Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Vidadi Zeynalovun əmlakları ilə bağlı araşdırma aparılır - Nazirlik tərəfindən

Tarix 19.02.20, 23:37

Font ölçüsü : - / +
bitmap-img6


Ali Məhkəmədə keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq sədri Beytulla Hüseynov və digərlərinin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirlib.

AzFakt.com "Report"a istinadla xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda zərərçəkmiş hüquqi şəxs - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi vəsatətlə çıxış edib.

O bildirib ki, kassasiya şikayətləri müsadirə edilməsi üçün üzərinə həbs qoyulmuş əmlaklarla bağlıdır: "Hazırda nazirlik həmin əmlaklarla bağlı araşdırma aparır. Bu səbəbdən prosesin araşdırma başa çatanadək təxirə salınmasını xahiş edirik".

Dövlət ittihamçısı vəsatətə etiraz edib. Müdafiə tərəfi isə vəsaitin təmin edilməsini istəyib.

Məhkəmə yerində müşavirə edərək vəsatəti təmin edib. Proses martın 11-ə təyin edilib.

Qeyd edək ki, keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin şəxslərin əmlakının üzərinə həbs qoyulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə, B.Hüseynovun cəzası isə 7 il 6 aya endirilib. Həmçinin qərara əsasən, V.Zeynalov və digər təqsirləndirilən şəxslərin bəzi əmlakının üzərinə qoyulmuş həbs götürülüb. Belə ki, təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlakının üzərindən həbs götürülüb və müsadirə dayandırılıb.

Hazırda bütün məhkumlar azadlıqdadırlar.

Kassasiya şikayəti üsərinə həbs qoyulmuş əmlaklarla bağlı verilib.



Xəbərin oxunma sayı : 781




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap