Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Xanım alım evindən 1 milyon oğurlayan şəxsləri bağışladı: prokuror isə 15 il müddətinə həbs cəzası istədi

Tarix 14.09.18, 0:28

Font ölçüsü : - / +
bitmap-img6


Alimin evindən 1 milyon manata yaxın oğurluq etməkdə təqsirləndirilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıblar.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaqda təqsirli bilinən Xanım Zeynalova və Aqşin Qəhrəmanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror Xanım Zeynalova və Aqşin Qəhrəmanovun hər birinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib. Zərərçəkmiş tərəflə barışıq əldə edilib.

Məhkəmə prosesi sentyabrın 20-də davam etdiriləcək.

Zərərçəkmiş Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva bu dəfə də məhkəməyə gəlməyib. İttihama görə, Xanım Zeynalova Aybəniz Əliyevanın Nəsimi rayonundakı mənzilində qulluqçu işləyib. X.Zeynalovanın 2015-ci ilin yanvar ayından 2017-ci ilin may ayına qədər işlədiyi mənzildən külli məbləğdə pul və qızıl-zinət əşyaları oğurladığı qeyd edilir.

Xanım Zeynalova barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Cinayət işi materiallarında göstərilir ki, istintaq Xanım Zeynalovanın oğurluğu Aqşin Qəhrəmanovla birlikdə törətdiyini üzə çıxarıb. İttihama görə, alimin evindən ümumilikdə 539 min dollar və 179 min manat məbləğində qızıl-zinət əşyaları oğurlanıb. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, Xanım Zeynalovanın atası Əbdüləli Zeynalov mətbuata müraciət edərək qızının günahsız olduğunu deyib. Əbdüləli Zeynalov bildirib ki, qızı 2010-2014-cü illərdə Aybəniz Əliyevanın evində xidmətçi işləyib. Bu müddətdə Xanımın Aybəniz Əliyevanın qızı, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru olan Gülşən Əliyeva ilə münasibəti yaxşı olub: "Qızım Xanım bir neçə dəfə Gülşənə ailə məsələlərində kömək edib, bunun müqabilində isə o, qızıma 2 qızıl-zinət əşyasını verib. Onu da qeyd edim ki, evimizdə yoxlanış aparılan zaman elə həmin qızıllar sübut kimi göstərilib. Sonradan ailə arasında tez-tez xoşagəlməz mübahisələr yaranmağa başlayıb. Odur ki, Xanım işindən ayrılıb".

Ə.Zeynalov deyib ki, qızı həbs edilən zaman Bakı Metropolitenində işləyib.

Zərərçəkmiş Aybəniz Əliyeva isə açıqlamasında cinayət faktının təsdiqləndiyini bildirib: "Oğurluq edən şəxs də həbsdədir. Biz nüfuzlu ailəyik, evimizdə oğurluq olunması bzim günahımız deyil. Odur ki, adımızın belə məsələlərdə hallanmasını istəmirik".



Xəbərin oxunma sayı : 673




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap