Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Xaçmazda unikal hadisə: Müəlliməni zorla namizəd ediblər!

Tarix 13.12.19, 12:13

Font ölçüsü : - / +
bitmap-img6


Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində 56 saylı Xaçmaz kənd Seçki Dairəsi üzrə bir şəxsin razılığı olmadan namizədliyinin verildiyi və qeydiyyata alındığı bildirilir. 

AzFakt.com xəbər verir ki, bu barədə " Turan" agentliyinə Xaçmaz rayonu Uzunoba kəndində yaşayan Sayad İsmayılova məlumat verib.

Sayad İsmayılovanın sözlərinə görə, istəmədiyi halda bələdiyyə seçkilərində namizədliyi irəli sürülüb. Uzunoba kənd tam orta məktəbində müəllim işlədiyini deyən İsmayılovanın vurğulamasına görə, bir neçə dəfə ona namizədliyini irəli sürməsi təklif olunsa da, o, bundan imtina edib: "Lakin yenə də namizədliyimi verdilər".

Sayad İsmayılova əlavə edib ki, məsələ ilə bağlı həm İcra Hakimiyyətinə, həm də bələdiyyəyə şikayət edib: "Dəfələrlə şikayət etdik, nəticə yoxdur".

Deyilənlərlə bağlı 56 saylı Xaçmaz Dairə Seçki Komissiyasında suallara cavab verilməyib. Mərkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsinin rəhbəri Şahin Əsədli isə deyib ki, məsələ araşdırılıb əlavə məlumat veriləcək.

Şahin Əsədli bir qədər sonra da agentliyə bildirib ki, 56 saylı Xaçmaz kənd Seçki Dairəsi üzrə şəxsin razılığı olmadan onun namizədliyinin irəli sürülməsi və namizəd kimi qeydiyyata alınması ilə bağlı iddia araşdırılıb.

Onun vurğulamasına görə, Sayad İsmayılova bələdiyyə seçkilərində namizədliyini özü irəli sürüb. "Sonra isə 56 saylı Xaçmaz kənd Dairə Seçki Komissiyasına (DSK) müraciət edib və himayəsində azyaşlı uşaqların olmasını səbəb göstərərək, namizədliyindən imtina edib. DSK öz növbəsində müraciətlə bağlı müvafiq addımlarını atıb", - deyə o qeyd edib.



Xəbərin oxunma sayı : 595




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap