Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Xüsusi karantin rejimi qaydalarının pozulması halları artıb – Nazirlik

Tarix 01.06.20, 20:53

Font ölçüsü : - / +
bitmap-img6


İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlər keçirir.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, mayın 31-də keçirilmiş monitorinqlər zamanı Suraxanı rayonunda “Zəngəzur market”, “Lay Lay uşaq aləmi”, “Məktəb ləvazimatı”, “Şirinbala uşaq aləmi” mağazalarında, Binəqədi rayonunda Asif Hacıyevə məxsus ət, “X motors” yağ satışı mağazalarında, Sabunçu rayonunda “Meqa Sığorta” ASC-yə məxsus “Meqa Sığorta” pərakəndə ticarət obyektində, “Azəri Med” MMC-yə məxsus “Plus Aptek”də, Xəzər rayonunda Cavad İzzətova məxsus çayxanada, Xətai rayonunda “Zolushka ticarət mərkəzi”ndə, “Velvet” geyim mağazasında, “Zeytun Aptek”də, Nizami rayonunda Radik Cəfərov, Mübariz Əliyev, Mansur Həsənov və Seymur Hüseynova məxsus pərakəndə satış mağazalarında, Yasamal rayonunda “Optimal elektronika” MMC və “Supertoys” MMC-yə məxsus mağazalarda, “Benita” geyim mağazasında, Abşeron rayonunda “Dəniz market”də, Qobustan rayonunda “Bol Market”də və “Ramil Market”də, Masallı rayonunda “Papatya dönər evi” və “Retro kafe”də, “Sevinc Mebel”, “Soliton” mağazalarında, Ağsu rayonunda “Univermaq” ticarət obyektində və Orxan Hüseynova məxsus mağazada, “Umud Kafesi”ndə, Zaqatala rayonunda “Dönər Mağazası”nda və s., ümumilikdə monitorinqin əhatə etdiyi 392 obyektin 217-də ticarət və zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.

Qeyd edək ki, mayın 22-dən 31-dək 1 984 sahibkarlıq subyektində monitorinq keçirilib və 961 obyektdə tələblərin pozulması hallarına rast gəlinib.



Xəbərin oxunma sayı : 433




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap