“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Xaricdən sifariş olunan avtomobillərdə ciddi problem: Sizi belə aldadırlar...

Tarix 27.02.24, 19:42

Font ölçüsü : - / +
bitmap-img6


Xaricdən avtomobil sifariş edənlər bir çox hallarda gözlənilməz hallarla qarşılaşırlar. Həmin nəqliyyat vasitələrinin daha keyfiyyətli və sərfəli olduğunu düşünənlər bəzən bu fikirdə yanılmış olur. Bəs bu kimi durumlarda hansı məqamlara diqqət etmək bizə faydalı olar?

Nəqliyyat eksperti Eldəniz Cəfərov “Yeni Sabah”a açıqlamasında bu barədə bir sıra tövsiyələr verib:

“Avtomobilin elektrik cihazlarının diaqnostikasını vaxtında həyata keçirmək lazımdır. Xüsusən, köhnə avtomobillərdə belə hallar tez-tez baş verə bilir. Ona görə mütəmadi olaraq, nəqliyyat vasitəsinin elektrik naqillərinə diqqət yetirmək lazımdır. Ən əsas məsələ isə avtomobildə yanğınsöndürənin olmasını təmin etməkdir. Həmçinin xaricdən gətirilən avtomobillərə istehsalçının tövsiyə etmədiyi elektrik cihazını quraşdırmaq doğru hal deyil”.

Digər nəqliyyat eksperti Rövşən Həsənov isə yerli nümayəndələrdən avtomobil almağın daha təhlükəsiz olduğunu bildirib:

“Azərbaycanda fəaliyyət göstərən avtomobil brendlərinin distributorları yeni avtomobil markalarının satışında özlərinə kifayət qədər gəlir əldə edirlər. Elə avtomobillər var ki, onların alışı yalnız sifariş üzərindən həyata keçirilir və qiyməti alıcıları qane etmir. Bu da bir marketinq keçidi adlanır. 

O baxımdan yeni avtomobilə sahib olmaq istəyən şəxslər daha ucuz başa gəlməsi üçün müxtəlif yollara əl atıb Avropa və Asiyadan gətirilən avtomobillər sifariş edirlər. Avropa və Asiyanın avtomobillərini müqayisə etdikdə, keyfiyyət baxımından eyni standartlar olsa da, Avropa standartları və qanunvericiliyə uyğun olaraq daha ciddi cərimələr mövcuddur.  

Bu avtomobillərə nəzarət daha güclüdür. Digərləri üçün bunu demək bir az çətindir. Koreya avtomobillərinin bir çoxunun yürüyüşündə geri çəkilmə müşahidə olunur ki, alqı-satqı ilə məşğul olan yerli şirkət belə odometrinə zəmanət vermir. 

Həmçinin, təbii fəlakətlər nəticəsində batmış, zədələnmiş maşınlar təmir olunub, ölkəyə gətirildikdə, sükanın sağdan-sola dəyişdirilməsində  və s. digər hallarda avtomobilin son istifadəçisi olan Azərbaycan sürücüsü bu kimi hallardan xəbərdar olmadığı üçün avtomobil 3-5 ay ərzində sıradan çıxır.  

Bəzən bu kimi məqamlar ciddi təhlükələrə yol açmış olur. Belə durumlardan sığortalanmaq üçün tövsiyə edirəm ki, yerli nümayəndələrdən avtomobil alınsın. Belə olduqda, nəzarət və zəmanət məsələlərində problemlər yaşanmır”.



Xəbərin oxunma sayı : 409




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap