Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Xırdalanda 30-dan çox ailə fırıldaqçıların qurbanı olub – Yarım milyonluq mənimsəmə

Tarix 07.10.17, 3:00

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasından ev alan 30-dan çox ailə fırıldaqçıların qurbanı olub.

AzFakt.com-un Xəzər TV-yə istinadla məlumatına görə, aldadılan şəxslər ayrı-ayrı vaxtlarda Xırdalan şəhərində yerləşən “Nursu Əmlak”ın ofisinə gəliblər.

Onlar həmin şirkətin müdiri Cavid Umudluya ödəniş etməklə müqavilə ilə ev alıblar. Ancaq sonradan məlum olub ki, həmin evlərin heç biri vətəndaşların adına deyil və ayrı şəxslərə satılıb. Nəticədə Cavid Umudlu vətəndaşların hamısına ümumilikdə 400-min manatdan çox ziyan vurub.

Cavid Umudlu əksər alıcını çağıraraq onların etibarından sui-istifadə edib və əmlak müqaviləsini borc müqaviləsinə çevirib.

Məsələ ilə bağlı Cavid Umudlu adlanan şəxslə əlaqə saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, zərərçəkən vətəndaşlar bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.



Xəbərin oxunma sayı : 178




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap