“Aygün Kazımova ilə bacı-qardaşıq” – Türkiyəli məşhur rejissor Oqtay Kaynarca: “Eşkıya dünyaya hökmdar olmaz”ın yayımlanmama səbəbi...” Kanal D-dən Acun İlıcalıya qadağa Çağatay Ulusoya qadağa qoyuldu
Axtar
 
  • / Maqazin / — 17 Yanvar 2017

    “Aygün Kazımova ilə bacı-qardaşıq” – Türkiyəli məşhur rejissor

  • / Maqazin / — 17 Yanvar 2017

    Oqtay Kaynarca: “Eşkıya dünyaya hökmdar olmaz”ın yayımlanmama səbəbi...”

  • / Maqazin / — 17 Yanvar 2017

    Kanal D-dən Acun İlıcalıya qadağa

  • / Maqazin / — 16 Yanvar 2017

    Çağatay Ulusoya qadağa qoyuldu

  • / Maqazin / — 07 Yanvar 2017

    Özcan ermənicə oxumasından danışdı: “Siyasət mənim işim deyil“

  • / Maqazin / — 07 Yanvar 2017

    Damladan ərinin terrorçu olması xəbərinə reaksiya: “9 ildir ayrılmışıq“

Xüsusi yerdə insanlarla UNO-lar görüşdürülür və... - Sirr

Tarix 14.12.16, 10:35

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Duayt Eyzenhauerin zamanında istifadəyə verilən “51-ci bölgə” dünyanın ən sirli yerlərindən biri sayılır. İnsanlarla yadplanetlilərin görüş yeri kimi təqdim edilən bölgə indi də bütün dünyanın marağındadır.

Orada hətta ABŞ prezidentlərinin belə müxtəlif vaxtlarda UNO-larla görüşdüyü bildirilir.

Bəzən bu bu bölgənin təyinatı müxtəlif silah və döyüş təyyarələrinin sınaqdan keçirildiyi yer kimi göstərilir. Bu isə diqqəti yayındırmaqdan başqa bir şey deyil.

Uzun illər “51-ci bölgə”də müxtəlif tədqiqatlarda iştirak etmiş Boyl Buşman soyadlı bir şəxs təqaüdə çıxandan uzun illər sonra, ömrünün sonlarında sirli ərazinin bəzi gizlinləri barəsində ilk dəfə mətbuata açıqlama verdi. Buşmanın sözlərinə görə, bu gün də “51-ci zona”nın ayrı-ayrı hərbi bazalarında 24 saat ərzində fəzalılarla rabitədə olan şəxslər var. Qoca Buşman etiraflarında üzərində araşdırmalar apardığı fəzalıları iki qrupa ayırıb: “Onlar iki qrupa bölünürlər. Bir qrup UNO, elə bil mal-qara fermasının ayıq-sayıq çobanlarıdı. Digər qrup isə sanki həmin mal-qaranı oğurlamağa hazır olan varlıqlardı. Barmaqları uzun və pərdəli olur. Quintumnia planetindən gəlirlər”.

AzFakt.com Moderator.az-a istinadən həmin sirli məlumatlardan ikisini təqdim edir:

1. 20 nəfərlik qrup. Həmin qrupun üzvlərinin kimliyi hamıdan gizli saxlanılırdı. Səbəb isə onların bölgənin ən təhlükəli nöqtəsində çalışmaları idi. Güclü radiasiyalı ərazidə çalışan xüsusi qrupun üzvləri tez-tez sıradan çıxır, yerlərinə isə yeniləri-xüsusi seçilənlər əlavə edilirdi. Say isə hər zaman 20 olmalı idi. Həmin qrupun sıralarında olan gənc əməkdaşlardan birinin ciyərlərini yoxladıqdan sonra həkimlər əsl şok keçirmişdilər. Onun ciyərləri hər gün sərasər 50 ədədə yaxın siqaret çəkən 80 yaşlı kişinin ciyərlərinin vəziyyətində idi.

2. Yeraltı təcrübə otaqları. “51-ci bölgə” özü-özlüyündə kifayət qədər qorunur. Ora hətta müəyyən kilometrə qədər yaxınlaşmaq belə qadağan edilir. Yalnız mütəxəssis və əməkdaşlar insanlardan təcrid olunmuş halda orada çalışırlar. Lakin zonanın özündə belə yerin 20 metr dərinliyində xüsusi təcrübə otaqları var. Fərziyyələrə görə, orada insanlarla UNO-ların genləri sintez edilir. Əsas DNA təcrübə üçün dondurulan fəzalılara aiddir. Fərziyyələrə görə, həmin gizli otaqlarda hazırlanan xüsusi robot-insanlar nə zamansa insanların arasına buraxılacaq.



Xəbərin oxunma sayı : 199

loading...

Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda