Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Xaricdə oxuyan daha 71 nəfərin diplomu tanınmadı - SƏBƏB

Tarix 08.07.24, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


İyun ayı üzrə xaricdə təhsil almış 308 müraciətçinin 237-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 71 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

AzFakt.com Təhsildə Keyfiyyət Təminatı Agentliyinə istinadla bildirir ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 56, təhsil forması səbəbilə 4, akkreditasiyasız ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbilə 4, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 3, dövlət nümunəli olmayan diplom səbəbilə 3, ekvivalenti olmayan ixtisas səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Azərbaycan üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 91, Rusiyadan 90, Ukraynadan 71, Gürcüstandan 17, Birləşmiş Krallıqdan 13, Polşadan 5, Amerika Birləşmiş Ştatlarından 3, Fransadan 2, İtaliyadan 2, Koreyadan 2, Qazaxıstandan 2, Almaniyadan 1, Cənubi Afrika Respublikasından 1, Çex Respublikasından 1, Çindən 1, İspaniya Krallığından 1, İsveç Krallığından 1, Macarıstandan 1, Mərakeş Krallığından 1, Niderland Krallığından 1, Yaponiyadan 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 31, iqtisadiyyat üzrə 26, menecment üzrə 21, biznesin idarə edilməsi üzrə 19, dövlət və bələdiyyə idarəetməsi üzrə 13 müraciətçi qeydə alınıb.



Xəbərin oxunma sayı : 649




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap