![]() |
|














Vəzifəli şəxs tərəfindən təhdid edilən psixoloq: “Arvadına görə mənə deyirdi ki...”
Tarix 19.03.22, 16:31 |
|

“Qadın azadlığı qadının gecə saat 12-də, 3-də evə gəlmək, açıq-saçıq geyimlər geyinmək deyil, saçını istədiyin rəngə boyamaq, hər istədiyin adamla birlikdə olmaq demək deyil. Gender bərabərliyi deyəndə “qadın kişi kimi söyüş söyə bilərmi?” sualı deyil, ailədə qadın və kişi hüquqları qanunla, hüquqi müstəvidə olduğu kimi bərabər olması nəzərdə tutulmalıdır”.
Oxu.Az psixoloq Fərqanə Mehmanqızı ilə müsahibəni təqdim edir:
- Bu gün ölkədə qadın kişi münasibətləri ilə bağlı balansın, gender bərabərliyinin pozulması müşahidə edilir. Bəzən bu barədə sosial şəbəkələrdə sarkazm dolu paylaşımlar da edilir.
- Bu gün gender bərabərliyi ilə bağlı gərgin mübarizə gedir. Amma gender bərabərliyinin əslində nə olduğunu düzgün anlamaq lazımdır. Vəzifədə, işdə bu bərabərlik qorunmalıdır. Məsələn, deputatlara baxsaq, onların təxminən 30 faizi qadın, qalanları kişilərdir. Ya da elə nazirlərimizə baxaq. Niyə bizdə nazir postlarında qadınlar yoxdur? Yaxın keçmişə nəzər salsaq, sovet dövründə bizim nə qədər qadın deputat, vəzifəli xanımımız olub. Amma bu gün bu sektorlarda qadınların sayı azdır. Cəmiyyət olaraq qadınları müəllimliyə, həkimliyə, maksimum QHT sədrliyinə layiq bilirik. Niyə bizdə icra başçıları arasında qadınlar yoxdur? Bir nəfər var idi, o da işdən azad edilib. Gender bərabərliyi dedikdə bu məqamlar nəzərə alınmalıdır.
Müəllimlər arasında qadınların çoxluğu da gender bərabərliyini pozan amillərdəndir. Bu yaxınlarda İspaniyada baş nazir istefa verdi ki, qadınlarla bəylərin sayında balans pozulmasın. Niyə bizdə polis şöbə rəisi qadınlar yoxdur? Bunlar çox önəmli faktorlardır. Gender bərabərliyi deyəndə “qadın kişi kimi söyüş söyə bilərmi?” sualı deyil, ailədə qadın və kişi hüquqları qanunla, hüquqi müstəvidə olduğu kimi bərabər olması nəzərdə tutulmalıdır.
Qadın azadlığı qadının gecə saat 12-də, 3-də evə gəlmək, açıq-saçıq geyimlər geyinmək deyil, saçını istədiyin rəngə boyamaq, hər istədiyin adamla birlikdə olmaq demək deyil. Qadın azadlığı istədiyin təhsili almaq, fikrini sərbəst ifadə edə bilmək, istədiyin vəzifəyə qədər yüksəlməkdir. Təəssüf ki, bu gün qadınlar ilk növbədə cəmiyyət tərəfindən əzilir. Ya deyirlər “sənin atan, qardaşın yoxdurmu?”, sonra “sənin yiyən yoxdurmu?” ifadəsinin işlənməsi sanki onu mal, heyvana bənzədən baxış olur. Qadına azadlıq istəniləndə buradan başlamaq lazımdır. Hətta deyərdim ki, bəzən qadınlar özü də həmcinslərinə qarşı psixoloji təsir edirlər. Məsələn, filankəs boşanıbsa, yiyəsi yoxdur. Cəmiyyətdə bir yanaşma var ki, qadın ərə gedib boşanıbsa, ya da ərə getməyibsə, el dili ilə desək “evdə qalıbsa”, deməli o qadınlar nə istədi edir. Sanki onun öz prinsipləri, öz bədəninə, düşüncəsinə qoyduğu qaydalar yoxmuş kimi psixoloji təzyiqlər olur.
- Bəs ikili münasibətdə mentalitet qaydalarına əsaslanmaq doğrudurmu?
- Mən deyərdim ki, milli mənəvi dəyərləri olmayan millət millət ola bilməz, inkişaf edə bilməz. Mentalitet çox gözəldir. Sadəcə insanlar mentaliteti çox cılızlaşdırıblar. Deyərdim ki, mentaliteti bu gün mini ətək geyinməklə, gecə istədikləri saatda evə gəlmək səviyyəsinə qədər cılızlaşdırıblar. Bir dəfə efirə gedən verilişlərdən birində 14 yaşlı qız ana və atasının mentalitetə qarşı çıxdığını dedi. Mən o qızdan mentalitet deyərkən nəyi nəzərdə tutduğunu soruşdum. Cavab olaraq dedi ki, “anam icazə vermir ki, mən mini yubka geyinim”. Siz uşağın düşüncəsinin bu cür formalaşmasına səbəb olan amilləri düşünün. Bizim mentalitetdə, sözün əsl mənasında milli mənəvi dəyərlərimizdə qadına yüksək qiymət verilir. Bizim mentalitetdə qadınlarımız kişilərlə çiyin-çiyinə döyüşlərə gediblər. Hər zaman qadınlarımız özünü güclü bilib, geyiminin altında xəncər saxlayıb, özü-özünü müdafiə edə biliblər.
Biz öz mənəvi dəyərlərimizi Amerika ilə müqayisə edə bilmərik. Bəli, iqtisadi cəhətdən müqayisə edin. Amma biz türkük, milli dəyərlərimiz yüksəkdir.
- Tarix boyu ailədə, cəmiyyətdə qadınların üzərinə düşən vəzifələr hər zaman çətin və məsuliyyətli olub. Necə deyərlər “yuvanı dişi quş qurar”. Bizim cəmiyyətdə xanımlar sağlam ailənin təməlini qoya bilirmi?
- Çox doğru yanaşmadır, ailəni qadın qurur. Amma bu gün cəmiyyətdə elə kişilər var ki, onları ailə dəyərlərini bilməyən qadınlar tərbiyə ediblər. Bir qadına hörmət etməyi bacarmayan həmin kişilərin şəxsiyyət pozuntuları var. Qadınlar şəxsiyyət olaraq formalaşmayan kişi ilə normal yuva qura bilməzlər. Bu da önəmli məsələdir.
- Belə bir misal da var ki, “qadın yıxan evi fələk də tikə bilməz”. Bir xanım olaraq bu fikrə münasibətinizi bilmək maraqlı olardı.
- Doğrudur, qadın böyük qüvvədir. Qadın istər ailədə, istərsə də münasibətlərdə güclü tərəfdir. Qadının idarə edə bilməyəcəyi heç nə yoxdur. Sadəcə olaraq gərək sağlam düşüncəli, təfəkkürlü olsun. Psixoloji cəhətdən sağlam olan qadın kişini daim yüksəldir. Kişiləri böyüdən qadınların psixologiyası qaydasında olduğu müddətdə cəmiyyətdə sağlam insanların sayı artacaq. Hər bir uğurlu kişinin arxasında bir qadın – anası, bacısı, həyat yoldaşı, xanımı mütləq olur.
- Hərdən deyirlər ki, xanımlar ailənin bütün yükünü bəylərin üzərinə atmaqla onlara haqsızlıq edirlər. İndi bu xanımlar haqsızlıq edir, ya haqqına danışır?
- Kişilər dünya yaranandan ovçu olublar. Kişilər ova gedib, qənimət gətiriblər. Qadınlar isə o qənimətin düzgün istifadəsini tənzimləyiblər. Əgər kişi qəniməti evə doğru-düzgün gətirsə, qadın da səmərəli şəkildə istifadə etməyi bacarsa, bu kimi izdivaclarda heç bir problem yaranmaz. Tam tərsinə bu izdivac güclü olar. Ümumiyyətlə dində də qadınların işləməsi tövsiyə edilmir. Amma xahiş edirəm ki, oxucular fikrimi düzgün başa düşsün. “Qadınlar işləməz” deyəndə maddi durumun yaxşılaşdırılması üçün gün ərzində saat 9-dan 6-ya zülm, əziyyət çəkməz mənasında deyilir.
Ailə kiçik dövlətdir və qadın bu dövləti idarə edir. Bir başqa tərəfdən qadın maddi cəhətdən ehtiyac olduğu üçün işləməz. Qadın işləyər, sərbəstdir seçimində. Cəmiyyətə faydalı olmaq naminə, sənətinə, oxuduğu peşəsinə görə işləyər. Amma ailə yükünü çiyinlərinə almaq üçün işləmək məcburiyyətində qalmamalıdır. Oxuculardan fikrimi düzgün başa düşmələri üçün izah verirəm ki, yanlış anlaşılmasın.
Bu gün kapitalizm onu göstərir ki, ailədə qadın və kişi birgə işləyərək ailə büdcəsini formalaşdırır. Çox maraqlıdır ki, qadın da kişi kimi saat 9-dan 6-ya qədər işləyir və evə gəldikdən sonra da ev işləri ilə məşğul olur. Kişi isə evdə divanda uzanaraq istirahətə çəkilir. Belə baxanda qadın həm çölün, həm də evin işini görmüş olduğu üçün daha çox işləyən tərəf kimi qiymətləndirilə bilər.
- El məsəli də var ki, “arvadı əri saxlayar, pendiri dəri”...
- Həqiqətən də hər bir qadın öz həyat yoldaşının vizit kartıdır. Kişi cəmiyyətdə hər zaman xanımı ilə seçilir. Toyda, bayramda, ailə içində hər zaman xanımların gözəlliyinə, geyim-keciminə baxıb deyirlər ki, “həyat yoldaşı necə gözəl baxır”. O baxımdan düşünürəm ki, yerində işlədilən misallardan biridir.
- Ümumbəşəri bəla olan xəyanət barədə bütün psixoloqların fikirləri var. Lakin sizin bu mövzunu əsaslandıran fikirləriniz cəmiyyətdə kifayət qədər maraq yaradıb. Bir qadın ərinə, bir ər isə öz qadınına nə üçün xəyanət edir?
- Universitetdə müəllimlərimiz deyirdi ki, xəyanət, din və siyasət haqqında müzakirələrə girişməyin. Bu üç mövzuda söhbət bitmək bilmir. Xəyanət nəticədir, ona gətirən səbəb isə müxtəlifdir. İnsanlar var ki, xəyanətkar ruhludur, insanlardan tez bezir. Adam var ki, istər qadın, istər kişi sevgi, qayğı, diqqət görmür və xəyanət etməyə haqq qazandırır. İnsan da var ki, öz ruh əkizini tapdığı üçün birlikdə olur. Amma bu sadalananların və sadalamadığım heç bir səbəb xəyanətə bəraət qazandıra bilməz. İnsan tək sevgi münasibətində deyil, dostluqda, ailə münasibətlərində də xəyanət edir. İnsan var ki, hətta özü-özünə də xəyanət edir. Xəyanət edən insan ilk özünü aldadır, bu, birmənalı olaraq belədir.
İnsan gərək özünə, öz prinsiplərinə sadiq qalsın. Özünə sadiq olmayan insan ətrafa da sadiq ola bilməz.
- Sizə müraciət edənlər arasında xəyanətkarların çoxu qadınlardır, yoxsa kişilər?
- Pasiyentlərimin çoxu ərlərinin onlara xəyanət etdiyini deyir. Əksər hallarda da bunu telefon yazışmalarında aşkar edirlər.
- Necə düşünürsünüz, bu gün ailəni qadınlar saxlayır, yoxsa kişilər?
- Burada maddi və mənəvi amillər var. Bu gün boşanmaların sayının artması da bu problemlə bağlıdır. Alın tərləri ilə pul qazanan kişilər mənimlə razılaşmaya bilər. Bu cür qayğı çəkən kişilərin həyat yoldaşları da onları başa düşməlidir.
Çünki, bir çox ailələrdə maddi yük qadınların çiyinlərinə düşür. Odur ki, ailənin maddi yükünü çəkən kişilərin qədrini bilmək lazımdır. Maddi cəhətdən bu gün ailələrin çoxunu qadın saxlayır desək, yerinə düşər. Ailəsini maddi cəhətdən dolandıran kişilər bu fikrə etiraz edə bilər, çünki onlar belə fikri qəbul edə bilmir. Amma acı reallıq budur.
- Bu günə sizə edilən müraciətlər arasında ən maraqlı və ya dəhşətli fakt hansı olub?
- Psixoloqlar o qədər həyat hekayəsi dinləyir ki, bizim üçün artıq dəhşətli, təəccüblü gələn heç nə yoxdur. Əvvəllər ailə daxili münaqişələrdə dəhşətli problemlər olurdu. Adətən cinsi təcavüzlər, cinsi təcavüzə meyilliliklə bağlı məsələlər təhlükəli olur.
- Heç özünüz psixoloqa müraciət etmisinizmi?
- Bilirsiniz ki, ətrafımızda həmkarlarımız çox olduğu üçün, heç bu barədə düşünməmişəm. Daim rəfiqələrimlə, həmkarlarımla həmsöhbət olduğum üçün məncə, bu, konsultasiya effekti verir (gülür). Rəfiqələrimin çoxu psixoloqdur. Onlarla söhbət psixoloqa getmək sayılırsa, hə, sayılmırsa yox getməmişəm (gülür).
- Sizə müraciət edən pasiyentlərin şəxsi işləri, həyat hekayələri sizdə hansı şəkildə saxlanılır? Pasiyentlərin gizliliyi, hüquqlarının müdafiəsi çox önəmlidir.
- Müxtəlif cür saxlanıla bilər. Məndə kağız üzərində, yaddaş kartlarında və kompüterdə saxlanılır. Bunlar seyfdə xüsusi qovluqlarda saxlanılır. Odur ki, təhlükəsizlik və pasiyentlərin hüquqları tam şəkildə qorunur. Ümumiyyətlə bu məlumatlar xüsusi kodlaşma ilə yazıldığı üçün onu heç kim başa düşə bilməz. Maksimum pasiyentin adı və yaşını başa düşə bilərlər. Seansın kodlaşmasını isə yalnız yazan psixoloq başa düşə bilər.
- Heç olub ki, hansısa pasiyentinizə görə sizə təhdid etsinlər?
- Bəli, olub. Vəzifədə olan tanınmış şəxslərdən biri pasiyentim olub. Pasiyentimin həyat yoldaşı məni təhdid edib ki, yoldaşıma de ki, mən necə istəyirəmsə, elə etsin. Bu dəfələrlə olub.
- Heç olub ki, xanımlar həyat yoldaşlarını sizə müraciət etdikləri üçün qısqansınlar?
- Bu məqam da olub. Təəssüf ki, həyat yoldaşı mənə müraciət etdiyi üçün qısqanclıq edən qadınlar olub.
- Qadınlar kişilərdən və əksinə kişilər qadınlardan nə istəyir?
- Təbii ki, mənəvi və maddi dəstək. İlk növbədə mənəvi dəstək olmalıdır. İnanın ki, qadın özünə ətir, bahalı geyimlər ala bilir. Amma bunun kişilər tərəfindən onlar üçün edilməsi çox xoş təəssürat yaradır. Bu, bir ruh halıdır. El dili ilə desək, cəmiyyətdə tutduğu mövqe, pul kişinin güc mənbəyidir. Mənəvi dəstək, incə rəftar qadın üçün motivasiyadır. Əbəs yerə demirlər ki, qadın qulağı ilə sevir. Kişidən eşitdiyi hər bir xoş söz qadının cavan qalmağına, özünə baxmağına dəstək olur. Qadın həyat yoldaşı ilə bu münasibət çərçivəsində ona qarşı da eyni cür qayğıkeş davranır. Ümumiyyətlə kişilərin ilk tanıdığı qadın obrazı analar olduğu üçün analarına bənzər xanımları daha başqa cür, dərin hisslərlə sevirlər.
Anası kimi diqqət, qayğı göstərən qadınları da daha çox bəyənirlər. Kişilər uşaq kimidir, daim sığal, qayğı istəyirlər. Biz qadınlar da ata qayğısı kimi yanaşan kişi istəyirik. Bax bu cəhətlərə diqqət edilməsi önəmlidir.
- Vəzifəli şəxslərdən, tanınmışlardan, müğənnilərdən, aktyorlardan, elə psixoloqların özlərindən belə sizə müraciət edənlər varmı?
- Bəli, olub. Siyasi sferada tanınan şəxslər, vəzifəli insanlar, eləcə də sizin həmkarlarınız arasından da mənə müraciət edənlər olub. Hətta bəziləri ilə seanslarımız davam edir.
Xəbərin oxunma sayı : 526
Müsahibə
Xəbərlər
-
DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi - VİDEO
-
Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq - Paşinyan
-
Saleh Məmmədov idarə rəisini işdən çıxardı - Yerinə onun oğlunu təyin etdi
-
İlham Əliyev yeni seçilən Roma Papasını təbrik etdi
-
“Bitcoin“in qiyməti 103 min dolları ötüb - Kriptovalyuta bazarının son göstəriciləri
-
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur? - İcbari Tibbi Sığortanın 3 “dostu“
-
Azərbaycan hərbçiləri paradda keçid etdi - VİDEO
-
İllik təhsil xərci 9 min manat oldu - baş nazirin qərarının şifrələri
-
Prezident və birinci xanım onların xatirəsini andı - FOTOLAR
-
Evlərin qiyməti kəskin bahalaşacaq - Ekspertlərdən AÇIQLAMA
-
Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Bir şagirdin “Son zəng“ xərci nə qədərdir? - AÇIQLAMA
-
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi -FOTOLAR
-
Atəşkəs olmasa, əlavə sanksiyalar tətbiq edəcəyik - Tramp
-
Çempionlar Liqası:İngiltərənin 6 klubu olacaq
-
Əcnəbilərin Bakıda mağazada dələduzluğu şok etdi - VİDEO
-
Anqola Prezidenti İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
-
“Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk“ - Pakistanın daimi nümayəndəsi
-
Azərbaycan və Vyetnam arasında əsas perspektivli istiqamətlərindən biri turizmdir
-
Azərbaycan-Vyetnam əməkdaşlığında yeni bir mərhələnin başlanğıcı
-
Azərbaycan və Vyetnam arasında ənənəvi olaraq təhsil sahəsində sıx əlaqələr mövcuddur
-
Siyasi-iqtisadi-ticari əlaqələrə, humanitar və mədəni mübadiləyə yeni töhfə
-
Prezidentdən Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
-
Şəbnəmdən Xuramana cavab - “Fotosessiyalarıma 3 min verirəm“
-
Həftənin rəmzi komandası - Yamal, Sommer, Hakimi...
-
Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər - VİDEO
-
Yeni Roma Papası kimdir? – XIV Lev haqqında hər şey
-
BƏƏ prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir
-
Vətəndaşlar bu hala görə banklardan təzminat tələb edə bilərlər - VİDEO
-
Məhkəmədə o görüntüləri də göstərdilər - Fotolar
-
Yeni Papa o seçildi - İlk dəfə amerikalı
-
Azərbaycan və Vyetnam arasında əməkdaşlığın inkişafı möhkəm təmələ çevrilib
-
“Pulunu ver, balını artırım“ - Abituriyentlərə yeni təhlükə
-
“20 il ərzində bütün var-dövlətimi xeyriyyəçiliyə bağışlayacağam” - Qeyts
-
Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Ağ Evin ən həssas mövzusu: Melaniya Tramp haradadır?
-
Rasim Məmmədov məhkəməyə şikayət edib - Əmlak davası
-
“8-ci kilometr“ bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı
-
Putinlə Si Cinpin arasında görüş 7 saat davam edib - VİDEO
-
Avtomobil almaq istəyənlər üçün şans - dövlət maşınları hərracda
-
Bakıdan Minskə uçmaq artıq daha bahadır - Bilet qiymətləri 1077 manata qədər yüksəlib
-
Azərbaycan-Vyetnam münasibətləri iki dövlətin səmimi və mehriban dostluğunun müasir mənzərəsini əks etdirir
-
Vyetnamın birinci xanımı İçərişəhərdə - FOTOLAR
-
“Rusiya ordusu Ukraynada döyüş əməliyyatlarını tamamilə dayandırıb“ - Rəsmi Moskva
-
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
-
Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq
-
Quldurluq üçün evə basqın etdilər, polislərə atəş açdılar - Məhkəmə
-
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrıldı - SƏRƏNCAM
-
Hindistanın hücumu müharibəyə yol açır - Məhəmməd Asif
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük rəsmi məzənnəni açıqladı
-
Bu şəxslərə pulsuz evlər veriləcək - 120 milyonluq layihə
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
Şərurlu İsfəndiyarın ölkədən çıxışına qadağa qoyulacaq - Məhkəmə prosesi
-
Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü - 7 uşaq isə...
-
“Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək“ - Ərdoğan
-
Kadırov istefa verəsi olmadı - Putinlə görüşüb
-
Prezidentdən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına - Müraciət
-
Beyləqanda Ulu Öndərin 102 illik yubileyi keçirildi - Fotolar
-
Gəncədə restoran tikintisində faciə - Hündürlükdən yıxılıb öldü
-
Türkiyə Rusiyaya uçuşları dayandırdı - 16 reys təxirə salındı
-
Əli Əsədov To Lam ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
-
Mərhum başçı 14 il əvvəl oğlunun obyektinə icazə vermişdi - Reyesterə indi daxil edilib
-
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi - FOTO
-
“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında irəliləyiş yoxdur“ - Armen Qriqoryan
-
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
-
Bakıda evi plana düşən sakinlər narazılıq edir: “48 000 AZN-ə ev ala bilərəm?“
-
Arif Babayevə Heydər Əliyev Mükafatı verildi - Sərəncam
-
Vəfat edən şəxsin pensiyasını bu şəxslər də ala biləcək - VİDEO
-
Naxçıvan Ali Məclisinin sədri nazir təyin edə bilməyəcək? - Təyinat mexanizmi dəyişir
-
Abşeronda polis əməliyyatı: İranlının kuryeri tutuldu - VİDEO
-
İcra hakimiyyətinin işçiləri qəzaya düşdü - Xəsarət alanlar var
-
Suriya və İsrail danışıqlar aparır - Şaraa təsdiqlədi
-
Hindistan və Pakistan tarixin ən böyük və ən uzun hava döyüşünü keçirdi - CNN
-
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? - SƏBƏB
-
Bayramov vyetnamlı həmkarı ilə görüşdü - Müzakirə
-
Tiflisdə partlayış təhlükəsi: ABŞ səfirliyindən sensasion xəbərdarlıq
-
Çempionlar Liqası: “Qarabağ” 2-ci təsnifata yüksəldi!
-
“Panorama“ hoteldə əxlaqsızlıq yuvası aşkarlandı, sahibkara HÖKM OXUNDU
-
İnam Kərimov Türkiyədəki konfransda - Fotolar
-
“Elə bir nöqtəyə gəlirik ki...” - Tramp Ukrayna barədə
-
Arzu Əliyeva uşaqları ziyarət etdi - FOTOLAR
-
Əkrəm İmamoğlunun “X” hesabı bloklandı - FOTO
-
“Uşaqların ikisi itib, bilmirik kim aparıb” - Evini su basan sakin+Video
-
“Onsuz kartımda pul yoxdur” deyib keçməyin! - Təhlükə saçır - VİDEO
-
Xatirə İslam sənətdən gedəcək - Bu tarixdə
-
Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir? - VİDEO
-
Nəsrin Cavadzadə eyvanda elə pozalar verdi ki... - FOTOLAR
-
Banklar vətəndaşların kartından oğurlanan pullara görə nə vaxt məsuliyyət daşıyacaq? - VİDEO
-
Prezident ailə üzvləri və qonaqlarla “Gülüstan” sarayında - Fotolar
-
Vəzifəli şəxsi aldadıblar - Oğlunu nazirliyə işə götürmək adıyla
-
Ərdoğan Şahbaz Şəriflə telefonla danışıb - Pakistanın həmrəyik
-
Bakıda dövlət ziyafəti verildi - FOTOLAR
-
İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? - SİYAHI
-
Fransadan diplomatik hörmətsizlik: Azərbaycan səfiri Qələbə tədbirinə dəvət olunmadı
-
Bakıda güclü yanğın - Sakinlər təxliyə edilir + VİDEO
-
Prezident İlham Əliyev Qələbə Paradına getməyəcək! - Səbəbləri məlum oldu
-
“Vasmoy” bazarında qəribə fırıldaq - Pomidorun qırmızı görünməsi üçün görün nə edirlər (VİDEO)
-
Oliqarx oğlunun əmlakının üzərinə həbs qoyuldu - SENSASİON GƏLİŞMƏ
-
Putin Kadırovla görüşdü - Vəzifədən gedir?
-
“Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər“ - Havaca Asif
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Mehriban Əliyeva No Fon Li ilə görüşdü - VİDEO/FOTO
-
İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış edib - Fotolar
-
Növbəti üç gündə leysan yağacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanla Vyetnam arasında sənədlər mübadilə edildi - Fotolar
-
Prezidentin köməkçisi NATO nümayəndəsi ilə görüşüb - FOTO
-
Hacıqabulda suçəkmə işləri davam etdirilir - Video+Fotolar
-
Atasının qətlini 60 minə sifariş edibmiş: Təbii yolla öldüyü bilinsin deyə “tok”a verəcəklərmiş
-
Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirdi - FOTO/VİDEO
-
Bakıda iki maklerə cinayət işi açıldı - 155 minlik dələduzluq
-
Suya borcu olan abonentlərin nəzərinə! - VİDEO
-
İlham Əliyevlə To Lamın geniş tərkibdə görüşü başladı - FOTO
-
Bayramov İraq Prezidenti ilə görüşdü - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Meydan TV“ işi üzrə saxlanılan jurnalist həbs edilib - 1 ay 29 gün
-
Vyetnam lideri Bakıda - İlham Əliyev və birinci xanım qarşılayıblar
-
Serbiya Prezidentinin təyyarəsi Bakıda təcili eniş etdi - Moskvaya gedə bilmədi
TOP 10
ARXİV