Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

XƏBƏRDARLIQ: Türkiyədə müşahidə olunan soyuq hava Azərbaycana gələcək

Tarix 10.01.17, 17:35

Font ölçüsü : - / +
bitmap-img6


"Türkiyədə, Rusiyanın Avropa hissəsində, Şərqi-Avropada müşahidə olunan soyuq havanın yaxın 1 həftə ərzində Azərbaycanda gəlmə ehtimalı var". 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya bildirib ki, Atlantik okeanından gələn mülayim dəniz  və şimaldan gələn mülayim-kontinental hava kütlələrinin qarşılaşması Türkiyədə, Rusiyanın Avropa hissəsində, Şərqi-Avropada güclü qarların yağmasına səbəb olub. Onun sözlərinə görə, bu, mülayim kontinental hava kütlələrinin daha uzun müddətli hakim olmasının nəticəsidir: “Azərbaycanda isə atmosfer təzyiqi 750-755 millimetr civə sütunu civarındadır. Təzyiq get-gedə aşağı düşür və belə olduqda soyuq hava kütlələri Azərbaycana gələcək. Lakin ölkəmizə gələnə qədər onlar təsirini müəyyən qədər itirəcək. Çünki həmin hava kütlələri tərkibində olan qar, yağış buludlarının xeyli hissəsini itirərək gələcək. Məsələn, Türkiyədə, Rusiyanın Avropa hissəsindəki qar bizdə olmayacaq. Havanın temperaturu 3-5 dərəcə aşağı düşəcək və iqlim normasına uyğun olacaq”.
 
M.Həsənov vurğulayıb ki, ötən il yağıntının miqdarı bütün ölkə üzrə çoxillik normadan yüksək olub. Onun sözlərinə görə, temperatur həddi isə iqlim normasından 1 dərəcə aşağı müşahidə edilib: "Aylar üzrə götürdükdə isə sentyabr, oktyabr, noyabr aylarında daha çox fərq hiss olunub. Yağıntıların miqdarında yazda bir qədər çoxluq müşahidə edilib. Payız fəslində fərq daha kəskin şəkildə özünü büruzə verib. Son 25 ildə yağıntının belə çox olması qeydə alınmayıb. Yağıntıların çox olması nəticəsində 2016-cı il daha rütubətli il olub”.



Xəbərin oxunma sayı : 160




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap