“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Virusa görə kommunal ödənişləri edə bilməyənlər nə edəcək? - Video

Tarix 29.03.20, 14:17

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər sosial şəbəkələrdə kommunal ödənişlərdə güzəşt məsələsi müzakirə olunur...

Buna səbəb koronavirus infeksiyasına yoluxmaq təhlükəsi qarşısında evdən çıxmayan vətəndaşların qaz, elektrik enerjisi, sudan daha çox istifadə etməsidir. Belə olan halda vətəndaşların bu istiqamətdə xərcləri artır.

Digər tərəfdən bəzi vətəndaşların iş yerlərinin bağlanması və ödəniş etməkdə yaranan çətinlik məsələnin müzakirəsini xeyli dərəcədə aktuallaşdırır.

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Sakin: “Kommunal xərclərdə dövlətin dəstəyi olsa, yaxşı olar. İş yerləri bağlanır, bəziləri işdən çıxarılır, işləri dayanır, maaş ala bilmirlər, ona görə də belə bir şey olsa, çox yaxşı olar. Kommunal ödənişlər azalsa və ya bir neçə aylıq tələb olunmasa, daha yaxşı olar”.

Sakin: “Əgər insanların evdə oturması tələb olunursa, dövlətin bu məsələdə dəstək verməsi çox yaxşı olardı. Karantin müddəti bitənə qədər güzəştlər edilsə, daha yaxşı olar”.

Millət vəkilləri indiki vəziyyətdə vətəndaşların xərclərini yüngülləşdirməkdən ötrü hökumətin hazırlağı tədbirlər paketində kommunal ödənişlərdə güzəşt məsələsini zəruri hesab edirlər.

Koronavirusla mübarizə çərçivəsində insanlara evdə qalmaq tövsiyə edilir. O zaman kommunal xərclərdə güzəştə getmək əhali üçün sevidirici olar.

Fazil Mustafa – Milli Məclisin deputatı: “Vətəndaş əgər işləmirsə, bu xərcləri necə ödəsin? İşləyəndə bu pul çıxır, çıxmayandan sonra neyləsin? Müəyyən dərəcədə ödəniş məsələsində güzəştlər edilməsi nəzərdə tutula bilər. Bunu da bir sosial paket formasında hazırlanıb ortaya qoymaq lazımdır. Bu, vəziyyəti bir az yüngülləşdirə bilər. Bunlar hamısı müvəqqəti xarakter daşıyır. Çünki vəziyyət düzələndən sonra təzədən bərpa etmək olar”.

Hikmət Babaoğlu – Milli Məclisin deputatı: “Problemi hökumətin diqqətinə təqdim etmək lazımdır ki, bununla bağlı dərhal qərarlar qəbul etsin. Çünki nəticədə söhbət bizim milli təhlükəsizliyimizdən gedir. Hər hansı bir kommunal ödənişin 1 gün və ya 5 gün gec ödənməsi böyük bir faciə deyil”.

Qeyd edək ki, əhaliyə güzəştlərlə bağlı məsələ hələ ki, işçi qrupunun müzakirəsindədir. Aprelin əvvəlində bu təkliflər tam şəkildə açıqlanacaq.








Xəbərin oxunma sayı : 385




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap