Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Xəbəri olmadan 2 nəfər evinə qeydiyyata düşdü - VİDEO

Tarix 04.02.23, 11:46

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda 7 nəfərdən ibarət ailənin yaşadığı mənzildə əlavə 2 nəfərin qeydiyyatda olduğu məlum olub.

AzFakt.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, ev sahibi həmin şəxslərin heç birini tanımadığını bildirir.

Bu problemlə Nərimanov rayonu, Aşıq Qərib 4B ünvanının sakini, 67 yaşlı Rəfael Həsənov qarşılaşıb.

Rəfael Həsənov deyir ki, 1978-ci ildən yaşadığı ünvanda qeydiyyatdadır. Onun sözlərinə görə, sonuncu dəfə 18 saylı Mənzil İstismar İdarəsindən arayış alarkən yaşadığı ünvanda qeydiyyatda olan 7 nəfərlik ailə üzvündən başqa daha iki nəfərin adının siyahıda olduğunu görüb.

Rəfael Həsənov ondan xəbərsiz evinə qeydiyyata düşənləri tanımadığını deyir.

Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, 52 yaşlı Əliyeva Mehriban Abdulla qızı 2006, övladı 28 yaşlı Əliyev Kamran Azər oğlu  isə 2011-ci ildən sözügedən ünvanda qeydiyyatdadır. Həmin şəxslərin mənzilə qeydiyyatı isə 18 saylı Mənzil İstismar İdarəsinin verdiyi sənəd əsasında həyata keçirilib.

DİN-dən isə bildirildi ki, qanunvericiliyə uyğun olaraq mülkiyyət hüququ olan vətəndaş Rəfael Həsənov məhkəməyə müraciət etməklə problemi aradan qaldıra bilər.

Ətraflı videomaterialı təqdim edirik:





Xəbərin oxunma sayı : 613




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap