Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Xalasının ərini iki yumruq zərbəsi ilə öldürdü - Qətlin real görüntüsü

Tarix 17.01.18, 23:43

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonu Saray qəsəbəsində törədilmiş qətlin görüntüləri yayılıb

Lent.az xəbər verir ki, qəsəbə sakini - "Kürd Vüqar" adı ilə tanınan Vüqar Hüseynov 1963-cü il təvəllüdlü Muğan Salikovu iki yumruq zərbəsi ilə öldürüb. 

Onun xalasının həyat yoldaşı olan M.Salikovu vurub öldürməsi anı ərazidəki müşahidə kameralarına düşüb. Həmin görüntüləri ARB telekanalına istinadən təqdim edirik:

*****

Saray qəsəbəsində. Lent.az xəbər verir ki, Vüqar Hüseynov adlı şəxs qəsəbə sakini, 1963-cü il təvəllüdlü Salikov Muğan Əfqan oğlunu döyərək öldürüb. Belə ki, "Kürd Vüqar" ləqəbi ilə tanınan şəxs M.Salikovu Saraydakı "Qatar" restoranının qarşısına çağırıb. Burada o, 55 yaşlı kişiyə zərbələr endirib. Ağır vəziyyətdə Sumqayıt şəhər xəstəxanasına yerləşdirilən M.Salikov vəfat edib.

Qeyd edək ki, hadisəni törədən V.Hüseynov 2015-ci ilin iyun ayında Abşeron rayonunun Saray qəsəbəsində yaşayan qəsəbə bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbdilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbdilhəsənovu qətlə yetirən Fədail Hüseynovun qardaşıdır. Həmin cinayətdən sonra saxlanılan V.Hüseynov daha sonra qətlin Fədail tərəfindən törədilməsi üzə çıxandan sonra sərbəst buraxılmışdı.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Xəbərin oxunma sayı : 223




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap