Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Xatirə İslamın toylarla bağlı qalmaqallı iddiasına polisdən AÇIQLAMA

Tarix 06.04.21, 19:16

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər Nazirliyindən tanınmış müğənni Xatirə İslamın toyların gizli keçirilməsi iddiasına açıqlama verilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov BAKU.WS-ə açıqlamasında bildirib ki, bununla bağlı nazirlikdə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.

“Bu cür halların qarşısının alınması ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti gündəlik olaraq məlumatlar yayır. Belə cəhdlərin - toy, şənlik keçirmək, yas mərasimi təşkil etmək cəhdlərinin qarşısı mütəmadi olaraq polis əməkdaşları tərəfindən alınır”, - deyə Ehsan Zahidov bildirib.

Qeyd edək ki, Xatirə İslam sosial şəbəkə hesabında Azərbaycanda gün ərzində 500-dən çox gizli toy keçirildiyini yazıb:

“Bu gizli toylar nə qədər davam edəcək? Buna ya icazə verilməli, ya da qarşısı alınmalıdır. Hər kəsdən xahiş edirəm ki, toylara tam icazə verilmədən məni heç bir dostum, tanışım, yaxınım, hətta toyumuza gələnlər belə öz gizli keçirdikləri toylarına dəvət etməsinlər.
Mən qayda-qanun adamıyam. Getdiyim məclisdə rahat olmalıyam. Məni düz başa düşün”.



Xəbərin oxunma sayı : 319




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap