Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Xaricdən gətirilən taxıl, əslində, heyvan yemidir - “Həmin buğdadan istifadə xərçəng yaradır”

Tarix 26.01.22, 20:15

Font ölçüsü : - / +
bitmap-img6


“Bizim Rusiyadan idxal etdiyimiz taxılların əksəriyyətinin kleykovinası 17,18, heç 20-yə çatmır. Ona görə də bu, mal yemi hesab olunur. Yəni, heyvandarlıqda istifadə olunan taxıldır”.

Bu sözləri Bakupost.az-a Ağstafa Aqrar Sənaye Kompleksinin (AASK) Müşahidə Şurasının sədri, Almaniyanın “RAO Global Group” şirkətinin direktoru, iqtisadçı, hüquqşünas Rəsul Orucov deyib.
O qeyd edib ki, taxıl tələbatını idxaldan azad etmək həm də, keyfiyyət baxımından zəruridir:

Açıklama yok.

“Rusiyadan idxal edilmiş taxılların növlərinə baxın. Rusiya bizə nəyi satır? Əslində, taxılın keyfiyyəti kleykovinanın (taxılın tərkibində olub, xəmirə yapışqanlıq verən zülal) səviyyəsi ilə ölçülür. Eyni zamanda, natura deyilən başqa bir göstərici var. Bizim Rusiyadan idxal etdiyimiz taxılların əksəriyyətinin kleykovinası 17,18, yəni heç 20-yə çatmır. Ona görə də bu mal yemidir, yəni, heyvandarlıqda istifadə olunan taxıldır. Qanunla 23 kleykovina aşağı insan orqanizminin istifadəsi üçün yararsızdır. Həmin taxıldan Almaniyada, Avropada kim istifadə etsə, onu dərhal tutarlar. Amma bu gün nə baş verir? Ölkəyə idxal olunan taxılın böyük əksəriyyəti tam yararsızdır. Niyə yem taxılına daha çox üstünlük verilir? Məsələn, qida taxılının məhsuldarlığı 30 sentnerdirsə, yem taxılını əkəndə isə məhsuldarlıq 40-45 sentner olur. Bu da xərçəng, müxtəlif digər xəstəliklər də yaradır. Biz qidamıza fikir vermirik. Belə deyək 1-ci, 2-ci, 3-cü sinif buğdalar var, hansı ki, yüksək keyfiyyətli buğdalardır. Bunların hamısı dünya bazarında satılandan fərqləri var. Məsələn, kiməsə mal yemi lazımdırsa, o neynir qida buğdası əkir? Ona görə də mal yemi buğdasını alır. Nə qədər buğdanın kleykovinası yuxarıdırsa, o qədər onun dəyəri də yuxarıdır. Bizdə hələ camaat bunun fərqinə varmayıb”.

Açıklama yok.

İqtisadçı bildirib ki, yerli fermerlərin çoxu yuxarı keyfiyyətli buğda əkir. Onun sözlərinə görə, hökumət fermerləri bəzi vergilərdən azad etməklə bu sahəni genişləndirə bilər: “Yerli buğdanın yapışqanlığı çox yuxarıdır, 35-38-ə çatır. Hökumət şərait yaratsa, bizim işimizə əngəl olan bəzi məqamları, əngəlləri, lazımsız vergiləri aradan qaldırsa, bir neçə il ərzində öz taxıl təlabatını ödəyər. Bu isə həm gələcəkdə taxılın qiymətinin artma riskini aradan qaldırar, həm də insanlarımız normal qida qəbul edər”.
Qeyd edək ki, ötən il Azərbaycanda buğdanın yeni keyfiyyət standartı təsdiq olunub.
Həmin standartlara əsasən, 4-cü sinif buğda keyfiyyət göstəricilərinə görə birbaşa un və çörək istehsalına yaramır.






Xəbərin oxunma sayı : 991




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap