Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Xaçmazda iş adamını öldürüb, bir ay kef çəkiblər - TƏFƏRRÜAT

Tarix 06.11.17, 19:30

Font ölçüsü : - / +
bitmap-img6


Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi davam etdirilib. Onlar Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovdur.Musavat.com xəbər verir ki, adıçəkilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutub.

Prosesdə prokuror ittiham aktını elan edib. İttihamda qeyd edilir ki, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyərək öldürüblər və evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti də yanıb.

Dəstə üzvlərinin digər cinayət əməli barədə ittihamda yazılır ki, onlar əvvəlcədən hazırladıqları plan üzrə topdansatış mərkəzi olan İlqar Məmmədovun evinə daxil olublar. İlqar Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızılları götürüblər.
Prosesin davamında təqsirləndirilən şəxslər ittihama münasibət bildirib. Qalib Kərimov özünü qismən, Firudun Axverdiyev və Vüsal Rüstəmov isə özünü təqsirli bilməyiblər.

Məhkəmədə Qalib Kərimov sərbəst ifadə verib. O, deyib ki, Nəzakət Hacıyevanın epizodu üzrə hadisədə iştirak etməyib: “Həmin hadisəni mən törətməmişəm. Zorla boynuma qoyulub. Guya mən Nəzakəti kolbasa çörəyinə zəhər qataraq öldürüb evindən oğurluq etmişəm. Bunu elə Firudin deyib. Ona görə də mən İlqarın epizodunda onun olduğunu demişəm. Halbuki İlqar Məmmədovun epizodu üzrə mənlə Vüsal olub. Yəni Firudun məni ilişdirdi. Orda-burda deyirdi ki, Qalibin üstünə başqa da ölüm işi qoyacam. İstintaq aparılan zaman müstəntiq dedi ki, Nəzakəti də sən öldürmüsən. Mən də acıq edib, Firudunun da İlqar Məmmədovun öldürülməsi epizodunda iştirak etdiyini dedim”.

Qalib Kərimov deyib ki, İlqar Məmmədovun evinə oğurluq məqsədilə giriblər.
O, 2012-ci ildə də həmin evdən oğurluq etdiyini söyləyib: “O işə görə həbs edilmişdim. İndi isə fikirləşirdim məni tanımaz. Hadisə baş verəm günü Vüsalla oturub içmişdik. Getdik İlqarın evinə. Məqsəd əvvəlcədən həmin yerə baxmaq idi. Kameraların hardan çəkdiyini müşahidə edəcəkdim ki, sonra oğurluğa girəndə bilim. Evi ilə ticarət yeri bitişik idi. Həmin yerə müştəri qismində girdim. İlqar məni tanıdı. Dedi sən mənim evimdən oğurluq etmisən. Başladı məni söyməyə. Bu zaman soyuducunun yanında bıçağı götürüb ona bir neçə dəfə bıçaq vurdum. İlqar Məmmədovun evinə tək girdim. Vüsal sərxoş idi deyə maşında gözləyirdi. İlqarı öldürəndən sonra bıçağı yudum. Qapıları bağladım. Kameraların “şunur”larını kəsdim. Yaddaş aparatını özümlə götürdüm. Evin içərisənə girdim. Birinci mərtəbədə televizorun altındakı qutudan 80 min dollar pulu götürdüm. Orda pul 80 min dollar, bir də 500 manat olub”.

Q.Kərimov istintaqın dəymiş zərəri 180 min dollar məbləğində hesablamasının yanlış olduğunu bildirib və ifadəsinə belə davam edib: “Pulları götürüb, ikinci mərtəbəyə qalxdım. Qızılları da götürüb gəldim. Vüsalla birinci bizim evimizə getdik. Evdə paltarlarımı dəyişdim. 10 min dolları evə qoydum. Sonra Bakıya gəldik”.

O, deyib ki, Bakıda pulu aralarında bölüblər. Onun dediklərindən məlum olub ki, həbs edilmədikləri müddətdə pulun bir hissəsini özlərinə xərcləyərək kef çəkiblər: “Yolda pulları böldük. Vüsal 40 min dolları götürüb qeyri-rəsmi yaşadığı qadıngilə getdi. Sabahı görüşdük. Hərəmizə bir dənə “iphone” aldıq. Sonra mən “Niva”, Vüsal da “X6″ aldı. Sonra əlim yanmışdı. Onu əməliyyat etdirdim. Kirayə ev tutdum. Vüsal Rusiyaya, ordan da Qazaxıstana getdi”.

Daha sonra prokurorun suallarını cavablandıran Q.Kərimov bildirib ki, hadisədən 1 ay sonra həbs edilib: “Həmin vaxtda rayonda başqa oğurluq olmuşdu. Sahə müvəkkili evimizə getmişdi. Rayonda nə oğurluq olurdu, məni gəlib aparırdılar. Anam da Bakıda olduğumu demişdi. O zaman sahə müvəkkili ilə danışdım, rəisin məni çağırdığını dedi. Lakin getmədim”.

Qalib Kərimov Bakıda yol polisi tərəfindən saxlandığını deyib: “Evdə olanda Vüsalla “whatsapp” vasitəsi ilə danışırdım. Mənə evdən çölə çıxmamağımı deyirdi. Bir neçə gün evdən çıxmadım. Maşını da sürmək üçün olan etibarnamə ilə sürürdüm. Yol polisi məni saxladı. Sənədlərimi istədi. Sonra məni Nəsimi polisinə gətirdilər. Ordan Xaçmaz polisinə təhvil verdilər”.

Növbəti məhkəmə prosesi noyabrın 13-nə təyin edilib.

Hadisə ötən il iyunun 16-da Xaçmazda baş verib. Ərzaq mallarının topdan satışıyla məşğul olan İlqar Məmmədovun meyiti evinin həyətində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədovun qarət məqsədilə qətlə yetirildiyi məlum olub.

İşlə bağlı şübhəli bilinən Xaçmaz rayon sakinləri Qalib Kərimov və Firudin Axverdiyev həbs edilib.

Dəstənin digər üzvü V.Rüstəmov isə ölkədən qaçıb. 1984-cü il təvəllüdlü Rüstəmov Vüsal Arif oğlunun Rusiyaya, oradan da Qazaxıstana qaçması müəyyən edilib. O, Qazaxıstanda tutularaq Azərbaycana təhvil verilib.



Xəbərin oxunma sayı : 256




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap