Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Xaçmazda imam müavini arvadını boğaraq öldürdü – TƏFƏRRÜAT

Tarix 04.10.25, 15:01

Font ölçüsü : - / +
bitmap-img6


Xaçmazda ailə münaqişəsi dəhşətli cinayətlə nəticələnib.

Modern.az-ın məlumatına görə, rayonun Xaspoladoba kəndində məscid imamının müavini olmuş 48 yaşlı kişi arvadını boğaraq qətlə yetirib. Məhkəmə onun barəsində 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Cinayət işi materiallarına görə, təqsirləndirilən şəxs 1977-ci il təvəllüdlü Asəf Məmmədov (ad şərtidir) arvadı Yaqut Məmmədova (ad şərtidir) ilə 20 ildən çox evli, üç övlad atası olub. O, Xaçmaz rayonu Xaspoladoba kənd məscidində imam müavini kimi çalışıb.

Hadisə 2025-ci il 6 aprel axşamı baş verib. Həmin gün cütlük qohumlarının hərbi xidmətə yola salınması mərasimində iştirak edib. Mərarasim zamanı kişi arvadına “sıxıldığını, evə getmək istədiyini” deyib, lakin qadın etiraz edib və onun bu davranışından narazılıq bildirib.

Məhz bu an ailə mübahisəsinin başlanğıcı olub. Qadın ərinə “heç bir məclisdə axıra qədər oturmadıqlarını” söyləyib. Təqsirləndirilən şəxs evə getmək üçün avtomobilinə minib, qadın da onunla birlikdə evə dönüb.

Yolda və evə çatdıqdan sonra mübahisə davam edib. Qadın ərini və anasını təhqir edib, boşanacağını bildirib. Kişi ifadəsində qeyd edib ki, həmin an özünü itirib və əsəbi vəziyyətdə həyat yoldaşını öldürüb.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, uzun illər əsəb xəstəliyindən əziyyət çəkib və hadisə anında “özündə olmayıb”. “Həyat yoldaşımın boşanmaq istədiyini deməsi məni özümdən çıxardı. Həyatımın mənası qalmayacağını düşündüm. Özümə gəldikdən sonra məscidə gedib namaz qıldım və sonra polisə təslim oldum”, – deyə o ifadəsində bildirib.

Araşdırmaya görə, kişi mətbəxdə arvadının baş örtüyünü götürərək onun boğazına dolayıb və boğaraq öldürüb. Tibbi ekspertiza nəticəsində qadının boğulma (asfiksiya) nəticəsində öldüyü müəyyən edilib.

Məhkəmədə ifadə verən cütlüyün böyük qızı bildirib ki, valideynlərinin münasibəti əvvəl normal olub, evdə zorakılıq müşahidə etməyib: “Atam hirslənəndə əşyalara zərər vururdu, amma bizə əl qaldırmazdı. Anamı itirmişəm, atasız da qalmaq istəmirəm. Onun cəzasını çəkib evə qayıtmasını istəyirəm.”

Hadisə gecə saatlarında baş verdikdən sonra təqsirləndirilən şəxs polisə zəng edərək törətdiyi cinayəti etiraf edib və evdə meyit tapılıb.

Məhkəmə sübutları və ifadələri nəzərə alaraq Asəf Məmmədovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirli bilib. O, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 1252




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap