Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Vilayət Eyvazov inqilabi dəyişikliklərə hazırlaşır – Yol polisi ləğv edilə bilər

Tarix 15.08.19, 19:08

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər naziri Vilayət Eyvazov artıq start verdiyi kadr islahatları ilə kifayətlənməyəcək, həm də ciddi struktur dəyişikliyi edəcək. 
 
AzFakt.com xəbər verir ki, BakuPost-a daxil olan məlumata görə, yeni nazir işə başlayan ilk gündən polisin reputasiyasının yaxşılaşdırılması, insanların hüquq-mühafizə orqanlarına münasibətinin dəyişməsi üçün ciddi layihələr həyata keçirməyə başlayıb. Bunun üçün o, ilk növbədə hamı tərəfindən birmənalı şəkildə rüşvət, korrupsiya mənbəyi kimi qəbul edilən bəzi qurumların yenidən qurulması, bəzilərinin isə tamamilə ləğv edilməsi barədə tədbirlər planı hazırlayıb.
 
Məlumata görə, yeni nazir ilk olaraq Qeydiyyat-İmtahan İdarələrinin ləğvini nəzərdə tutub.
 
Yada salaq ki, bu idarələrin ləğv edilməsi xeyli müddətdir, müzakirə mövzusudur. Əsas işi sürücülük vəsiqələrinin və avtomobillərinin dövlət qeydiyyat nişanlarının verilməsi olan bu idarələrin səlahiyyətinin başqa aidiyyəti qurumlara verilməsi dəfələrlə gündəmə gəlsə də, hansısa  qüvvələr onu ertələyib. Yeni nazir isə bu işi tez bir zamanda həll etməyi planlaşdırıb.

Vilayət Eyvazovun nəzərdə tutduğu daha bir addım isə kifayət qədər sensasion hesab oluna bilər. O, əksər Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da yol polisinin ümumiyyətlə, ləğv olunmasını istəyir. Yeni nazir böyük vəsaitlər hesabına alınmış radarlar, təhlükəsizlik kameraları olduğu halda yol polisi ordusuna zərurət hesab etmir.
 
Mənbənin verdiyi məlumata görə, yol polisinin səlahiyyətləri əsasən üç qurum arasında bölünəcək - Post Patrul Xidməti, Nəqliyyat Agentliyi, ASAN xidmət.
Bu köklü dəyişikliyin ilin sonuna qədər reallaşması gözlənilir. 


"Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev hesab edir ki, yol polisinin ləğvi indiki halda aktual deyil: "Avropanın yedəyində getməyə lüzum yoxdur. Dövlət Yol Polisi ləğv edilməməlidir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, biz insan hüquqları ilə bağlı ümumiyyətlə təhlükəsizliyin təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının mühafizəsi ilə bağlı demək olar ki, bütün normalara, konvensiyalara, müqavilələrə qoşulmuşuq. Bu baxımdan Azərbaycanda istər yol hərəkətinin tənzimlənməsində, istər piyadaların qorunması, istərsə də vətəndaşın digər müraciət hüququnun təmin olunması istiqamətində kifayət  qədər meydan var və yetərli qədər də iş görülür. 

Həm dövlətin, həm təhülkəsizliyinin təmin olunmasında, həm də sabitliyin dayanıqlı qorunmasında bu DİN-in hədsiz dərəcədə əməyi var. 
Ola bilsin, Avropa ölkələrində yol polisi yoxdur. Amma Azərbaycanda bu gün yol polisinə çox böyük ehtiyac var”.
 

Keçmiş polis rəisi, Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev isə yol polisinin və yol polisinin tabeliyində olan qurumların ləğv edilməsinin, başqa aidiyyəti qurumlara verilməsinin vacib olduğunu bildirib: "Məsələn, Sürücülük vəsiqələrinin verilməsi ilə bağlı imtahanı polis niyə götürməlidir? Bu, korrupsiyaya yol açan haldır. Bu qədər yol polisi nəyə lazımdır? Onda dövlət külli miqdarda vəsait xərcləyərək radarları, kameraları niyə alıb? Yollarda avtomobil qovan yol polislərini daha çox dəftərxana işlərinə cəlb etmək lazımdır ki, kameralara, radarlara nəzarət gücləndirilsin. Cərimələrin vaxtında sürücülərin ünvanına çatdırılması məsələsində operativlik təmin olunsun”. 

Ə.Əliyev hesab edir ki, yol polisinin ləğv edilməsi yaxın zamanlarda reallaşa bilər: "Vilayət Eyvazov Avropa təcrübəsini bilən, bu prosesləri yaxından izləyən adamdır. Və yenilikləri tətbiq etməyə meylli şəxsdir. Hesab edirəm ki, o, polis sistemində çox ciddi dəyişikliklər edəcək”.









Xəbərin oxunma sayı : 400




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap