Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Vəzifəli şəxslərlə bağlı yeni məsuliyyət müəyyən olunub

Tarix 29.03.17, 14:22

Font ölçüsü : - / +
bitmap-img6


Nazirlər Kabineti vəzifəli şəxslərlə bağlı yeni məsuliyyət müəyyənləşdirib.

“Report”un xəbərinə görə, bununla bağlı qərarları baş nazir Artur Rasi-zadə imzalayıb.

“Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”də edilən dəyişikliyə əsasən, bundan sonra büdcədənkənar vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə, vəzifəli şəxslər qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar.

Bundan başqa, “Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nda da dəyişiklik edilib. Belə ki, Gömrük sisteminin inkişaf fondunun vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar.

Digər dəyişiklik isə “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları” ilə bağlıdır. Qaydada edilən dəyişikliyə əsasən, bundan sonra diplomatik nümayəndəliyə ayrılan maliyyə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə görə, vəzifəli şəxslər qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar.
Nazirlər Kabineti “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nda, “Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi Qaydası”nda, “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”nda, “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nda da eyni məzmunlu dəyişiklik edib.



Xəbərin oxunma sayı : 76




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap