|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Xarici ölkələrdən vətəndaşlıq alan məmur övladları: qanun nə deyir? - Siyahı
Tarix 25.06.19, 1:13 |
|
Azərbaycanda yüksək vəzifə tutan bir çox vəzifəli şəxsin ailə üzvləri Rusiyanın, ABŞ-ın, Türkiyənin və digər Avropa dövlətlərinin vətəndaşlığını da daşıyırlar.
Bakupost.az-ın xəbərinə görə, onların böyük əksəriyyəti Azərbaycandan kənarda investisiya, yaxud daşınmaz əmlak üzərindən müvəqqəti və ya daimi yaşamaq hüququ əldə edib, sonra isə vətəndaşlıq alıblar. Ayrı-ayrı ölkələrə böyük məbləğdə investisiya qoyan şəxs təbii ki, həmin investisiyanı qorumaq üçün o ölkələr qarşısında müəyyən öhdəliklər də götürür.
İkili vətəndaşlıq nədir, necə əldə edilir?
İkili vətəndaşlıq dedikdə şəxsin iki dövlətin vətəndaşlığına mənsub olması başa düşülür. İkili vətəndaşlıq daha çox uşağın müxtəlif ölkələrin vətəndaşlarından doğulması nəticəsində yaranır. Bu hal uşağın gələcəkdə ikili vətəndaşlığa mənsub olması imkanı əldə etməsinə gətirib çıxarır.
Daha çox rast gəlinən hallardan biri isə naturalizasiya yolu ilə başqa dövlətin vətəndaşlığını əldə etməkdir. Son illər xaricdə vətəndaşlıq əldə edən Azərbaycan vətəndaşları isə daha çox sərmayə qoymaqla həmin ölkələrin vətəndaşlığını alırlar. Bu zaman ikili vətəndaşlığı olan şəxslər hər iki ölkədə hüquq və azadlıqlara malik olduğu kimi, onlar hər iki dövlət qarşısında öhdəliklər də götürürlər.
Onlar cinayət məsuliyyəti daşıyır
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı müvafiq icra hakimiyyəti orqanına 1 ay müddətində bu barədə yazılı məlumat verməsə, Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
Qanunun 10-cu maddənin ikinci hissəsinə görə, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı Azərbaycan Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə 1 ay müddətində bu barədə yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Qanunun 18-ci maddəsinə Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi və ya Azərbaycan vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, şəxsin başqa ölkənin ordusunda, seçkili orqanlarında iştirak etməsi və sair Azərbaycan vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.
Məsələn, Azərbaycanın Səhiyyə naziri Oktay Şirəliyevin Rusiya vətəndaşları olan ailə üzvlərinin, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Türkiyə vətəndaşı olan oğlu Məhəmməd Paşazadənin, baş nazirin 1-ci müavini Yaqub Eyyubovun İngiltərə vətəndaşı olan oğlu Orxan Eyyubovun bu ikinci vətəndaşlıqlarını nə zaman və hansı əsaslarla əldə etmələri maraqlıdır.
İnvestisiya əsasında vətəndaşlığını verən İngiltərədə Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iki oğlunun (Taleh və Nicat Heydərovlar), Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin və onun həyat yoldaşının, sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun həyat yoldaşı Liana Bağırova, oğlu Lətif Bağırov, qızı Sevinc Bağırova və bacısı Düriyyə Nuriyevanın, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun və onun həyat yoldaşının hansı əsaslarla ikinci vətəndaşlıqlarını aldığı da məlum deyil.
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təxminən 25 milyon dollar investisiya qoymaqla Böyük Britaniya vətəndaşlığı aldığı iddia olunur. Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun oğlu Asif Əsədzadənin də bir o qədər investisiya əsasında Britaniya vətəndaşlığını əldə etdiyi bildirilir. Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun oğlu İlqar Bəşirov da Böyük Britaniya vətəndaşıdır. Onun adı əsasən neft qaçaqmalçılığı ilə bağlı xəbərlərdə mərkəzi fiqur kimi keçir. Dövlət Dəmir Yolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun oğlu Elnar Əsgərovun da Britaniya vətəndaşı olduğu bildirilir.
Gənclər və idman naziri Azad Rəhimovun yeganə oğladı Arif Rəhimovun da maliyyə vəsaiti hesabına Böyük Britaniya vətəndaşlığı alması haqda məlumatlar mövcuddur.
Dövlət Miqrasiya Xidməti hər il müəyyən insanların vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı rəylər hazırlamaqla məhkəmələrə göndərir. 2017-ci ildə 202 şəxsin Azərbaycan vətəndaşlığından məhrum edilməsi ilə bağlı rəylər hazırlamaqla müvafiq məhkəməyə təqdim edib. Buna baxmayaraq, Azərbaycan Respublikasında yüksək dövlət vəzifəsi tutan şəxsin və ya şəxslərin ailə üzvlərinin xüsusilə hərbi xidmət yaşında olan övladlarının digər dövlətin vətəndaşlığını müəyyən sərmayə müqabilində əldə etməsi haqqında isə heç bir açıqlama verilmir. Əslində, yüksək dövlət vəzifəsi tutan məmur ordusunun hərəkəti Azərbaycan Respublikasının təhlükəsizliyinə ciddi zərər vuran davranış kimi dəyərləndirilməli və həmin şəxslərin məsuliyyət məsələsi həll olumalıdır.
İlk olaraq Dövlət Miqrasiya Xidməti son illərdə başqa ölkələrin vətəndaşlığını qəbul edən məmurların ailə üzvləri haqqında hesabat hazırlamaqla Azərbaycan ictimaiyyətinə təqdim etməlidir.
Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, son bir ildə 2300-dən çox Azərbaycan vətəndaşı xarici dövlətin vətəndaşlığını könüllü qəbul edib. Onlardan 1509 nəfəri "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanununa 2014-cü ildə edilmiş dəyişikliklərin qüvvəyə mindiyi tarixdən sonra xarici ölkə vətəndaşlığını əldə edib. Könüllü müraciətlər əsasən, Türkiyə və Rusiya vətəndaşlığını qəbul etmiş şəxslərdən gəlib.
Dövlət Miqrasiya Xidməti 2018-ci ilin iyun ayınadək başqa ölkənin vətəndaşlığını qəbul edən və müvafiq dövlət orqanlarına məlumat verməyən 293 nəfər barədə məlumatı tədbir görülməsi üçün Azərbaycan Baş Prokurorluğuna təqdim edib.
Məsələ burdadır ki, ikili vətəndaşlıqla bağlı yaranan münasibətlərin idarə olunmasına Azərbaycan hazır deyil. Digər sahələrdə olduğu kimi bu sahədən də daha çox faydalananlar məmurlar və onların ailə üzvləridir.
Azərbaycanın 2 milyondan çox vətəndaşı fərqli ölkələrdə yaşayır. Onlardan azı 1,7 milyonu seçicidir. Amma sonuncu seçkilərdə məlum oldu ki, Azərbaycanın xaricdə yalnız 13 min seçicisi qeydiyyatdır. Xarici ölkələrdə 40-dan çox seçki məntəqəsi yaradılmışdı və onlarda cəmi 13 min Azərbaycan vətəndaşının səs verməsi nəzərdə tutulurdu. Bu o deməkdir ki, xaricdə konsulluq qeydiyyatına düşən azərbaycanlıların sayı cəmi 13 000 nəfərdir.
Ödənişli vətəndaşlıq
Avropa dövlətlərində vətəndaşlıq almaq üçün ödənişli qaydalar mövcuddur. Misalçün, Macarıstanda vətəndaşlıq almaq istəyən əcnəbinin 322 min dollarlıq bond alması kifayətdir. Maltada vətəndaşlıq almaq istəyən 1,57 milyon dollar verməlidir. Kiprdə vətəndaşlıq almaq istəyən şəxs 6,2 milyon dollar xərcə düşməlidir.
Azərbaycanlı məmur övladlarının sevimli məkanı - Böyük Britaniyada vətəndaşlığını almaq üçün "cəmi” 1 milyon funt (2 milyon 340 min manat) ödəmək kifayətdir. İnvestor 750 min funtdan az olmayan bir məbləği Britaniya iqtisadiyyatına, eyni zamanda 250 min funtdan az olmayan məbləği isə Birləşmiş Krallıq ərazisində daşınmaz əmlaka yatırmalıdır.
Hesab edirik ki, yüksək vəzifəli məmurların xarici ölkələrin vətəndaşlığını alan övladları haqqında müfaviq dövlət qurumları da ciddi araşdırma aparmalı və siyahı hazırlamalıdır.
Xəbərin oxunma sayı : 436
Sosial
Xəbərlər
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
TOP 10
ARXİV