|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Xaricdəki elçilərimizin qanunsuz fəaliyyəti araşdırılacaq - Səfirliklərdə yoxlamalar başlayır
Tarix 18.11.18, 22:52 |
|
Azərbaycanda tənqid hədəfinə çevrilən və ciddi problemlərin olduğu sahələrdən biri xarici siyasətdir. Ölkə olaraq, istər Qarabağ, istərsə də digər məsələlərdə böyük dövlətlərin siyasəti qarşısında aciz olduğumuz təbii qarşılansa da, bəzən ən kiçik müstəvidə belə uğur qazana bilmirik.
Sadəcə, ölkəmizin yerləşdiyi region və neft amili Azərbaycana bir dövlət kimi önə çıxmaq imkanı verib. Xarici siyasəti formalaşdıran və icra edən struktur və şəxslərin isə beynəlxalq siyasətdə ciddi rolu hiss olunmur. Əslində müxtəlif məqamlarda bununla bağlı narazılıqlarını ifadə edənlər də var. Hətta hakimiyyətin aparıcı fiqurları da Azərbaycanı xaricdə təmsil edən şəxsləri zaman-zaman ciddi tənqid ediblər.
Əli Həsənov
Bir neçə il öncə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin o zmankı sədri Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı çıxardığı qətnaməyə görə Avropada fəaliyyət göstərən diplomatik nümayəndələri, səfirləri sərt tənqid etmişdi. Avropa Parlamentinin qətnaməsini qərəzli adlandıran Baş nazirin müavini bəzi səfirlərin fəaliyyətsizliyinə də diqqət çəkmişdi. Əli Həsənov Azərbaycanın 20 faiz ərazisinin işğal edilməsinə baxmayaraq, Avropa Paralamentinin bu faktı görməzlikdən gəldiyini, korrupsiyalaşmış qurum olduğunu söyləyirdi: "Ay erməni pulları ilə korrupsiyalaşmış Avropa Parlamenti, hara baxırsan? Bizim səfirlərimiz hara baxırdı? Biri xəyanət edir, biri özünə biznes qurur. Bunda bizim də günahımız var. Onlar nə işlə məşğuldurlar? Bu məsələ araşıdırımalı, ciddi təbdir görülməlidr”.
Son illər bir səfirin Azərbaycan hakimiyyətinə qarşı çıxması, bəzi diaspor rəhbərlərinin ölkəmizi təbliğ etməkdən daha çox, tutduqları mövqedən sui-istifadə edib alverlə məşğul olmaları bu sahəyə diqqəti daha da artırıb. Son günlər ortaya çıxan BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun şərab biznesi ilə bağlı sensasiyalı məqamlar bu sahədə həqiqətən ciddi problemlərin olduğunu ortaya qoyur.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun şərab biznesi ilə bağlı "Reytinq”ə danışarkən deyib ki, bu sahədəki boşluqlar qısa müddətdə aradan qaldırılmalıdır. Onun sözlərinə görə, səfirlik ölkə üçün strateji əhəmiyyətə malikdir və bu sahədə baş verən özbaşınalığa göz yummaq olmaz:
"Xarici İşlər Nazirlyində nazir Elmar Məmmədyarovun fikrini ana dilində izah edə bilməməsindən də böyük qüsurlar var. Səfirlər tacirə çevriliblər, ölkəsinin maraqlarından çox şəxsi ciblərini düşünürlər, çalışdıqları ölkədə biznes qururlar”.
E. Şahinoğlu bildirib ki, bütün bunlara qarşı tədbir görməyin vaxtı çatıb:
"Abel Məhərrəmovun İspaniyadakı səfir oğlunun şərab biznesi ilə məşğul olduğuna dair xəbərlər illərdir mətbuatda yazılır, müzakirə olunur. Bəlkə atasının biabırçılığından sonra onun haqqında tədbir görələr. Səfir oğlu əgər belə bacarıqlıdırsa, diplomat statusu olmadan şərab biznesi ilə məşğul olsun”.
E. Şahinoğlu bizneslə məşğul olan daha bir neçə diplomatın hansı səfirliklərdə işlədiyini açıqlayıb: "Belçika səfirliyimizdə yüksək rütbəli diplomatımızı tanıyırdım, XİN-dəki atasına güvənərək Brüsseldə restoran açmışdı. Azərbaycanın Ukraynadakı səfirliyində indiki və keçmiş səfirlər arasındakı qalmaqalın da predmeti biznesdir, səfir, xələfinin restoranını əlindən almaq istəyir. Bu cür iş prinsipi olan səfirliklərimiz və səfirlərimizlə xarici ölkələrdə milli və təhlükəsizlik maraqlarımızı qoruyub, Ermənistanın işğalçı mahiyyətini anlatmağa çalışacağıq? Axı, onlar da bir qisim səfirliyimizin və səfirimizin nə işlə məşğul olduğunu bilir. Çalışdığı ölkədə biznes quran səfir həmin ölkənin kəşfiyyatına da çalışa bilər. Çünki həmin ölkənin kəşfiyyat xidməti pulgir səfirləri güdür və onları şantaj etmək üçün əllərində kifayət qədər faktı var...”.
Əli Əliyev
Məsələylə bağlı fikirlərini "Reytinq”lə bölüşən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də Azərbaycanın diplomatik nümayəndələrinin fəaliyyətində ciddi nöqsanların olduğunu deyib. Onun sözlərinə görə, ümumiyyətlə, bu sahədəki problemlər ölkənin spesifik vəziyyətinə bənzəyir:
"Nepotizm, traybolizm, regionçuluq - bunlar hamısı iqtidarın mübtəla olduğu qüsurlardır. Beynəlxalq sahədəki çatışmazlıqlar isə qabarıq şəkildə ortaya çıxır. Çünki ölkə daxilindəkiləri ört-basdır etmək mümkün olsa da, kənardakıları gizlətmək olmur. Əlbəttə, beynəlxalq sahədə çalışanların seçimində şəxsi sədaqət və yuxarıda qeyd etdiyim qüsurların meyar kimi götürülməsi ölkənin imicinə ciddi zərbə vurur. Elə bu yaxınlarda Məmmədyarovun Ankara çıxışı diplomatik sahədə vəziyyəti çılpaqlığı ilə ortaya qoydu. Diplomatik sahə fədakarlıq, vətənpərvərlik, intellekt, cəsarət tələb edir. Əksər səfirlərimiz Məmmədyarov misalı dövlət dilində danışa bilmirlər. Belə insanların vətənpərvərliyinə şübhə edirəm. Ana dilini saymayanların Vətəni sevməsinə inanmıram. Müvafiq olaraq, onların milli maraqlarımıza fədakarcasına xidmətini də düşünmürəm. Bütün bunlar hakimiyyətin düşüncəsindən törəyir. İqtidar təmsilçilərinin mütləq əksəriyyəti biznesmen, bütləri isə puldur. Ona görə də belə fəsadlar labüddür. İqtidarın ideyası, ya özü dəyişməyənə qədər vəziyyətimiz belə olacaq”.
Mütəllim Rəhimli
Politoloq Mütəllim Rəhimli isə əməkdaşımızla söhbətində deyib ki, son vaxtlar əksər sahələrdə kadrların yarıtmaz fəaliyyəti, korrupsiya və rüşvətxor hərəkətləri barədə mediada və cəmiyyətdə geniş informasiyalar yayılmaqdadır. Onun qənaətincə, artıq belə bir fikir hasil olub ki, məmurlar qarşılarında qoyulan müqəddəs vəzifəni – xalqa vicdanla xidməti unudaraq, öz şəxsi maraqlarını güdürlər: "Bu, çox acınacaqlı haldır və cəmiyyəti dövlətin müdafiəsindən çəkindirə bilər. Statistik rəqəmlərdən fərqli olaraq əhalinin sosial-iqtisadi vəziyyətinin o qədər də yaxşı olmadığı, işsizliyin cəmiyyətdə stress vəziyyəti yaratdığını, eləcə də ölkədə həllini gözləyən çox ciddi problemlərin olduğu hamıya məlumdur. Sadə vətəndaş bütün bunları öz üzərində hiss edir. Çox təəssüf ki, ötən müddət ərzində hansısa problemin köklü həllini müşahidə etmək mümkün olmayıb. Təhsil, səhiyyə, iqtisadiyyat, sosial müdafiə, ərazi bütövlüyü məsələlərinin həlli hələ də açıq qalır. Məhşur deyim var, bütün məsələləri kadr həll edir. Biz isə vəzifəyə təyin olunanların problem həll etdiyini deyil, daha çox onu yaratdığını görürük. Demək olar ki, bütün məmurlar qapılarını vətəndaşların üzünə bağlayıb. Zənnimcə, bu ona görə baş verir ki, kadrlar bilik və bacarıqlarına görə deyil, kiminsə adamı və qohumu olduğuna görə seçilir. Nəticədə də indiki mənzərə yaranır. Sual olunur: Abel Məhərrəmovun oğlu hansı xidmətlərinə və yüksək keyfiyyətlərinə görə səfir təyin olunub? XİN-in onunla bağlı təqdimatının əsasında nə durur? Bunu açıqlasalar çox yaxşı olardı. İşdən xəbəri olmayanların vəzifəyə təyin olunmasının nəticəsidir ki, onlar üzərlərinə düşən səlahiyyətləri deyil, bacardıqları işləri, daha doğrusu, korrupsiya və biznesi seçir, bu işlə məşğul olurlar”.
M. Rəhimli onu da vurğulayıb ki, araşdırma aparılsa, səfirlərin əksəriyyəti, icra başçıları, nazir müavinləri və s. vəzifədə oturanların böyük qismi kiminsə qohumu və adamı olduqlarına görə seçiliblər. "Açıq-aşkar görünür ki, məmurların əksəriyyəti vəzifəyə şəxsi sədaqətlərinə, əslində isə yaltaqlıqlarına və mütiliklərinə görə təyin edilirlər. Çünki belələrinin yanında daha böyük görsənmək mümkündür. Əks halda isə gərək rəqabətqabiliyətli olasan, işinin öhdəsindən gəlmək üçün daimi olaraq çalışmalısan. Yaltaq, müti, öz fikri olmayan adamlardan hansısa problemin həllini gözləmək mümkün deyil. Düşünürəm ki, vətəninə, xalqına, dövlətinə xidmət etmək istəyən şəxslərin qarşısı alınmamlı və onlara öz potensiallarını xərcləmək üçün imkan yaradılmalıdır”, - deyə politoloq fikrini tamamlayıb.
Əli Orucov
AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə bildirib ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusunun fəaliyyətini Xarici İşlər Nazirlyinin fəaliyyəti kimi qiymətləndirmək olar. Onun sözlərinə görə, sistemsiz, passiv, qorxaq, dövlətin deyil, hakim bir qrupun və korporativ maraqların təmini üçün çalışırlar: "Əksəriyyətinin başı öz şəxsi işlərinə və bizneslərinə qarışıb. Bu ilk fakt deyil. Ukraynadakı səfirliyimizin ətrafında gedən korrupsiya qalmaqalı dövlətimizin adına utancdır. Səfirlər nəinki diaspora ilə işləmirlər, hətta təqimat aldıqları ölkələrin ictimai-siyasi həyatından da kənarda qalırlar”.
Ə. Orucov qeyd edib ki, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsində çalışan Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Emin Eyyubovu ümumiyyətlə, bu qrumda tanıyan olmayıb: "Həmin qurumda görüşlərdə olarkən görüşdüyümüz parlamentarilər bizə bildirdilər ki, Ermənistanın nümayəndısi çox fəal işləyir, hər bir deputatla fərdi iş aparır. Bizdə isə peşəkarlıq nəzərə alınmır. Qohumbazlıq, yaxın əlaqələr əsas götürüldüyündən nəticə də xoşagəlməz olur”.
Son günlər Xarici İşlər Nazirliyinin və nazir Elmar Məmmədyarovun fəaliyyəti yenidən gündəm mövzularından birinə çevrilib. Buna əsas səbəb Azərbaycanın Ukraynadakı səfiri Azər Xuduyevin sabiq səfir Tələt Əliyevlə bağlı bu ölkənin Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciət etməsidir. Bu qalmaqal E. Məmmədyarovu da hədəfə çevirib. Doğrudur, bundan əvvəl və sonra da səfirliklərdə yeyinti faktları ilə bağlı xəbərlər yayılıb. Amma Ukraynadakı səfirliyimzdə baş verənlər digərlərini "kölgə”də qoyub.
Fazil Mustafa
Deputat Fazil Mustafa E. Məmmədyarovu sərt tənqid edib. O, nazirin ana dilimizdə sosial şəbəkələrdə yayılmış məlum çıxışını xatırladaraq deyib ki, əslində, Elmar Məmmədyarova aktual olan başqa bir sual verilməliydi:
"Ukraynadakı səfirliyimizdə baş verən anormallığın adı nədir? Tələt Əliyev 2001-2009-cu ilədək Azərbaycanın Ukraynadakı səfiri olub. İndiki səfirimiz də 2016-cı ildə təyin olunub. 7 il müddətində orada daha iki səfirimiz çalışıb. Yeni səfir iddia edir ki, keçmiş səfir iki milyon yarım vəsaiti mənimsəyib, o halda həmin 7 ildəki səfirlərdən niyə hansısa bu mənimsəməni kəşf edə bilməyib? Bəs Hesablama Palatası, nazirliyin daxili maliyyə nəzarət qurumu niyə aşkara çıxara bilməyib?"
Deputat daha sonra sərt suallarını davam etdirib: "Demək, bu nazirlikdə mənimsənilən hər hansı vəsait 7-8 il sonra üzə çıxarılacaq? Keçmiş səfir də iddia edir ki, indiki səfirin diplomat kimi yarıtmaz fəaliyyəti ilə bağlı vaxtilə qətiyyətli mövqe sərgilədiyindən, dünya fırlanıb-dəyişib, həmin şəxs məhz Ukraynaya səfir təyin olunan kimi işini-gücünü atıb keçmiş səfirlə haqq-hesab çəkməyə başlayıb. Başlamanın hüquqi tərəfini bir tərəfə qoyaq, Xarici İşlər nazirliyimizin səfirlikiçi münaqişəni, mübahisəni Ukraynanın hüquq-mühafizə orqanlarının çözməsinə imkan tanıması Azərbaycan üçün biabırçılıq deyilmi? Cənab Elmar Məmmədyarovdan bunu sormaq lazımdır. Sözümün canı budur ki, hörmətli Elmar müəllimdən dili necə bilməyini deyil, hüququ, təyin etdiyi səfirlərin dövlətçilik anlayışlarının səviyyəsini necə bildiyini soruşmaq daha məntiqli olmazdımı?”.
Hakim komanda daxilində baş verənlərlə bağlı ətraflı bilgiyə sahib olan və adının açıqlanmasını istəməyən mənbə isə "Reytinq”ə deyib ki, son dövrlər Xarici İşlər Nazirliyi və ona bağlı olan diplomatik nümayəndəliklərin ətrafında baş verənlər hakimiyyəti ciddi şəkildə narahat edir. Bu səbəbdəndir ki, səfirliklərdə baş verən özbaşınalıqlar, korrupsiya halları hakimiyyətin yuxarı dairələrinin qəti qərarlar verməsi ilə nəticələnib: "Məndə olan məlumata görə, müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərimizdə yoxlama aparılması tapşırılıb. Düzdür, aidiyyatı qurumlar davamlı olaraq, audit yoxlamaları həyata keçirirlər. Amma son illər ortaya çıxan faktlar səfirliklərin fəaliyyətinin ciddi təftişinə zəmin yaradıb. Əgər hansısa səfirliyin fəaliyyətində ciddi nöqsanlar aşkarlanarsa, sərt qərarların verilməsi qaşılmaz olacaq. Hətta bəzi səlahiyyətli şəxslərin həbsi də qaçılmazdır”.
Xəbərin oxunma sayı : 223
Sosial
Xəbərlər
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
-
“AccessBank” 126 milyon manatdan çox - ZƏRƏRDƏ
-
Quşçularla deputat arasında qalmaqal: Toyuqlar dərmanla şişirdilir?
-
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
-
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
-
Taksi qiymətlərində artım var: Səbəb nədir?
-
Müəllimlərin nəzərinə: Növbəti vakansiya seçimi başlayır
-
Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahı
-
Bəzi rayonlarda leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
“Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq” - İlham Əliyev
-
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb - Diqqət!
-
“Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb” - Putin
-
Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvan idxalı dayandırıldı – Rəsmi
-
Konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO
-
“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb“ - Putin
TOP 10
ARXİV