“Məni bitirdin...” – Nəsrin hamamda 42 yaşlı Gülşən transparan geyimdə - Fotolar Pərvin çimərlik geyimində - FOTO Səmra şərab içdi, sonra da... – Açıq-saçıq fotolar
Axtar
 
  • / Maqazin / — 23 Avqust 2019

    “Məni bitirdin...” – Nəsrin hamamda

  • / Maqazin / — 13 Avqust 2019

    42 yaşlı Gülşən transparan geyimdə - Fotolar

  • / Maqazin / — 11 Avqust 2019

    Pərvin çimərlik geyimində - FOTO

  • / Maqazin / — 05 Avqust 2019

    Səmra şərab içdi, sonra da... – Açıq-saçıq fotolar

  • / Maqazin / — 29 İyul 2019

    Afaq bu alt paltarında POZA verdi - Fotolar

  • / Maqazin / — 29 İyul 2019

    Rəqsanənin qızından EHTİRASLI rəqs- VİDEO

Xamneyi ABŞ-la müharibə anonsu verdi: “Uzaqmənzilli raketlərimizi...“

Tarix 15.05.19, 22:54

Font ölçüsü : - / +
bitmap-img6


“Deyirlər ki, müdafiə silahlarımızla bağlı müzakirə aparaq və uzaqmənzilli raketlərimizin mənzillərini qısaldaq. Deyirlər ki, əgər biz sizə vursaq, siz bazalarımızı vuracaq gücə sahib olmayın və cavab verəcək səviyyəyə gəlməyin. Əlavə olaraq, bölgədəki strateji dərinliyinizlə bağlı danışaq və siz bundan imtina edin”.

Publika.az xəbər verir ki, bunu İranın dini lideri Əli Xamneyi deyib.

Dini lider İran prezidenti Həsən Ruhani, Milli Məclisin spikeri Əli Laricani, baş prokuror İbrahim Rəisi başda olmaqla ölkənin öndə gedən siyasətçi və hərbi nümayəndələri iftar yeməyinə qatılıb.

Xamneyi çıxışında bildirib ki, hazırkı mövqeyindən imtina etmədiyi müddətdə ABŞ İranla müzakirə masasına otura bilməyəcək və İranın qəti qərarı dirəniş olacaq:

“İran da, ABŞ da müharibə istəmir, bu mübarizə sadəcə iradələrin toqquşmasıdır. Bizim iradəmiz daha güclüdür. Bu mübarizədə ABŞ geri addım atmaq məcburiyyətində qalacaq. Hərbi mübarizə yoxdur, çünki müharibə olmayacaq. ABŞ hazırkı mövqeyini davam etdirdikcə müzakirə zəhərdir. Bugünkü ABŞ hökuməti ilə aparılacaq müzakirə ikiqat zəhərdir. ABŞ-ın hədəfə qoyduğu şey bizim gücümüzdür. Mənfəətçi insanlarla aparılacaq müzakirə təməldən yanlışdır” – Xamneyi qeyd edib.

Dini lider vurğulayıb ki, ABŞ öz daxilində sosial və iqtisadi böhranlarla boğuşur: “Hökumətin vahid mövqeyi yoxdur. Hərə çıxıb gündə bir şey deyir. Düşməni o qədər də böyütməyin. Düşmən gücsüzdür, çarəsizdir deyilməz, amma onların da problemləri var. O qədər də güclü deyillər. ABŞ-ın da, Avropa İttifaqının da Asiya ölkələrinə qarşı qoyduğu siyasət özlərinə zərər vuracaq. Mütəxəssislər bildirir ki, bu təzyiq regionda iqtisadi sıçrayışa səbəb olacaq”.



Xəbərin oxunma sayı : 262

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda