Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Xaricdən 1 dollara alınan ət 10 manata satılır

Tarix 24.02.17, 6:11

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda at, eşşək, donuz və camışların sayı ilbəil hansı səbəbdən azalır?

Yerli mətbuat za qala hər gün toyuq ətinin bahalaşdığından yazıb. Bildirildiyinə görə, qiymətdə 20 faizlik bir artım var. Bahalşma, xüsusilə, toyuq filesində (döş əti) nəzərə çarpır. Satıcılar filenin qiymətinin 1 manatdan çox artdığını təsdiq edirlər. Onlar bu məhsulun müxtəlif firmaların hazır gətirdiyini və qiyməti də onların təyin etdiyini deyirlər.

Marketlər qiyməti qaldırıb, bazar yox

Amma maralıdır ki, bazarlarda açıq şəkildə satılan filenin qiyməti qalxmayıb. Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin sözlərinə görə qiymət broyler müəssisələri tərəfindən qaldırılmayıb və əgər belə faktlar mövcuddursa, deməli, qiyməti mağaza sahibləri süni bahalaşdırıblar. Məhsulun məlumat kağızı mağazada vurulduğundan qiyməti də onlar təyin edirlər. O, əlavə edib ki, toyuq məhsulunun topdansatış qiymətində heç bir qiymət artımından söhbət gedə bilməz.

Nazirlik rəsmisi: “Heyvan sayı azalıb, ət istehsalı artıb” 

Eyni vaxtda ətin qiymətində də bahalaşma müşahidə edilir. Paytaxtda 1 kq mal əti 11-12 manata müştərilərə təklif olunur. Ət satışı ilə məşğul olanlar bahalaşmanı iribuynuzlu heyvanların sayının azalmasında və örüş sahələrinin əkin sahələrinə çevrilməsində görürlər. Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev örüş sahələrinin əkin yerlərinə çevrilməsi barədə söylənənləri danmayıb. Deyib ki, bu, ətin qiymətinə təsir edə bilməz: "Statistik göstəricilərə görə, ölkə üzrə ət istehsalı artıb. Hazırki dövrdə yemin mövcud bazardakı qiymətinin artmasının ətin qiymətinə ciddi təsiri yoxdur. Kənd təsərüfatı məhsullarının 100 faizə qədər istehsalı özəl sektorun payına düşür və bazar iqtisadiyyatının tələblərindən asılı olaraq qiymətlər liberaldır və həmin sahibkar istehsal etdiyi məhsulun qiymətini özü müəyyən edir. İkinci tərəfdən, son illərdə heyvandarlıq təsərrüfatlarında ciddi ixtisaslaşma gedir. Məsələn, 27 böyük həcmli heyvandarlıq təsərrüfatında bir gündə 200 ton süd istehsal olunur. Bu, o deməkdir ki, təsərrüfat ixtisaslaşıb. Eyni zamanda heyvanın sayında cüzi azalma müşahidə olunsa da məhsul istehsalında artım var. Kifayət qədər məhsul istehsal etməyə nail olmaq üçün heyvanların sayını artırmaq heç də şərt deyil. İxtisaslaşma imkan verir ki, hər heyvandan alınan məhsulun miqdarı artıq olsun”.

Qiymət istehsal səviyyəsinə yox, ümumi bahalaşmaya bağlıymış

Q.Əbdüləliyev qeyd edib ki, ətin qiymətinin dəyişməsi kənd təsərrüfatı və istehsal olunan məhsulla əlaqədar deyil: "Heyvandarlıq məhsullarının hamısının istehsalında artım dinamikası mövcuddur. İldən-ilə artım izlənilir. Digər istehlak malları, xidmətlər, təsərrüfatda istifadə olunan başqa avadanlıq və vasitələrin qiymətlərində dəyişiklik olduqca, buna münasib olaraq ət istehsal edənlər də ətin qiymətini qaldırırlar. Bunu ancaq bu cür şərtləndirmək olar. Məsələn, ötən il istehsalçı fermer 15 aylıq qaramalı satanda hər hansı texnologiyanı ala bilirdi. Amma bu gün həmin texnologiya, xidmətialmaq üçün iki qaramal satmalıdır. Fermer bu səbəbdən qiymətdə dəyişiklik etməyə məcbur olur”.

M.Hacıyev: “Bakı ətrafı kəndlərdə qiymət artımı yoxdur”

Əsaslandırmaya əsassız cəhddir. Fermer hər gün avadanlıq almır. O ki qaldı statistik göstəricilərə, onların da gerçəyi nə qədər əks etdirdiyi mübahisəlidir. Vəziyyəti quru rəqəmlər yox, bazar göstərir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə əhalinin gördüyünü “görməyib”. Bildirib ki, mal ətinin qiymətində artım müşahidə edilmir: "Mal ətinin qiyməti 10 manatdır. Qiymət stabil olaraq qalır. Son vaxtlar ciddi qiymət artımı müşahidə olunmur. Xüsusilə yarmarkalarda heyvan mənşəli məhsulların qiymətləri dəyişməyib. Yarmarkada uzun müddətdir ki, mal ətinin qiyməti 7-8 manat arasında dəyişir. Ola bilsin ki, bəzi yerlərdə mal ətinin qiyməti 11 manat olsun, Bakı ətrafı qəsəbələrdə 10 manata təklif olunur. Özüm şənbə günü Mehdiabaddan 10 manata mal əti almışam. Qiymət artımı sadəcə mövsümlə bağlıdır”-deyə nazirlik rəsmisi vurğulayıb.

Keçən il ətin kiloqramı xaricdən 1.15 dollara gətirilib

Elə yazanlar da ətin qiymətinin Bakıda bahalandığını deyirlər, Bakı ətrafı qəsəbələrdən, ya da rayonlardan söhbət getməyib. O da var ki, bir nazirliyi təmsil edən iki məmurun sözü bir-birinə uyğun gəlmir. Bizimyol.info məsələyə aydınlıq gətirmək üçün məhsulların idxal qiymətini və daxili istehsal səviyyəsini araşdırıb. Gömrük statistikasında yalnız ən çox idxal və ixrac olunan məhsulların dəyəri ilə birlikdə həcmi qeyd olunduğundan qiymət müqayisəsini onların üzərində aparacağıq.  
Beləliklə, 2016-cı il ərzində ölkəyə 38 622.41 min dollarlıq 33 591.14 ton ət gətirilib. Hər tonun qiyməti 1 150 dollara başa gəlib. Kiloqramı 1.15 dollardan düşür. 2015-ci ildə idxal olunan 14 447.81 ton ətin statistik dəyəri 19 858.44 min dollar olub. Tonu 1 374 dollardan, kiloqramı da 1.37 dollardan hesablanıb. Göründüyü kimi , idxal olunan ətin qiymətində son iki ildə kəskin ucuzlaşma baş verib - hər kiloqramda 22 sent qiymət azalması var. Ümumilikdə bu statistik məlumatlardan həm də iki vacib məsələ bəlli olur: birincisi, ət xarici ölkələrdə bizdəkindən 4-5 dəfə ucuzdur (statistik dəyərə yol, həmin ölkələrdə gömrük xərcləri və s. “oturur”-red.). İkincisi də ətin idxalında iki dəfədən çox artım var. Bu ilin yanvar ayında 1 963.27 ton ət 3 040.57 dollara gətirilib. Bunun da tonu 1 549 dollar, kiloqramı 1.55 dollar təşkil edib. Cəmi bir ay ərzində bu qədər artım inandırıcı deyil. Ötən ilin müvafiq dövründə 807.97 ton ətin statistik dəyəri 1 535.91 min dollar olub ki, bunun da yenə tonu 1900 dollar, kiloqramı 1.90 dollardan düşür. Amma yenə ötən ilin birinci ayı ilə müqayisədə qiymət indi ucuzdur və bu, nədənsə bazara təsir etməyib. Həm də indiki halda ət idxalı 2,5 dəfə artıb. Bu da ölkədə ət qıtlığı ilə bağlı iddiaları doğrulayır. 

İdxal ilbəil artır

Dövlət Statistika Komitəsinin məlumatına görə də ölkəyə ət idxalı ilbəil artır. Belə ki, 2010-cu ildə 4 119.7 min, 2011-ci ildə 13 789.4 min, 2012-ci ildə 27 884.5 min, 2013-cü ildə 41 214.6 min, 2014-cü ildə 52 367.9 min, 2015-ci ildə də 51 669.1 min dollarlıq diri heyvan gətirilib. Təkcə keçən il bu rəqəm aşağı olub - 28 696.0 min dollar. Ət və əlavə ət qida məhsullarının idxalı isə keçən il iki dəfəyə yaxın artıb. Belə ki, 2010-cu ildə 18 020.1 min, 2011-ci ildə 22 511.5 min, 2012-ci ildə 15 772.3 min, 2013-cü ildə 15 181.4 min, 2014-cü ildə 19 460.5 min, 2015-ci ildə 19 858.4 min, 2016-cı ildə isə 38 622.4 min dollarlıq ət və əlavə ət qida məhsulları gətirilib. Idxal olunan heyvan mənşəli sair məhsulların da dəyəri 2015-ci ildə 108.9 min dollar idisə, 2016-cı ildə 226.0 min dollar təşkil edib. Süd məhsulları, quş yumurtası, təbii bal və heyvan mənşəli digər ərzaq məhsulları 2010-cu ildə 59 175.2 min, 2011-ci ildə 76 383.3 min, 2012-ci ildə 63 705.7 min, 2013-cü ildə 64 045.0 min, 2014-cü ildə 69 068.0 min, 2015-ci ildə 57 193.4 min, 2016-cı ildə də 93 167.9 min dollarlıq gətirilib.

Statistik rəqəmlər istehsalın da çoxaldığını deyir

Verilən statistikaya görə, ət və ət məhsullarının idxalı artmaqla bərabər, ölkədə ət istehsalı da çoxalıb. 2010-cu ildə ölkədə bütün təsərrüfat kateqoriyaları üzrə ət istehsalı (kəsilmiş çəkidə) 244.9 min ton, 2011-ci ildə 254.9 min ton, 2012-ci ildə 276.0 min ton, 2013-cü ildə 286.9 min ton, 2014-cü ildə 291.2 min ton, 2015-ci ildə 298.6 ton olub. Komitənin illik makroiqtisadi göstəricilərində 2016-cı ildə 523,8 min ton, yaxud əvvəlki ilə nisbətən 1,6% çox diri çəkidə ət istehsal edildiyi bildirilib. 

İnək, qoyun artıb, camış, donuz, dəvə, at, eşşək isə azalıb

Nazirlik rəsmisi qiymət artımına səbəb olan amillərdən biri kimi, iribuynuzlu heyvan sayının azaldığını göstərmişdi. Buna dair statistik rəqəmlərə də baxdıq. Yenə son 7 ildəki göstəriciləri nəzərdən keçirmişik. 2010-cu ildə iribuynuzlu mal-qaranın sayı (bütün təsərrüfat kateqoriyaları üzrə) 2 582.4 min, 2011-ci ildə 2 613.7 min, 2012-ci ildə 2 647.9 min, 2013-cü ildə 2 678.2 min, 2014-cü ildə 2 703.3 min, 2015-ci ildə 2 697.5 min, 2016-cı ildə 2 708.3 min  olub. Müqayisədən göründüyü kimi, iribuynuzlu heyvanların sayı son bir neçə ildə 2,6-2,7 milyon arasında tərəddüd edib. Statistik rəqəmlərə güvənsək, keçən il də, iddia edildiyi kimi, sayda azalma yox, artım olub. İnək naxırın baş sayı 2015-ci ildə 2 445.2 min idisə, keçən il bir qədər artaraq 2 466.0 minə çatıb. Camış naxırının baş sayı 252.3 mindən 242.3 minə enib, halbuki 2010-cu ildə say 282.7 min təşkil edirdi. İnəklərin baş sayı 1 179.6 mindən bir qədər artaraq 1 187.6 min ba. olub. Ən çox azalma camışların sayında baş verib, belə ki, 133.7 min camış vardısa, ilbəil azalaraq 2015-ci ildə 119.6 min, keçən il isə 115.4 min başa düşüb. Qoyun və keçilərin sayında xüsusi dəyişiklik olmayıb - 2015-ci ildə 8 645.4 min, 2016-cı ildə isə azacıq artaraq 8 677.1 minə çatıb. Ayrılıqda qoyunların sayı 7 987.3 mindən 8 025.6 minə qalxıb, keçilərin sayı isə 658.1 mindən 651.5 min başa enib. Donuzların sayı 6.1 mindən 5.2 minə, quşların sayı 28 851.7 mindən 27 559.4 minə, atların sayı 75.4 mindən 73.7 minə, eşşəklərin sayı 40 mindən 35.8 minə, dəvələrin sayı da 0.3 mindən 0.2 min başa qədər azalıb. Bu aralar əhaliyə ən çox hansı heyvanın ətini yedirtdikəri də buradan aydın olur.   

Süni ucuzlaşma ehtiyatları azaltdı 

Əslində, mətbuatda gedən yazıları təhlil edəndə görürük ki, hər dəfə bazarda bahalaşma baş verəndə, Kənd Təsərrüfatı Nazirliyindən faktı təkzib edirlər, əksinə, ucuzlaşmanın olduğunu iddia edirlər. Bu gün ətin qiymətinin bahalaşması sezonla bağlı deyil. Bu proses gözlənilən idi. 2014-cü ildə ətin qiymətində ucuzlaşma baş verərkən, sahibkarlar bunu qiyməti aşağı salmaq üçün süni təşkil olunmuş ucuzlaşdırma kimi dəyərləndirmişdilər. Çünki, mal-qara ucdantutma kəsilib, satılırdı. O zaman da proqnozlar vardı ki, tezliklə ehtiyatlar azalacaq və onda qiymət artımı daha çox baş verəcək. 

Söylənənlər çin çıxır... 

Bizimyol.info



Xəbərin oxunma sayı : 2455




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap