“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Vitali Balasanyan yaşadığı yeri açıqladı: “Əsgərandayam”

Tarix 28.09.23, 12:29

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün özünü buraxdığını elan edən qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyan Azərbaycan tərəfinin onu dünən Həkəri körpüsünü keçərkən həbs etməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

AzFakt.com xəbər verir ki, “tert.am”a açıqlamasında Balasanyan hazırda yaşadığı ünvanı qeyd edərək, Qarabağda olduğunu bildirib:

“Mən “Artsax”dayam, ünvanımı yazın: Əsgəran şəhəri, Danielyan küçəsi 29. Mən buradayam, heç “Artsax”ı tərk etməyə cəhd də etməmişəm”, – deyə o, yenə də Qarabağdan çıxmaq fikrində olmadığını vurğulayıb.

Xatırladaq ki, Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrinin rəhbərlərindən biri olub, Azərbaycan torpaqlarının işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun müdafiə nazirinin müavini olub. O, separatçı qurumun “prezident” seçkilərində iştirak etsə də, məğlub olub.

V.Balasanyan terroru sevən, türklərin düşməni olan və həddindən artıq qəddar bir erməni kimi ad çıxarıb. “Balasanyan “Daşnaksütyun” partiyasının üzvü olub. Həm qondarma “Artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb. Xocalı soyqırımının törədilməsində iştirak edib./modern.az



Xəbərin oxunma sayı : 754




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap