Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Xankəndində bayraq rəzilliyi ... - Rəsmi Moskvanın buna göz yumması nədən xəbər verir?

Tarix 26.12.20, 11:14

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan XİN özündə cəsarət tapıb dərhal Rusiyaya bu cür təxribatlara gedilməməsinə dair nota verməlidir

Bu gün bəzi yerli internet seqmentində Qarabağdakı Rusiya sülhməramlılarının Azərbaycana qarşı növbəti təxribata əl atması barədə xəbər yayılıb. Xəbərdə bildirilir ki, sülhməramli qüvvələrin gündəlik brifinqi zamanı otaqda Rusiya bayrağı ilə yanaşı, ermənilərin müharibədən sonra birdəfəlik itirdikləri xəyali arzuları- qondarma “dqr”in “bayrağı” da asılıb.

Yayılmış xəbəri araşdıranda məlum oldu ki, əslində söhbət heç də Rusiya Sülhməramlı Mərkəzin rəsmi informasiya mərkəzindən getmir. Əgər həqiqətən də Rusiya tərəfi gündəlik yayılan rəsmi informasiya büllütenin də bu cür təxribat etsəydi, bu daha böyük  skandal olardı. Baxmayaraq ki, indiki də elə də kiçik hadisə deyil...

Bu haqda danışmazdan öncə qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında (mil.ru) sülhməramlı missiyanın gündəlik məlumatı Moskvadan yayımlanır. Bu brifinq isə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kommunikasiyalar Departamentinin rəhbəri general Konaşenkoya həvalə edilib.


Qarabağdakı sülhməramlılardan alınmış məlumatları məhz gündəlik o elan edir. Yalnız istisna hallarda bu işi Qarabağdakı sülhməramlıların rəhbəri general leytenat Rüstəm Muradov və ya müavini polkovnik Dmitri Perepelkina görür. 

Bəs yayılmış şəkil harda çəkilib və Rusiya sülhməramlıları bu təxribatda iştirak edibmi?

Qısa araşdırmadan məlum oldu ki, sözügedən qondarma “bayraq” Xankəndindəki bir məktəbdə lentə alınıb.

Açıklama yok.

Musavat.com-un  məlumatına görə, bununla bağlı sülhməramlı qüvvələrin büllütenində xəbər və müvafiq fotolar var. Xəbərdə bildirilir ki, Dağlıq Qarabağdakı Humanitar Minalardan Təmizləmə Mərkəzinin hərbi qulluqçuları Xankəndində(xəbərdə Stepanakert yazılıb) orta məktəbin şagirdləri üçün məşğələ keçiblər. Burada şagirdlərə partlayıcı obyektləri aşkar edərkən təhlükəsizlik tələblərinə riayət olunması ilə bağlı danışıblar. Həmçinin mütəxəssislər məktəblilərə ilk tibbi yardım qaydalarını nümayiş etdiriblər. Təlimlərdə ümumilikdə 80-dək şagird, müəllim və məktəblilərin valideynləri iştirak ediblər.

Açıklama yok.

Şübhə yoxdur ki, ermənilər bu “parça oyunu” ilə azərbaycanlıların əsəblərinə toxunmağa, hələ də  "müstəqil dövlət" iddialarından əl çəkmədiklərini, sülhməramlı qüvvələrin da ermənilərin tərəfində olduğunu göstərməyə çalışıblar.  Əlbəttə, ermənilərin niyyəti aydındır. 

Bəs Rusiya sülhməramlıları, onlara rəhbərlik edənlər hansı məqsədlə ermənilərin bu cılız oyununda iştirak edirlər? 

Bunu bilməyərəkdən etdiklərini düşünmək, özümüzü aldatmaq olardı. Əgər belə olsaydı, qondarma “dqr”in “bayrağını”  Rusiya bayrağı ilə qoşa asılmasını əks etdirən rəzil fotoları rəsmi bülletenlərində yerləşdirməzdilər...

Deməli, Rusiya sülhməramlıları bilərək, istəyərək bu addımı atıblar. Rəsmi Moskvanın buna göz yumması, Rusiya bayrağının belə çirkin oyunlara alət edilməsi ilə razılaşması isə  Kremlin də bölgədə izləyəcəyi siyasətin heç də Azərbaycanın maraqlarına uyğun olmayacağını indidən açıq nümayiş etdirir.  

Odur ki, Azərbaycan XİN özündə cəsarət tapıb dərhal Rusiyaya bu cür təxribatlara gedilməməsinə dair nota verməlidir. Sabah daha böyük təxribatlarla üzləşməmək üşün...

AzPolitika.info



Xəbərin oxunma sayı : 1117




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap