Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Xüsusi karantin rejimində “Səyyar Nar” həftəsonları da fəaliyyətini davam etdirir

Tarix 27.11.20, 22:48

Font ölçüsü : - / +
bitmap-img6


"Nar” xüsusi karantin rejimində abunəçilərinin bütün zəruri xidmətlərdən yararlana bilməsi üçün "Səyyar Nar” xidmətini həftəsonları da təqdim etməyə davam edir. Abunəçilər evlərini tərk etmədən "Nar" xidmət mərkəzlərində göstərilən bir çox xidmətlər üçün, eləcə də SIM kartın dəyişdirilməsi, nömrə bərpası əməliyyatları və ASAN İmza xidmətinin aktiv edilməsi üçün "Səyyar Nar”a müraciət edə bilərlər. 

Ölkədə yayılmış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olaraq mobil operator bu xidmət vasitəsilə Bakı - Abşeron və Sumqayıt ərazilərində yaşayan abunəçilərinin lazımı əməliyyatları birbaşa ünvanlarında əldə etməsini təmin edir.  Müraciətlər 24/7 gücləndirilmiş iş rejimində çalışan 777 ‘Çağrı mərkəzi’ üzərindən qəbul edilir. Müraciət zamanı xidmətin göstəriləcəyi dəqiq ünvan, əlaqə nömrəsi və lazım olan xidmət növü qeyd edilməlidir.

Qeyd edək ki, xüsusi karantin rejimi boyunca həftəsonları da daxil olmaqla, müştərilər "narsim.az" vebsaytı üzərindən almaq istədikləri nömrəni seçib evə çatdırılma xidmətindən də yararlana bilərlər. Çatdırılma sifarişin verildiyi müddətdən sonra 24 saat ərzində həyata keçirilir.
 
"Nar” hər kəsi bir daha Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə çağırır.



Xəbərin oxunma sayı : 361




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap