Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Vəziyyəti ağır olan bank və BOKT-lar hazırlıqlı olsunlar – Sürpriz qərar verilə bil

Tarix 05.10.18, 11:36

Font ölçüsü : - / +
bitmap-img6


İndiyədək Azərbaycanda banklara, bank olmayan kredit təşkilatlarına (BOKT), sığorta şirkətlərinə, investisiya şirkətlərinə verilmiş lisenziya Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarı əsasında ləğv edilə bilinirdi. “Marja”nın məlumatına görə, bundan sonra belə bir qərarı Palatanın İdarə Heyəti verəcək.

Bildiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası formal idi. Son vaxtlar bu Şuranın və onun sədri Rüfət Aslanlının fəaliyyəti müşahidə olunmurdu. Məlumata görə, Rüfət Aslanlı ilə İdarə Heyəti arasındakı problemlər bir sıra qərarların qəbul olunmasını gecikdirirdi. Direktorlar Şurasının sədri Rüfət Aslanlı, müavini və Şuranın üzvü faktiki Palatada işləmədiklərinə görə, iclaslar keçirilmirdi və qərarlar qəbul olunmurdu.

4 Oktyabr 2018-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərman ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni Nizamnaməsi təsdiq edildi. Yeni nizamnamə ilə Palatanın idarəetmə orqanlarından Direktorlar Şurası ləğv edilib. Şuranın səlahiyyətləri İdarə Heyətinə verilib.

İndiyədək mühüm məsələlərə Direktorlar Şurasının iclasların baxılırdısa, bundan sonra İdarə Heyətinin iclaslarıda qərarlar qəbul olunacaqdır. Yeni Nizamnamə Palataya daha çevik qərarlar qəbul etməyə imkan verir. Çünki artıq Palatada iki rəhbərlik mövcud deyil. Rüfət Aslanlı rəsmən vəzifəsini itirib.

Çoxdandır, bir neçə bank və bank olmayan kredit təşkilatının bağlanacağı barədə şaiyələr gəzir. Maliyyə vəziyyəti pis olan banklar, bank olmayan kredit təşkilatları, sığorta şirkətləri hazırlıqlı olsunlar. Bundan sonra Palatada İdarə Heyətinin ayda bir dəfədən az olmayaraq keçiriləcək iclasından sürpriz qərarlar çıxa bilər.



Xəbərin oxunma sayı : 139




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap