Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

XİN-dən Paşinyanın arvadına xəbərdarlıq - Onlar “qara siyahı“ya salınacaq

Tarix 08.10.18, 18:10

Font ölçüsü : - / +
bitmap-img6


Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın Rusiyadan olan bir qrup qadın ilə birlikdə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinə münasibət bildirib.

XİN-in mətbuat xidmətinin məlumatında deyilir ki, həmin şəxslərin adları Azərbaycanın "arzulounmaz şəxslər" siyahısına salınacaq. 

"Qadınlar sülh naminə” təşəbbüsü barədə artıq səsləndirilən mövqeyimizə əlavə olaraq təkrar edirik ki, sülh istəyənlər müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almaq istəyənlər digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalı və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər.

Azərbaycan Respublikasının qanunlarını ciddi pozaraq ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfər edən əcnəbi vətəndaşlara gəldikdə isə hazırda onlarla bağlı məlumat araşdırılır və bu şəxslər müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcək", -deyə XİN-dən bildirilib. 



Xəbərin oxunma sayı : 172




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap