Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Vitse-spiker Ziyafət Əsgərov:“Çalışırıq ki, AXC parlamentinin gözəl ənənələrini davam etdirək”

Tarix 10.12.18, 18:48

Font ölçüsü : - / +
bitmap-img6


“Hər bir Azərbaycan deputatı çalışır ki, öz məsuliyyətini dərk etsin. Düzdür, mətbuatda müəyyən yazılar da gedir, deputatların fəaliyyətinə qiymət də verilir, bu da normaldır”.

AzFakt.com bildirir ki, bu sözləri Milli Məclisin sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri  Ziyafət Əsgərov “Report”a müsahibəsində deyib.

Onun sözlərinə görə, hüquqi-demokratik dövlətdə yaşayırlar və hər bir insanın, hər bir Azərbaycan vətəndaşının haqqı var ki, Azərbaycan parlamentinin fəaliyyəti haqqında öz fikirlərini desin: “Tənqid də edə bilər, tərifləyə də bilər, xoş söz də deyə bilər, qeyri-xoş söz də. Bu, onun hüququdur. Amma biz çalışırıq ki, Azərbaycanın istər daxili, istər xarici siyasətilə bağlı möhtərəm Prezidentimizin apardığı kursu, Azərbaycanın milli maraqlarını, Azərbaycanın suverenliyini qoruyan işlər görək, prezidentimizə dəstək olaq ki, Azərbaycan daha da inkişşaf etsin, daha da irəli getsin”.

Z.Əsgərov bildirib ki, İkinci dəfə dövlət müstəqilliyimizi əldə etdikdən sonra biz artıq üçüncü respublika qurmuşuq, üçüncü respublikanın övladlarıyıq: “Düzdür, mən ikinci respublikada – Azərbaycan SSR-də anadan olmuşam. Amma xoşbəxtlik nəsib oldu ki, üçüncü respublikamızı – 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil Azərbaycanı da gördük. Sözsüz ki, parlamentarizm ənənələri həm birinci, həm də ikinci respublika dövründə Azərbaycanda xeyli inkişaf edib. Amma, əlbəttə ki, müstəqllik elə müstəqllikdir. Müstəqil olmaq, suveren dövlət olmaq, onun Parlamentinin üzvü olmaq böyük bir xöşbəxtlikdir. 

Azərbaycan Cümhuriyyətini quran insanlara Allahdan rəhmət diləyirəm. O dövrün çox gözəl parlamentariləri olub. Sözsüz ki, biz də bir dövlət olaraq, həmin Cümhuriyyətin hüquqi varisiyik və çalışırıq ki, çalışmalıyıq da ki, o dövrdə qoyulmuş gözəl ənənələri davam etdirək”.





Xəbərin oxunma sayı : 166




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap