Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Xanım general necə ələ keçib? – 4 telefon nömrəsinin güdazına gedib

Tarix 03.02.18, 15:54

Font ölçüsü : - / +
bitmap-img6


Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir. 

Fevralın 1-də baş tutan prosesdə təqsirləndirilən Natəvan Mirvətova ifadə verib.
MTN-in Əməliyyat-texniki İdarəsinin rəisi olan general xanım özünü təqsirli bilməyib, vəzifəsini düzgün icra etdiyini deyib. N.Mirvətova məhkəmədən barəsindəki cinayət işinə xitam verilməsini istəyib. “Yeni Müsavat”a etibarlı mənbədən daxil olan məlumatda deyilir ki, N.Mürvətovanın ittiham edildiyi epizodlarda qanunsuz dinləndiyi qeyd olunan telefon nömrələri faktiki işləməyib. Qanuna görə dinlənilmə nazir və onun müavini – yəni Eldar Mahmudov və Hilal Əsədovun üzərinə dərkənar yazdıqları raportlara əsasən aparılıb.

MTN-dəki məlum həbslər zamanı sənədlər götürülüb və araşdırmalar zamanı bəlli olub ki, 4 telefon nömrəsi üzrə müvafiq raportlar olmayıb. Sonradan bu nömrələrin dinlənilməyə hansı əsasla qəbul edilməsi araşdırlarkən idarə rəisi Natəvan Mürvətova izahat verib və bildirib ki, həmin nömrələr dinlənilməyə təqdim edilərkən işləmədiyindən, səhv olduğundan dinlənilmə icra olunmayıb. Buna görə də onu müvafiq rəsmiləşdirilmə aparılmayıb. Bununla belə N.Mürvətovaya ittiham elan edilib.

Yada salaq ki, N.Mürvətovanın istintaqa cəlb olunduğu haqda mətbuatda yazılar dərc olunandan sonra sabiq MTN əməkdaşı Ərəstun Oruclu özünün facebook divarında Azərbaycanın yeganə qadın generalı haqda fikirlərini bölüşmüşdü.

Related image

“Bəlkə də təəccüblü gələcək sizə, amma etiraf edim ki, bu, tutulanların arasında bircə nəfərə görə həqiqətən çox təəssüflənirəm. Mediada soyadı müxtəlif cür hallandırılan general-mayor Natəvan Mirvətovanı yaxşı tanıyırdım. Vaxtilə onunla iş üzrə xeyli ünsiyyətdə olmuşdum. Bütün bu generallar arasında həmin rütbəyə yeganə layiq olan və Azərbaycanın tək general-xanımı idi. Amma çox təəssüf ki, Natavan xanımın işi ”çirkli” iş olmaqla yanaşı, həm də onu son 30 ilin ən miqyaslı informasiya daşıyıcısına çevirmişdi. O, həm də öz işinin yüksək səviyyəli peşəkarı idi. Bu isə həm onun özü, həm də bir çox başqaları üçün təhlükəli idi. Belə də oldu. Əminəm ki, Natavan xanım dəfələrlə mənim də telefon danışıqlarımın dinlənilməsinə tapşırıqlar verib, amma yenə də deyirəm ki, bu, onun işi idi.  Heç nəyə baxmayaraq, arzu edirəm ki, bu xanım həbsxanaya düşməsin. Allah yardımçısı olsun və günahlarını bağışlasın” – deyə Ə.Oruclu qeyd etmişdi.




Xəbərin oxunma sayı : 724




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap