəkdir” fikrini reallaşdırmaq imkanı yaranır. Bu dövrdə Məhəmməd Əmin uzaqgörənliklə deyirdi ki, zaman ağır, gediləcək yol çox tikanlı və əngəllidir. “İrəlidə bir çox müşkülat və maneələri dəxi nəzərə almalıyıq. Dumanlı yollar keçmək və son məqsədə çatmaq üçün bir çox fədakarlıqlar etməli, səbat göstərməliyik”. Məhz millət naminə göstərilən bu fədakarlıq sayəsində M.Ə.Rəsulzadə və silahdaşları tarix qarşısında ağır imtahan verərək, addım-addım Azərbaycanın müstəqilliyinə yaxınlaşırdılar.
Yeni siyasi şəraitin yeni diqtəsi var idi və artıq tanınmış siyasi liderə çevrilmiş Rəsulzadə bu şəraiti dəqiq qiymətləndirir və ona uyğun addımlar atırdı. Qafqaz Müsəlmanlarının Bakıda keçirilən qurultayında (15-20 aprel 1917) onun ərazi muxtariyyəti ideyasını irəli sürməsi dövrün diqtəsi idi. Bir aydan sonra isə Moskvada keçirilən Ümumrusiya Müsəlmanlarının qurultayında Rəsulzadə həmin ideyanı Ə.Salikovun “milli-mədəni muxtariyyət” barədə qətnaməsinə qarşı qoyur və onun “ərazi müxtariyyəti” qətnaməsi böyük səs üstünlüyü ilə qəbul edilir.
Moskvadan qayıtdıqdan sonra rəhbərlik etdiyi Müsavat Partiyasının fəaliyyətini canlandıran böyük siyasi lider bu təşkilatı N.Yusifbəylinin rəhbərlik etdiyi Türk-Ədəmi-Mərkəziyyət firqəsi ilə birləşdirməyə (17 iyun 1917) nail olur. Nəticədə güclü milli partiyaya çevrilmiş Müsavat 22 oktyabrda Bakı Şəhər Sovetinə keçirilən seçkilərdə parlaq qələbə qazanır. Bir ay sonra Zaqafqaziya Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə də artıq Qafqazın ən güclü siyasi partiyasına çevrilmiş Müsavatın qələbəsi heç kimi təəccübləndirmir. 1918-ci ilin fevralında işə başlayan Zaqafqaziya Seymində M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi Müsavat fraksiyası 30 nəfərlə təmsil olunurdu.
Qarşıdan isə tarixin çətin sınaqları gəlirdi: Bakıda mart qırğınlarını dayandırmaq, ağır hərbi-siyasi şəraitdə millətə sahib çıxmaq, Osmanlı Türkiyəsi ilə diplomatik danışıqları genişləndirmək, Azərbaycanın müstəqilliyini elan etmək, Bakını işğaldan qurtarıb dövlət quruculuğu işlərinə başlamaq, Cümhuriyyəti dünyaya tanıtmaq… Bunlar mürəkkəb tarixi şəraitdə reallaşdırılması çox çətin olan fövqəladə missiya idi. Amma “Azərbaycan qurtuluş hərəkatının ideoloqu” (M.B.Məmmədzadə), millətin istiqlal bayrağını yüksəltmiş böyük Rəsulzadə, onun siyasi məsləkdaşları və milli mücahidlər, Müsavat Partiyası millətə qürur yaşadan bu tarixi missiyanın öhdəsindən şərəflə gəldilər…
Cümhuriyyətin süqutundan sonra tale Rəsulzadəyə istiqlal ideyalarını yaşatmaq və yaymaq şansı verdi. O, bir Vətən ayrısı kimi Cümhuriyyətin devrilməsini tarixin fasiləsi adlandırdı, səadət günəşinin yenə doğacağına ümidini itirmədi, milli ideyanın yeni nəsillərə ötürülməsi üçün dayanmadan çalışdı…
* * *
Tarixin ən həlledici anında “çəkilən zəhmətlərin, tökülən qanların, yakılan xanimanların, axıdılan göz yaşlarının bir təsəllisi vardır: İstiqlal” deyən M.Ə.Rəsulzadə Azərbaycan Cümhuriyyətinin banisi, xalqımızın minillik tarixində yetişdirdiyi ən böyük dühalardan biridir. Millət və dövlət qurucusudur. Bu xalqın siyasi məfkurəsinin, milli düşüncəsinin ən parlaq təmsilçisi, böyük mütəfəkkir və ideoloqdur. Onun adı azadlığın, gerçək demokratiyanın, milli hərəkat və istiqlalın, dövlət müstəqilliyinin və dövlətçilik şüurunun simvoludur. “İnsanlara hürriyyət, millətlərə istiqlal” deyən Rəsulzadə bizim üçün həm də siyasi əxlaq, milli heysiyyət və qürur kodudur.
Hələ sağlığında “Rəisi-cümhur”, “Vətənimizin simayi-möhtərəmi”, “Millət mücahidi” adlandırılan M.Ə.Rəsulzadə təkcə praktik siyasətçi yox, həm də Qərbin və Şərqin böyük fikir adamları ilə yanaşı duracaq mütəfəkkirdir. Onun “Əsrimizin Səyavuşu”, “Azərbaycan Cümhuriyyəti”, “Milli dirilik”, ”İran türkləri”, ”Bakı tarixi”, “Azərbaycan milli hərəkat tarixi”, “Böyük Azərbaycan şairi Nizami” kimi əsərləri bizim üçün zəngin fikir xəzinəsidir. Bu gün Azərbaycanın tarixi, siyasi taleyi, milli düşüncəsi və ideologiyası, o cümlədən türkçülük, turançılıq, azərbaycançılıq, islam, demokratiya və s. məsələlərlə bağlı elə bir sual yoxdur ki, Rəsulzadənin əsərlərində onun cavabı olmasın…
* * *
Bəs millətə və Vətənə bu qədər xidmətlərin müqabilində M.Ə.Rəsulzadəni niyə qısqanırlar, nəyə görə Cümhuriyyətin varisi olan bir məmləkətdə bu istiqlal fədaisinin xatirəsinə layiq olduğu ehtiram göstərilmir, əksinə, bəzən o, çeşidli nadanların hücumuna məruz qalır? Əlbəttə, belə haqlı sualların çeşidli cavabları ola bilər. Amma bir cavab daha ağlabatandır: Rəsulzadə yeri ürəklərdə olan elə bir işıqdır ki, çoxlarının gözünü qamaşdırır. Onu yalnız ruhla, qəlblə, könüllə, təmiz əxlaqla duymaq mümkündür. İnsanın bu ruhu və əxlaqı olmayanda hər şey ona yad görünür.
Ayna.az
Xəbərin oxunma sayı : 160
Maraqlı
Xəbərlər
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
TOP 10
ARXİV