Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Xaricə səfər edən Azərbaycan vətəndaşları üçün tövsiyələr hazırlanıb- XİN-in təşəbüsü ilə

Tarix 13.03.19, 19:48

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan vətəndaşlarının xarici ölkələrə səyahətlərinin təhlükəsiz və rahat keçməsi üçün zəruri tövsiyələrdən ibarət broşur və videoçarxlar hazırlanıb

Xarici İşlər Nazirliyindən (XİN) Trend-ə verilən məlumata görə, broşur və videoçarxlar Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin həyata keçirdiyi “Azərbaycanda Miqrasiya və Sərhəd İdarəçiliyi üzrə Potensialların Gücləndirilməsi” layihəsi çərçivəsində XİN-in təşəbüsü ilə hazırlanıb.

XİN-in və BMqT-nin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlmiş broşur və videoçarxların hazırlanması zamanı bir sıra xarici ölkələrin təcrübəsi, Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri, bu sahədə fəaliyyət göstərən beynəlxalq ekspertlərin rəyləri və digər spesifik amillər nəzərə alınıb.

Layihənin əsas məqsədi vətəndaşlarımıza lazımı tövsiyələrin verilməsi yolu ilə cəmiyyətimizdə “səyahət mədəniyyəti” anlayışının təşviqi və inkişaf etdirilməsidir. Belə ki, layihədə səfərdən öncə gediləcək ölkə və ya region barədə araşdırmanın aparılması, Azərbaycan Respublikası pasportundan istifadə, xarici ölkələrin diplomatik nümayəndəlik və konsulluqlarından vizaların əldə olunması üçün müraciətlərin düzgün tərtib və təqdim olunması qaydaları, səyahət sığortasının vacibliyi və bir sıra digər məsələlərlə bağlı tövsiyələr və faydalı məlumatlar əks olunub.

Ümid edirik ki, broşur və videoçarxlar Azərbaycan Respublikası vətəndaşları üçün xarici ölkələrə səfər zamanı daha hazırlıqlı və bilikli olmağa yardımçı olacaq, həmçinin baş verə biləcək xoşagəlməz hadisələrin nəticələrinin aradan qaldırılması üçün mühüm rol oynayacaqdır.

Broşur və videoçarxlar XİN-in “Səyahət məlumatı” bölməsində yerləşdirilib və aşağıdakı keçid vasitəsilə əldə edilə bilər:



Xəbərin oxunma sayı : 250




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap